news-inner
clock10:00 calendar-gray 26 Avqust 2017 view-gray331 dəfə oxunub
view-gray331 dəfə oxunub

Arvadına köməkçi gətirəcəkdi, günü gətirdi

Sevda Sultanova

Kulis.az “Naməlum kino” layihəsində Ramiz Əzizbəylinin 1987-ci ildə çəkdiyi “Pirverdinin xoruzu” qısametrajlı filmini təqdim edir.

Süjet: Əhvalat ucqar kəndlərdən birində baş verir. Filmin qəhrəmanı Qasım (İdris Rüstəmov) dulusçudur. O, cürbəcür, zərif, estetik qablar düzəldir. Qasım peşəsinə o qədər vurğundur ki, real dünyanı çox vaxt hiss edə bilmir, öz kiçik emalatxanasında sənəti ilə bağlı xəyallar aləmində yaşayır. Arvadı Həlimə (Fatma Mahmudova) xaraktercə zirəkdir, ev qayğıları ilə məşğuldur. O ərinin sənətinə ciddi yanaşmır, onu tənbəllikdə, kəndin başqa kişiləri kimi iş-güc sahibi olmamaqda günahlandırır. Hətta qəzəbini emalatxanadakı qabları sındırmaqla çıxarır.

Onların on yaşlarnda Pirverdi adlı (Alim Aslanov) oğlu da var. Pirverdi bütün günü avaralanır, dəcəllik edir.

Günlərin birində Həlimə yenə ərinin qarasınca deyinir, on put undan çörək bişirməyə gücü yetmədiyini deyir. Və onu yardım üçün qonşu kəndə bacısı Zibeydənin arxasınca yollayr.

Pirverdi atasından xalasının onun üçün xoruz gətirməsini xahiş eləyir. Qasım ulaqla yenə xəyallar içində yola düşür, yolda Molla Cəfərlə (Hamlet Xanzadə) rastlaşır. Molla Cəfər onu evinə çağırır, yemək süfrəsi açır və Qasımı arvadına itaət elədiyinə görə danlayır. O, Qasıma məsləhət görür ki, deyingən arvadının öhdəsindən ancaq ikinci arvad gələr. Və tez-tələsik siğə oxuyaraq qohumu Pərinisəni (Kübra Dadaşova) ona arvad edir. Qasım siğə oxunanda da xəyallara dalır, təsəvvür edir ki, Pərinisə onun arvadını və oğlunu dirəyə bağlayaraq, səssiz ev qayğılarıyla məşğuldur, o, isə rahatca dulusçuluq edir.

Qasım təzə arvadla kəndə qayıdır. Pərinisə ər evində soyuq qarşılanır. Və iki arvad arasında mərəkə qopur. Dava əsnasında Qasımın emalatxanasındakı bütün qablar sınır...

Film Mirzə Cəlilin eyni adlı hekayəsi əsasında ekranlaşdırılıb. Bu kino əsərinin giriş səhnəsi milli kinomuzda ən yaxşı ilk epizodlardan sayıla bilər. Əhvalat kardarxası mətnlə başlayır və bütün film boyu o davam eləyir. Əsərin məziyyətlərdən biri odur ki, kadrarxası səs sadəcə statik mövqedə, kənar göz kimi qalmır. Əksinə koloritli səs əhvalatda uyumludur, kinoməkana müdaxilə edərək personajları, onların düşdüyü vəziyyəti şərh eləyir. Fəal iştirakıyla, şərhləriylə tamaşaçıyla kinoəhavalat arasındakı sərhədləri götürür, dördüncü divarı qırır. Brextin epik nəzəriyyəsində olduğu kimi əhvalatın dramatik yerində personaj kadrda donur, səs personajın hərəkətinə şərh verir, üstəlik, səs müəllifin - rejissorundur.

Maraqlı cəhətlərindən biri bu hekayənin fərqli interpretasiyada təqdim olunmasıdır. Bu da ssenarist Eldəniz Quliyevin əməyidir. Ümumiyyətlə, E.Quiliyev ən yaxşı ssenaristlərimizdən biridir. O, sadə məişət hekayəsinin sərhədlərini genişləndirir, ər-arvad konfliktini sənət-cəmiyyət konfliktinə salır. Beləcə, hekayəni aktuallaşdırır, modernləşdirir və dünyəviləşdirir. Qasımın simasında sənətkarın adi gün-güzəran qayğılarının prioritet olduğu toplumda yaşamasının çətinliyi məsələsini qaldırır. Və problemi komik situasiyalardan keçirərək dramatikləşdirir.

Maraqlı epizodlarından biri Pərinisəylə Həlimənin üz-üzə gəlməsidir. Onların mizanı, baxışı, duruşu döyüşöncəsi cəngavərlərin vəziyyəti kimi təsvir olunur. Birdən cəngavərsayağı qarşıdurma iki arvadın saçyoldusu şəklini alır.

Film sənət aləmində yaşayan Qasımın məişət dedi-qoduları olan ortamda gücsüzlüyünün, əlacsızlığının faciəsini göstərir. Amma yenə də onun xəyalları, sənətə sevgisi, inamı reallıqdan daha güclüdür.

Rejissor da ssenaridəki ideyanı kinodilinə çevirə bilir. “Pirverdinin xoruzu” Ramiz Əzizbəylinin rejissor kimi ilk işidir.

Filmdə uğurlu aktyor seçimi var. İdris Rüstəmovun oynadığı “Sonuncu” filmi 2014-cü ildə Kann festivalında nümayiş olunub. Bu roluna görə 2016-cı ildə Livan Beynəlxalq Qısametrajlı Filmlər Festivalının “Ən yaxşı aktyor” mükafatına layiq görülüb.

Kinolentinin iki zəif cəhəti var: uğursuz səsləndirmə və musiqi həlli. Musiqi əhvalatın təbiətinə, səs fakturaları da xarakterlərlə uyuşmur.

Operatoru Yuri Varnovski, bəstəkarı Aqşin Əlizadədir.

“Debüt” studiyasında istehsal olunan film 1988-ci ildə Kiyevdə "Gənclik-88" Ümumittifaq kinofestivalında diploma layiq görülüb.

Oxşar xəbərlər

Xəbər lenti

Biz tərəflər – Şərif Ağayardan hekayə
16:30 31 İyul 2021
"Memati" yeni serialda rol alacaq
15:00 31 İyul 2021
Aydın Xırdalanlı ölüm anında hansı videoya baxıb – Maraqlı Faktlar
13:30 31 İyul 2021
ADU-da Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub
12:52 31 İyul 2021
Flora Kərimova "Şərəf" ordeni ilə təltif olundu
11:48 31 İyul 2021
Ayaz Salayev: "O Ittifaqın başında bizə yaraşmayan insan dayanıb" - Müsahibə
11:33 31 İyul 2021
Tünzalə Ağayeva Türkiyəyə yardım göndərdi
10:26 31 İyul 2021
Ən başıbəlalı mahnımız: Onu Fatimeyi-Zəhraya, Şah İsmayıla və Cəfər Cabbarlıya nə bağlayır?
09:02 31 İyul 2021
Facebookda tənha insanları necə tanımaq olar?
21:00 30 İyul 2021
Ssenaristlər üçün Yay Məktəbi təşkil olunur
19:00 30 İyul 2021
Şəhidlərə həsr olunmuş kitab işıq üzü görüb
18:05 30 İyul 2021
Ürək dil acır ki, sönməmiş odum - Səməd Vurğundan şeir çələngi
17:30 30 İyul 2021
Qısa hekayə: Yanğın
16:23 30 İyul 2021
Hüquqşünas teatra rəhbər gəldi
15:30 30 İyul 2021
Xalqı efirdən partizan hərəkatına çağıran Xalq artisti - O, İlhamə Quliyeva ilə eşq yaşamışdımı?
14:26 30 İyul 2021
Türkiyə evimizdir - evimiz yanır
13:51 30 İyul 2021
Rejissorumuz beynəlxalq festivalda jüri sədri oldu
13:06 30 İyul 2021
İçimizi yanır! – Türk sənətçilərin yanğın harayı
12:20 30 İyul 2021
Yazıçımız Beynəlxalq ədəbiyyat festivalında qalib gəldi
11:41 30 İyul 2021
Ssenarimiz Ukraynada ən yüksək balı topladı
11:05 30 İyul 2021