news-inner
clock17:19 calendar-gray 16 Avqust 2016 view-gray295 dəfə oxunub
view-gray295 dəfə oxunub

Modernizm: Fərdlərin böyük çarəsizliyi- ARAŞDIRMA

Kulis.Az Ziyad Quluzadənin “Qaraçərçivəli Çeşməyin Modernizm Gəzintiləri” yazısını təqdim edir.

(I Səyahət- Antony Giddens)

“Söz gəzir ki, möcüzələr keçmişdə qaldı; fövqəl olanı və səbəbə söykənməyən nəsnələri bizə agah edən dühalar var, indi əlimizdə…”

V. Şekspir.

Bəlkə ilk cümləsindən qara çərçivəli çəşməyi əvvəlcə silməkdən, həmin bəsirət gözünü necə açdığımızdan danışacaqdım. Ancaq fikrimdən daşındım. Bu səyahətlər dəyərli İtalio Kalvinonun “Bir Qış Axşamı Əgər Bir Səyyah”ı kimi bu yay istisində bir dərviş sayağı modernizm kəhkəşanında gəzintiyə çıxmağı tezləşdirməkdə fayda var…

Bon Appetite!

A.Giddensin təbirincə ifadə etməli olsaq, “modernizm” terminin qarşılığında “Sənayeləşmiş Dünya” birləşməsini işlətməli olarıq. Bu ifadə feodalizm münasibətlərinin artıq köhnə bir Don Kixot silahı qədər gücünün olmadığına da eyhamdır. Yəni modernizm XIX əsrdə yaranmış post-fordist istehsalla birlikdə sənətdə və gündəlik həyatda keçmişin bütün qalıqlarını sıradan çıxarmaq, yerinə modern olanı qoymaq həvəsiydi. Sanki hər kəsin yüzillərin sənətini, həyat tərzini bircə həmlədə dağıdıb yerində nə isə modern təravəti olan bir şey qoymaq haray-həşiriydi. Məhz həmin o “bir şey” modernizmdir…

Ancaq şübhəsiz bu cərəyanın yarandığı ilk mərhələnin XVII əsrdə Avropada başladığını və təsirinin bütün dünyaya yayıldığını da qeyd etmək lazımdır. Di gəl ki bu gün bir çox modernizmin törəməsiylə yaranmış söz birləşməsi, termin mövcuddur; “İnformasiya cəmiyyəti”, “postmodernizm”, “post-fordizm”, “post-kapitalizm”...

Əziz oxucum! Əslində Modernizmə klassik düşüncə qəliblərindən yanaşaraq, sırf statistik məlumatları dadızdırmaq istəmədim. Onun üçün də, modernizm qasırğasının yaratdığı mövcud xaosun özəyinə enməkdə fayda var. Bu mənada bələdçimiz dəyərli Kembric Üniversitetinin professoru cənab Antony Giddensdir.

1. “Antony Giddens”lə “The Consequences Of Modernity” (Modernizmin Nəticələri) gəzintisi…

Əvvəlcə, bu dalğanın yaratdığı dağıntıdan danışmaqda fayda var. Çünki “modernizm” hər birimizi öz ənənəvi həyat tərzimizdən uzaqlaşdırmış, ondan tamamilə qopartmışdır. Yəni hər birimizi “mələz” bir nəsnəyə, “kollaja” çevirmişdi. Di gəl ki bəlkə də bunu ifadə edəcək ən yaxşı söz birləşməsi “kökündən qoparılma” ola bilər. Modernizm ənənəvi olanı dağıdaraq, yerli-dibli kökündən qopardaraq özünü inşa etmişdir. Xüsusilə bizdəki bu tendensiya Sovet imperiyası dağılandan sonra daha geniş vüsət aldı. Əslində hər şeydə olduğu kimi buradan da dünyanı, həyatı arxadan izləməli, yamsılamalı olduq. Dəyərli Giddens modernizmin digər cərəyanlardan fərqli cəhətini qeyd edərkən, vurğulayırdı ki, bu “geniş yayılması” və “dərinə nüfuz etməsi” baxımından çox əhəmiyyətli mövqeyə malikdir. Belə ki, bu qlobal bir dairədə yayılaraq bütün sahələrə təsir etdiyi kimi, dərinə nüfuz edib gündəlik həyatın hər mərhələsini dekanstruksiyaya məruz qoydu. Bəlkə də bizimlə paraleldə götürdükcə, cəmiyyətimizin uzun müddət lokal bir şəkildə ənənəvi mövcudluğunun kapitalizmlə birlikdə gec modernləşməsini də diqqətdə saxlamağımızda fayda olacaq. Nə edək ki Bakının küçələrində gəzişən insanların, memarlığımızın, düşüncələrdəki sayrışan şeirlərin ənənəvi qəliblərlə simurq lələyi axtarması hələ də sovuşub getməyib.

***

Modernizmin gətirdiyi digər ictimai fəlakət təhlükə riskinin gündəlik qayğı içərisində istifadə edilməsi oldu. Belə ki, A. Giddensin modernizmin müsbət və mənfi cəhətlərini qeyd edərkən vurğuladığı maraqlı bir məqam da vardır. Bəlkə də həmin məqama dair pasajı sizin üçün tərcümə etmək daha məqsədə uyğun olardı.

Adətən, modernizmin “fürsətləri” sosiooloqların bir çoxu tərəfindən yüksək qiymətləndirilmişdir. Marks ve Dürkheym modern dövrü problemli bir məqam olaraq ifadə edirdilər. Di gəl ki onların hər ikisi modernizmin yaratdığı müsbət cəhətlərin çoxluğunun mənfi cəhətlərini ört-basdır etdiyini vurğulayırdılar. Marks yaranmış təbəqələr arası mübarizəni sırf kapitalizmin yaratmış olduğu bir sistem kimi görürdü; digər tərəfdən daha ali, humanist bir cəmiyyətin yaranacağına da ümidliydi. Dürkheim inanırdı ki, sənayeləşmənin bütün həyata nüfuz etməsi, iş bölümü və əxlaqı fərdiyyətçiliyin birləşməsi nəticəsində anlayışlı, doymuş və bütünlüyü olan bir sistem yaranacaqdır. Digər tərəfdən Maks Veber sosyalogiyanın bu üç dayağı içərisində ən bədbini idi. O modernizmi kapitalist sistem içərisində fərdin şəxsi yaradıcılığının və özəl həyatının məhvi bahasına yaranmış bürokratiyanın böyüməsi hesabına əldə etdiyi paradoksal bir vəziyyət kimi qiymətləndirirdi. Di gəl ki M.Veber də hələ modernizmin qaranlıq çöhrəsinin nə qədər dözülməz olduğunu bilmirdi.”

Halbuki, M.Veber tam mənada görə bilməmişdi ki, bu istehsalat mexanizminin azman bir dəmir parçasına çevrilməsi bütünlüklə cəmiyyəti hansı çıxılmaz fəlakətlərə sürüyəcək. Məsələ sadəcə ədəbiyyatda, sənətdə deyil. Eyni zamanda insanın gündəlik həyatında, qayğılarındadır da... Belə ki, modernizm bütünlüklə kapitala dayaqlı bir sistemi dəstəklədiyi üçün dövlət idarəetməsindəki ənənəvi qaydalar qəfildən öz mahiyyətini dəyişdi. Artıq “iqtidar” terminin ehtiva etdiyi mənalar modernizmin çətiri altında kapitala dayanmış bir qoca simvolundaydı. Dayanmadan istehsal edilən, eyni amansızlıqla istehlak edilən hər şey bir məqamdan sonra cəmiyyətin Lakanın təbirincə “Şizofrenik” bir başgicəllənməsi içərisində boşluqda dayaq axtarmaq cəhdinə bənzəyir.

Ardı var...

news-inner-user

19947 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Sənubər İsgəndərli yeni veriliş açır
14:10 17 Sentyabr 2021
Sevgilisi: "Vüqara yaraşmayan qadınlar qəbrinin üstündə hoqqa verir"
13:01 17 Sentyabr 2021
Narkotikaya qurşandı, cibindən 11 min manat oğurladılar, küçədə ağlaya-ağlaya pul diləndi – Oğlunun faciəsində Səyavuş Aslanın günahı
12:30 17 Sentyabr 2021
Vətənə əbədi köçün mübarək, Yaqub Zurufçu!
11:45 17 Sentyabr 2021
Bakirə qız axtaran debillər
11:10 17 Sentyabr 2021
Bakıda milli kitab sərgisi keçiriləcək – İlk dəfə
10:33 17 Sentyabr 2021
Səyyad Əlizadə Mərkəzi Gömrük hospitalına köçürülüb
09:48 17 Sentyabr 2021
Müəllifi bu mahnıya niyə sahib çıxa bilmir? – Plagiatın qurbanı olan “Bayatılar”ımız
09:00 17 Sentyabr 2021
Ölümünə aktyor, ölümünə inqilabçı... - Bir dahi portreti
21:00 16 Sentyabr 2021
Məşhur Amerika filmi yenidən çəkiləcək
18:51 16 Sentyabr 2021
Azərbaycanlı professor vəfat etdi
18:15 16 Sentyabr 2021
Azərbaycanlı şair: “Hər ay ABŞ-dan mənə pul gəlir” – Müsahibə
17:31 16 Sentyabr 2021
Mədəniyyət Nazirliyi məlumat yaydı - Mətn
17:05 16 Sentyabr 2021
Çingiz Abdullayev şeir oxudu – Fotolar
16:15 16 Sentyabr 2021
Əri qorxusundan onu boşadı, çadrasını Cəfər Cabbarlı açdı, anası qızına görə dinə qarşı üsyan elədi - İlk kinoaktrisamızın ağlagəlməz həyatı
15:28 16 Sentyabr 2021
Millət vəkili Salam Sarvanı təbrik etdi - Foto
14:56 16 Sentyabr 2021
Özbəkistanla müştərək film çəkəcəyik
14:00 16 Sentyabr 2021
Benzinin bahalaşmasına haqq qazandıran millət vəkilləri – Sərdar yazır...
13:15 16 Sentyabr 2021
Səyavuş Aslanın küçədə qalan oğlu ilə bağlı rəsmi açıqlama - Foto
12:24 16 Sentyabr 2021
Acun azərbaycanlı olduğunu açıqladı – Video
12:18 16 Sentyabr 2021