news-inner
clock15:50 calendar-gray 29 İyun 2017 view-gray189 dəfə oxunub
view-gray189 dəfə oxunub

Azərbaycan poeziyası Ukrayna paytaxtında təqdim olundu

İyunun 27-də Ukrayna Mədəniyyət Fondunda Ukrayna dilinə tərcümə edilmiş Müasir Azərbaycan poeziyası antologiyası – “Küləklə göndərilən məktublar” kitabının təqdimat mərasimi keçirilib. Kulis.az ın məlumatına görə tədbiri giriş sözü ilə Kiyev Yazıçılar Birliyinin birinci katibi, tanınmış Ukrayna yazıçısı Vladimir Danilenko açıb.

O, ARNK yanında Tərcümə Mərkəzi və Kiyev Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə ərsəyə yetirilən “Kişi, qadın, çətir” – müasir Ukrayna poeziyası antologiyasının Azərbaycanda və “Küləklə göndərilən məktublar” – müasir Azərbaycan poeziyası antologiyasının Ukraynada nəşrini qardaş xalqlar arasında uzun illərdən bəri davam edən dostluğun və ədəbi mübadilənin parlaq nümunəsi olduğunu qeyd edib. Sonra söz ARNK yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsuda verilib:

“Əziz dostlar, hörmətli qonaqlar!

Sizi belə bir gözəl gündə doğma Kiyev şəhərinin, zəngin Ukrayna mədəniyyəti və ədəbiyyatı işığı ilə nurlanmış bu mədəniyyət ocağında ürəkdən salamlayıram. Bu görüş bizim üçün, düşünürəm, eləcə də sizin üçün xüsusi əhəmiyyət kəsb edir. Uzun illərdən bəri Ukrayna və Azərbaycan xalqları arasında mövcud olan doğmalıq, qarşılıqlı sevgi və anlaşma bu gün də hər sahədə öz töhfələrini verməkdədir. Azərbaycan poeziyasının Ukrayna dilinə tərcümə edilərək, qardaş Ukraynada, bir qədər əvvəl, tanınmış Ukrayna şairlərinin şeirlərinin Azərbaycan dilində Bakıda nəşri bu tarixi sevginin və qardaşlığın növbəti bariz nümunəsidir. Bizim Mərkəz uzun illər – 25 il dünya ədəbiyyatının Azərbaycan dilinə tərcüməsi və nəşri ilə məşğul olan ictimai qurum kimi fəaliyyət göstərirdi. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanıyla Mərkəzə yeni status verildi və bu, milli ədəbiyyatımızın dünya ədəbi müstəvisinə çıxarılması, beynəlxalq ədəbi əlaqələrin və mübadilələrin qurulmasına geniş imkanlar və perspektivlər yaratdı. Ədəbiyyata, bədii sözə dövlət diqqətinin və qayğısının nəticəsi olaraq bu gün Azərbaycan ədəbiyyatı dünya dillərinə tərcümə edilir, dünyanın aparıcı kitabxanalarına, elektron portallarına, universitetlərə, mədəniyyət fondlarına və mərkəzlərinə yerləşdirilir. Mərkəzin bu istiqamətdə həyata keçirdiyi müxtəlif formatlı layihələr sırasında Azərbaycanın müasir yazıçı və şairlərinin əsərlərinin toplandığı “Müasir Azərbaycan antologiyası” kitabı yer alır ki, bu kitabın da artıq rus dilində ikicildliyi Moskvada, ingilis dilində Londonda, türk dilində Ankarada, ərəb dilində Qahirədə, ispan dilində Boqotada işıq üzü görüb. Bu gün isə kitab Ukrayna dilində Kiyevdə oxuculara təqdim olunur. Kitab hazırda bolqar, çex, norveç, alman dillərinə tərcümə edilir, yaxın günlərdə onun gürcü dilində Gürcüstanda nəşri və geniş təqdimatı gözlənilir.

Bu işlərlə yanaşı, Mərkəz, həmçinin dünya ədəbiyyatının Azərbaycan oxucusuna tanıdılması istiqamətində də bir çox uğurlu layihələrə imza atıb. Bu sıradan Ukrayna ədəbiyyatına daim xüsusi diqqət ayırıb. Tanınmış Ukrayna ədiblərinin əsərləri Azərbaycan dilinə tərcümə olunaraq Mərkəzin “Xəzər” dünya ədəbiyyatı jurnalında nəşr olunub. Yuri Tarnavski, Vasil Stus, Vladimir Danilenko, Vasil Ruban, Nadejda Kirian, Mixail Kamenyuk, Oleq Lişeqa, Yuriy Quds, Natalya Belotserkovets kimi digər tanınmış Ukrayna şairlərinin şeirləri toplanmış “Kişi, qadın və çətir” kitabı da həmin bu diqqətin davamıdır. Düşünürəm ki, bu kitabları xalqlarımız arasında uzun illərdən bəri davam edən dostluq və qardaşlıq rəmzləri adlandıra bilərik.

Bu gün Azərbaycan dünya ölkələri ilə hər sahədə belə dialoqlar qurmaqda, multikultural ideyaların aparıcı simasına, beynəlxalq anlaşmanın, mədəni dialoqun platformasına çevrilməkdədir. Bəli, bəşəriyyətin ayrı xilas yolu yoxdur. Dünyanı daha dərin və çıxılmaz uçuruma – İnsanlığı, ali İnsan dəyərlərini yoxa çıxarmaq üzrə olan qaranlıq Ədavət və Tamah Uçurumuna sürükləyən müharibələr, terror, günü-gündən dərinləşməkdə olan dini, irqi, milli ayrı-seçkiliklər, sosial-siyasi ədalətsizliklər dünyasından xilasın yolu yalnız budur: qarşılıqlı anlaşma, mədəni dialoq, dözüm və mərhəmət.

Bu gün təqdimatına toplaşdığımız bu kitablar da həmin işıqlı yolun – böyük xilas yolunun müjdəçiləridir, anlaşmanın, sevginin, mərhəmətin dialoqu üzərində qurulmuş qardaşlıq, doğmalıq abidəsidir.

Sizi bu gözəl gün münasibəti ilə təbrik edirəm və hamımıza tutduğumuz bu müqəddəs yolda uğurlar və qələbələr arzulayıram”.

Daha sonra Ukrayna Mədəniyyət Fondunun rəhbəri Aleksandr Bakumenko, Ukrayna mədəniyyət nazirinin müavini Vladimir Xodakiyevski, tanınmış Ukrayna şairəsi Lesya Mudrak, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Tərcümə Mərkəzinin Elm, Təhsil və Mədəniyyət şöbəsinin müdiri Yaşar Əliyev, Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin rəhbəri İlhamə Allahverdiyeva, Səməd Vurğun adına Publik Kitabxananın direktoru Qalina Çebotarova, şairə Nadejda Kiriyan və digərləri çıxış edərək, hər iki kitabın bədii məziyyətləri haqqında fikirlərini bölüşüblər. Tədbirdə Məmməd Araz, Əliağa Kürçaylı, Qabil, Ələkbər Salahzadə, Nəbi Xəzri, Tofiq Bayram, İsa İsmayılzadə, Əlisəmid Kürün və əsərləri kitaba daxil edilmiş digər şairlərin şeirləri həm Ukrayna, həm Azərbaycan dilində səsləndirilib.

Ön sözün müəllifi Kiyev Yazıçılar Birliyinin I katibi, yazıçı, filologiya elmləri doktoru Vladimir Danilenkodur.

news-inner-user

17172 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycanlı gənc şairin kitabı Təbrizdə çap olundu
18:59 02 Dekabr 2020
Gənc Tamaşaçılar Teatrı dekabr repertuarını təqdim etdi
18:17 02 Dekabr 2020
Bu gecə nəfəsini hiss etdim anidən… - Adilə Nəzərdən yeni şeirlər
17:34 02 Dekabr 2020
Beynəlxalq Muğam Mərkəzinin direktoru UNESCO-nun Baş katibinə müraciət ünvanladı
16:56 02 Dekabr 2020
Qardaşı oğlu məşhur müğənnini oğurluqda ittiham etdi
16:01 02 Dekabr 2020
Əsgər Fərhadinin dünyaca məşhur aktyoru vəfat etdi
15:47 02 Dekabr 2020
Övladını atan, Adil İsgəndərovla düşmən olan, tamaşaçılar tərəfindən söyülən Xalq artisti
15:10 02 Dekabr 2020
Qələbə sevincinə dözməyib ürəyi dayanan Umud kişi...
14:32 02 Dekabr 2020
Azərbaycanlı fotoqraflar beynəlxalq fəxri adlara layiq görüldü
13:50 02 Dekabr 2020
"Əlləddin" tamaşası onlayn nümayiş olunacaq
13:10 02 Dekabr 2020
Qıyıq gözlü, batıq yanaqlı Xudayarın böyük sirri
12:37 02 Dekabr 2020
Laçınlı rəssam: “Torpağını öpəcəm, daşlarını qucaqlayacam” – Müsahibə
12:01 02 Dekabr 2020
Anamı o yazıçı boşandırdı
11:15 02 Dekabr 2020
Ehtiram Hüseynov Laçından danışdı: "Çətinlik çəkirəm"
10:37 02 Dekabr 2020
İti, qurdu qovmuşuq – Tanınmış şair Ağdama şeir həsr etdi
10:15 02 Dekabr 2020
Susdurulan “Qarabağ bülbülü”, Allahverdi Bağırovun yuxusunu qarışdıran döyüşçüsü, göy satan Gülbazə xalanın göz yaşları – Qaçqın yataqxanasından reportaj
09:00 02 Dekabr 2020
“Xəzər” jurnalının yeni nömrəsi işıq üzü görüb
18:55 01 Dekabr 2020
"DokuBaku" festivalında nümayiş olunacaq filmlərin sayı açıqlandı
18:12 01 Dekabr 2020
44 günlük Vətən müharibəsindən sənədli film çəkildi
17:30 01 Dekabr 2020
Sami Yusif Laçınla bağlı paylaşım etdi - Foto
17:07 01 Dekabr 2020