İçərişəhər tarixində ilk

İçərişəhər tarixində ilk
14 may 2026
# 14:20

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ərazidə idarəetmə mexanizmlərinin müasirləşdirilməsi və sakinlərlə işin effektivliyinin artırılması məqsədilə strateji layihəyə start verib.

Kulis.az xəbər verir ki, İçərişəhər tarixində ilk dəfə olaraq sakinlərin genişmiqyaslı statistik uçotu aparılır.

Prosesin şəffaf və mütəşəkkil idarə olunması, habelə məlumatların düzgün emalı məqsədilə xüsusi komissiya yaradılıb.

Bu addım ilk növbədə sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına və onlara göstərilən xidmətlərin fərdiləşdirilməsinə xidmət edir. Proses əhalinin dəqiq sayını, sıxlığını və məskunlaşma coğrafiyasını müəyyən etməyə imkan verəcək ki, bu da gələcək sosial proqramların və infrastruktur layihələrinin daha səmərəli planlaşdırılması üçün fundamental baza rolunu oynayacaq. Toplanılan məlumatlar sakinlərin real ehtiyaclarını düzgün təhlil etməyə, kommunal xidmətlərdən tutmuş sosial dəstək tədbirlərinədək hər bir addımın məhz vətəndaş məmnuniyyətinə hədəflənməsinə şərait yaradacaq.

Vətəndaşların rahatlığı üçün məlumatlar həm kağız, həm də elektron formada toplanılır. Şəxsi məlumatların məxfiliyinə qanunvericilik səviyyəsində tam təminat verilir. Yaradılan məlumat bazasından yalnız sakinlərin həyat keyfiyyətini yüksəldəcək strateji qərarların qəbulu üçün istifadə olunacaq.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi hər bir sakini bu əhəmiyyətli əməkdaşlıqda fəal iştirak etməyə dəvət edir.

# 819 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktrisadan Qəzza paylaşımı

Məşhur aktrisadan Qəzza paylaşımı

18:00 6 oktyabr 2026
Ekran uyğunlaşdırmaları kitab satışlarını artırdı

Ekran uyğunlaşdırmaları kitab satışlarını artırdı

17:30 6 oktyabr 2026
Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində

16:30 6 oktyabr 2026
"44" bədii filminin yeni tizeri yayımlandı

"44" bədii filminin yeni tizeri yayımlandı

16:24 6 oktyabr 2026
Tanınmış bəstəkar vəfat etdi

Tanınmış bəstəkar vəfat etdi

14:30 6 oktyabr 2026
Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti xəstəxanaya yerləşdirildi

14:27 6 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər