Məşhur rəssamın əsərləri oğurlandı

Məşhur rəssamın əsərləri oğurlandı
17 avqust 2026
# 12:30

İtaliyanın Siciliya adasında yerləşən Messina şəhərindəki Regional Muzeydən İntibah dövrünün görkəmli rəssamı Antonello da Messinaya aid milyonlarla avro dəyərində dörd qiymətli əsər oğurlanıb.

Kulis.az xəbər verir ki, qarətçilər rəssamın 1473-cü ilə aid "San Qreqorio" poliptixinin günümüzədək gəlib çatmış beş pannosundan üçünü və "Pieta" səhnəsində Məryəm ana ilə İsa təsvir edilmiş ikitərəfli pannonu zirehli vitrindən çıxararaq aparıblar.

Soyğunçular poliptixin bütün pannolarını çərçivəsindən çıxarsalar da, qaçarkən ikisini divarın arxasında qoyublar.

Oğurluq hadisəsi şəhər əhalisinin Məryəm ananın göyə yüksəlməsi bayramını küçələrdə kütləvi şəkildə qeyd etdiyi vaxtda, gecə saatlarında baş verib.

Sənətşünaslar oğurlanan əsərlərin ümumi dəyərini 70-80 milyon avro arasında qiymətləndirirlər.

Muzeyin direktoru Marisa Merkuro və şəhərin mədəniyyət məsələləri üzrə rəsmisi Entso Karuzo baş verənləri Messina şəhəri, İtaliya mədəniyyəti və dünya incəsənəti üçün böyük fəlakət və ağır itki kimi dəyərləndiriblər.

Ekspertlər qeyd edirlər ki, dünyaca tanınan bu nadir incilərin leqal yollarla satılması praktiki olaraq qeyri-mümkündür.

# 360 dəfə oxunub

Oxşar xəbərlər

Aptekdə işlədi, oteldə yaddaşını itirdi... - “Detektiv kraliçası” haqqında maraqlı faktlar

Aptekdə işlədi, oteldə yaddaşını itirdi... - “Detektiv kraliçası” haqqında maraqlı faktlar

09:40 15 sentyabr 2026
Tanınmış rejissor şəxsi əşyalarını Servantes İnstitutuna verdi - Səbəb

Tanınmış rejissor şəxsi əşyalarını Servantes İnstitutuna verdi - Səbəb

09:25 15 sentyabr 2026
Azərbaycan “Ən yaxşı mətbəx” nominasiyasında Daşkənddə mükafatlandırıldı

Azərbaycan “Ən yaxşı mətbəx” nominasiyasında Daşkənddə mükafatlandırıldı

09:15 15 sentyabr 2026
Mətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi

Mətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi

17:45 14 sentyabr 2026
“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyası

“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyası

17:30 14 sentyabr 2026
Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi

Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi

17:22 14 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər