"Gündüz içki içirəm, gecə yuxu yatmıram" - Sevinc Yunuslunun şeiri

"Gündüz içki içirəm, gecə yuxu yatmıram" - Sevinc Yunuslunun şeiri
15 avqust 2026
# 12:30

Kulis.az Sevinc Yunuslunun "Qürbətin soyuğunda..." şeirini təqdim edir.

Qürbətin soyuğunda
Kazan vağzalındayam.
Yeddinci sahədəyəm,
saat üçə işləyir.
Yanımda xəyalındı
qatara gecikirik,
əlini ver , tez çataq.
Bizim dəli sevgimiz
hər şeyi yenməlidi.
Yenə bu boz vaqonda
bələdçi ermənidi.
Kupeni dəyişmədim,
o da heç qarışmadı..

Sən də xatırlayırsan?-
yol boyunca yediyin
Qaragilə dadını.
Taxta- taxta evləri,
mənim xəyallarımı,
sənin inadlarını.
Bizimlə yol yoldaşı
Piterə toya gedən
iki Tacik qadını?
Sonra üşüməyinə
beş yorğan bəs etmədi,
səhərəcən gülüşdük.
Şərfimə də büründün,
səni bağrıma basdım
nəfəsimdə isindin,
ətrimə də büründün
daha heç danışmadıq.

Sənsiz axşamdı burda
Volqanın düz üstünə
kədərli bir ay gəlib.
Biz gələndə qış idi,
indi bura yay gəlib.
Adımı sahilinə
yazdığın Ob çayından
ləpə- ləpə qan axır.
Bu boş müharibələr
bir qan - qada verir ki.
Rəsmi Moskva bu gün
bəyanatda deyib ki ,
Tramp ilə anlaşıb.
Dağılıb tamam ölkə.
Amma rus əsgərləri
Xarkova yaxınlaşıb.
Putin sənə bənzəyir
görərsən, hikkəsindən
xalqı bada verəcək!

Səndən sonra hər şeyə
hövsələsiz olmuşam.
Daha şampunlarıma
mixək filan qatmıram.
Gündüz içki içirəm,
gecə yuxu yatmıram.
Bütün günahlarına
dönüb-dönüb baxmışam.
Sənə bir məktub yazıb
Nevaya buraxmışam.
Deyinirəm bütün gün.
heç nədən yoruluram.
Səni unutmaq üçün
hamıya vuruluram.
Durub boş şeyin üstə
qızımı da döyürəm.
Etmədiyim səhvlərə
dizimi də döyürəm.
lənətə gəlsin hərşey.

Saat üçə işləyir,
Kazan vağzalındayam.
Mən yenə qürbətdəyəm,
ölümün ağzındayam.
Bilirsən ki, başımın çarəsinə baxmağı
yaxşıca öyrənmişəm.
Yenə bu boz vaqonda
bələdçi ermənidi
Deyir “ ara , minməsin “
Gəl buna anlad indi,
bir sərnişin iki yer
niyə ala bilməsin? -
sən mənim yanımdasan.
Əlini ver tez çataq,
Kazan vağzalındayam,
qatara gecikirik…

# 75 dəfə oxunub

Oxşar xəbərlər

"Allah, məni Bakıda öldür, dirilt Təbrizdə!"- Həmid Herisçinin şeirləri

"Allah, məni Bakıda öldür, dirilt Təbrizdə!"- Həmid Herisçinin şeirləri

14:00 14 avqust 2026
"Hökmən Allah lazımdır mənə..." - Çeslav Miloşun şeirləri

"Hökmən Allah lazımdır mənə..." - Çeslav Miloşun şeirləri

13:30 14 avqust 2026
"Bəlkə utanmayaq xoşbəxt olanda?"  - Camal Yusifzadə

"Bəlkə utanmayaq xoşbəxt olanda?" - Camal Yusifzadə

13:30 13 avqust 2026
"Necə sındığımı heç kəs görməyib..." - İsa İsmayılzadə

"Necə sındığımı heç kəs görməyib..." - İsa İsmayılzadə

15:50 12 avqust 2026
"Dənizdə adam batıb..."  - Xalq şairi Qabilin şeiri

"Dənizdə adam batıb..." - Xalq şairi Qabilin şeiri

15:15 11 avqust 2026
"Qaydanı səhv çıxaran istisnasan sən..." - Salam Sarvanın şeirləri

"Qaydanı səhv çıxaran istisnasan sən..." - Salam Sarvanın şeirləri

14:00 10 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər