Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi
5 iyun 2026
# 13:00

Əfsanəvi R&B müğənnisi Pibo Brayson 75 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, sənətçinin ailəsi onun insult keçirdikdən bir neçə gün sonra dünyasını dəyişdiyini açıqlayıb.

Selin Dionla "Beauty and the Beast" və Recina Bell ilə "Aladdin" filmindəki "A Whole New World" kimi "Disney" duetləri ilə daha çox tanınan Braysonun səsi hər zaman "qeyri-adi" olaraq qiymətləndirilirdi.

Mərhumun ailəsinin yaydığı bəyanatda deyilir:

"Qəlbimiz qırıq olsa da, Pibonun nə qədər sevildiyini, onun səsinin və alicənab ruhunun nə qədər insanın həyatına toxunduğunu bilmək bizə təsəlli verir. Onun irsi və musiqisi gələcək nəsillər üçün yaşamağa davam edəcək."

İkiqat "Qremmi" mükafatı laureatı olan Brayson "Oskar" qazanan "Gözəl və bədheybət" filmində Selin Dionla oxuduğu duetlə böyük rəğbət qazanmışdı. Sənətçi həmin qlobal uğuru "Disney"in "Aladdin" filmindən olan "A Whole New World" mahnısında Recina Bell ilə bir daha təkrarlamışdı.

# 765 dəfə oxunub

Oxşar xəbərlər

Klod Monenin  tablosu Parisdə rekord qiymətə hərraca çıxarıldı

Klod Monenin tablosu Parisdə rekord qiymətə hərraca çıxarıldı

18:30 22 oktyabr 2026
Xalq artisti Firəngiz Əlizadəyə ağır itki

Xalq artisti Firəngiz Əlizadəyə ağır itki

18:10 22 oktyabr 2026
Türkiyədə  arxeoloji qazıntılar zamanı qədim tapıntılar aşkarlandı

Türkiyədə arxeoloji qazıntılar zamanı qədim tapıntılar aşkarlandı

18:00 22 oktyabr 2026
“Türk dünyası- ortaq mədəniyyət, ortaq dəyərlər” layihəsi - Gənclər Kitabxanasında

“Türk dünyası- ortaq mədəniyyət, ortaq dəyərlər” layihəsi - Gənclər Kitabxanasında

17:30 22 oktyabr 2026
Əfsanəvi təbiət serialının üçüncü mövsümü yayımlanacaq

Əfsanəvi təbiət serialının üçüncü mövsümü yayımlanacaq

17:00 22 oktyabr 2026
Leyla Əliyeva Səmərqənddə  İmam əl-Buxari memorial kompleksində

Leyla Əliyeva Səmərqənddə İmam əl-Buxari memorial kompleksində

16:51 22 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər