Səfillər onlara çörək verən ev sahibini zorlamaq istədilər - “VİRİDİANA”

Səfillər onlara çörək verən ev sahibini zorlamaq istədilər -  <span style="color:red;">“VİRİDİANA”
19 oktyabr 2016
# 16:28

Kulis.Az Aliyənin “Viridiana: din və sosial əxlaq” məqaləsini təqdim edir.

Maddi zənginlik mənəvi zənginliklə bir arada ola bilərmi? Ətrafında bu qədər səfalət varkən, necə ola bilər bu? Zənginlər, mənən kasibsa, kasıblar da mənən zəngindirlərmi?

Luis Bünüelin “Viridiana” filminin irəliləməsi ilə xoş, xeyirxah niyyətli rahibə Viridiananın da yola bu suallarla başlamasını təxmin edirik.

Film Viridiananın dayısından məktub alması ilə başlayır. Dayı özünü bütünlükdə allaha həsr etməyə hazırlaşan bacısı qızını ömrünün xəstə vaxtlarında onu yoluxmağa cağırır. Viridiana dayısının evində yaşadığı müddətdə əmisi ona vurulur. Ondan mərhum arvadının libasını geyərək xatirələrini canlandırmağı xahiş edir. Viridiananı yuxuya verib onunla sevişmək istəyən dayı son anda özünü bu pis niyyətdən saxlayır və səhəri gün intihar edir.

Dayısından qalan var dövlət və özünü tanrıya təslim etmək istəyən Viridiana. Budur, indi maddi zənginlik mənəvi zənginliklə bir yerdədir. Viridiana küçə dilənçilərini, evsiz acları evə toplayır, onları yeməklə, daha sonra işlə təmin edir. Amma bu mərhəməti nəinki dünyanı, heç isti ev və yemək verdiyi insanları belə dəyişmir. Onlar kimsə evdə yox ikən daha dəbdəbəli otaqlardan birində ziyafət və orgiya təşkil edir, evə tez qayıtmış və gördüklərindən dəhşətə gələn Viridiananı zorlamağa cəhd edirlər.

6pwT3ja.jpg

Əmisinin qeyri-rəsmi nikahdan olan oğlu, Viridiananın bu xeyriyyəçiliyinə gülən Xorxe Viridiananı xilas edir. Onlar qulluqçu qadınla birgə - üçlükdə kart oynayırlar.

Bu final ideoloji mövqe tutan qəhrəmanın şərtiliyə gəlib çıxmasını, kilsə dəyərlərindən üz çevirməsini əks etdirir.

Bəzi tənqidçilər Viridiananı Bunuelin başqa bir qəhrəmanının - Nazarinin (“Nazarin” filmi) qadın variantı sayırlar. Söhbət rahibin həyat tərzinin dünyaya realizə ola bilməməsindən gedir. Mərhəmət insanları tərbiyə etmir, əksinə mərhəmət göstərən seçdiyi yoldan sapır.

Bunuelin “Viridiana” filmi tənqidçilər tərəfindən birmənalı qarşılanmır. Filmi kilsənin dəyərlərini aşağılamaqda, xeyriyyəçiliyi şübhə altına qoymaqda, ümumiyyətlə dünyaya pessimist baxışda ittiham etdilər. Ən nüfuzlu kinofestivalın baş mükafatını qazanmasına baxmayaraq film uzun müddət İspaniyada qadağan olundu və yalnız müəllifin 77 yaşından sonra göstərildi.

Əksər tənqidçilərin filmi dini-sosial qatdan analizi əlbəttə, əsaslıdır. Lakin bu film həm də sosial psixoloji baxımdan maraq doğurur. Bu, varlıların və kasıbların toqquşması, qisasıdır. Din bu sosial toqquşmada istehza obyektidir. Dilənçilər Viridianaya, onun dua rejiminə istehza edirlər, evdə təşkil etdikləri ziyafətdə onların Vinçinin “Gizli axşam” tablosunu yamsılamaları da bu istehzadan gəlir. Ən aşağı sosial kastadan olan, ümumiyyətlə sosial kastaya belə qoşula bilməyən bir təbəqənin – dilənçilərin dini motivli bu tabloya, incəsənətin özünə də istehza etmələri sosial ədalətsizliyin formalaşdırdığı əxlaqın din və ya yüksək cəmiyyət əxlaqıyla qarşı-qarşıya dayanması, onu gülüb heçə saymasıdır.

6y6cR5v.jpg

Bu, onları itələyib qovan dünyadan intiqam almaqdır. Ordakı dilənçilərdən biri yoluxucu xəstəliyi olan yoldaşının barmağını kilsədə hamıya paylanan müqəddəs suya batırmasını deyir. Bu, “mənim kimi olmaq təhqirsə, qoy hamı mənim kimi olsun” məntiqidir.

Bunuel “Viridiana”da dinə sosial aspektdən yanaşır. Daha doğrusu, Bunuel dinin sosial institut kimi özünü doğrultmadığını göstərir.

“Viridiana” həm də çörək verdiyin dilənçidən təşəkkür yerinə əxlaq ummağın nəinki yüksək əxlaqa, adi məntiqə sığmadığını deyir. Sosial bərabərsizlik dünyasında bu absurddur.

“Maddi zənginlik mənəvi zənginliklə bir arada ola bilərmi? Ətrafında, bu qədər səfalət var ikən, necə ola bilər bu? Zənginlər, mənən kasibsa, kasıblar da mənən zəngin olmalıdırlarmı?”

Bəlkə səhv xeyirxah niyyətdə yox, yuxarıdakı sualın bəsit qoyuluşundadır?

“Viridiana” “sən yalnız özünü xilas edə bilərsən, başqalarını heç vaxt” pessimistliyi deyil. Bu, “başqalarını xilas” iddiasının fəsadlarıdır.

Bəlkə lap bu iddianın saxtalığıdır.

# 3386 dəfə oxunub

Oxşar xəbərlər

Rus rəssamlığının "Böyük Karl"ı - O, niyə İtaliyaya mühacirət etmişdi?

Rus rəssamlığının "Böyük Karl"ı - O, niyə İtaliyaya mühacirət etmişdi?

15:30 11 iyun 2026
Ömrü sürgündə keçən, Sibirdə quş yumurtası yeyib sağ qalan "xalq düşməni" - Ruhulla Axundov onun həyatını necə məhv etdi?

Ömrü sürgündə keçən, Sibirdə quş yumurtası yeyib sağ qalan "xalq düşməni" - Ruhulla Axundov onun həyatını necə məhv etdi?

12:00 9 iyun 2026
"Bir quşun rəsmini çəkmək üçün..." - Jak Preverin məşhur şeiri haqqında bilinməyənlər

"Bir quşun rəsmini çəkmək üçün..." - Jak Preverin məşhur şeiri haqqında bilinməyənlər

15:20 8 iyun 2026
Mən öz həbsxanamı çəhrayıya boyadım... - Əsəd Qaraqaplanın yeni şeirləri

Mən öz həbsxanamı çəhrayıya boyadım... - Əsəd Qaraqaplanın yeni şeirləri

14:00 7 iyun 2026
"Bazar ədəbiyyatının ortabab tənqidçisinin mövqeyi və əxlaqı..."- Orxan Pamuku niyə tənqid edə bilmirlər?

"Bazar ədəbiyyatının ortabab tənqidçisinin mövqeyi və əxlaqı..."- Orxan Pamuku niyə tənqid edə bilmirlər?

10:00 7 iyun 2026
Anarın ən müəmmalı əsəri - “Əlaqə”də gizlənən fəlsəfə

Anarın ən müəmmalı əsəri - “Əlaqə”də gizlənən fəlsəfə

12:00 6 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər