news-inner
clock11:54 calendar-gray 09 Avqust 2011 view-gray1754 dəfə oxunub
view-gray1754 dəfə oxunub

Tarixçi kələkbazların qoşduğu “Tarix”

I yazı



Əsrarəngiz duyğular ölkəsi qədim Ellada.

Bütün varlığı ilə gözəlliyə can atan və mücərrəd olanı fəth etməyə çalışan kiçik yaşıl ölkə.

Kiçik olmasına baxmayaraq, bir tərəfində demokratiya, o biri səmtində isə tiraniya və despotiyanın hökm sürdüyü onlarla knyazlığın var olduğu qədim mədəniyyət ocaqlarından biri.

Hələ Homerin zamanında Troya çarı Priamın kiçik oğlu Barsın qaçırdığı Yelenanın arxasınca, qədim türk-etrusk şəhəri və Ellada mədəniyyətinin yaranmasına şəksiz təkan verən Troyanı fəth etmək üçün onlarla yunan knyazı bir araya gəlmişdi. Onlar təkcə Troyanı işğal etmədilər, eyni zamanda, Avropanın artıq 3 min ildir ki davam edən mədəni-sosial mühitini dəyişdirdilər.

Antik Ellada mədəniyyətindən öncə dünyanın Şumer-Akkad, Qədim Çin, Tibet, arilərdən öncəki Qədim Hindistan, Qədim Altay-Türk və Qədim Misir və Qədim Yunanıstan və Roma mədəniyyətlərinin mənbəyi olan etrusk mədəniyyətləri mövcuddur. Amma bu mədəniyyətlər dünyanın inkişafına hər nə qədər təkan versələr də, bugünkü dünyanın tarixi, siyasi, iqtisadi, sosial və mədəni inkişafı antik ellin mədəniyyətindən vüsət alıb.

Bunun səbəbi nəydi?

Qədim Ellada yunanların kiçik-şəhər dövlətlərindən ibarət idi. Bu şəhər dövlətlərin cahangirlik etmək kimi bir gücləri yoxudu. Sadəcə, yunan şəhərləri özləri-özləri ilə vuruşur və Elladanın hüdudları kənarına çıxa bilmirdilər. Hətta etrusk-türklərin şəhər dövləti olan Troyanı fəth eləmək üçün bütün Ellada şəhərlərinin ittifaqı gərəkmişdi.

Qədim yunan ozanı Homerin yunan döyüşkənliyini fövqəladə intuisiya ilə və şövqlə vəsf eləməsinə baxmayaraq, böyük yunan ittifaqı, Ellada şəhər-dövlətlərindən heç də o qədər fərqlənməyən Troya şəhər-dövlətinin divarları önündə aciz və məzlum duruma düşmüşdü.

On mindən artıq gəmi ilə Troyanı mühasirəyə almalarına və hərbi qüvvələrinin Troyanın hərbi gücündən qat-qat artıq olmasına baxmayaraq, açıq meydan savaşında yunanlar, etrusk troyalıların qarşısında pərən-pərən düşmüşdülər. Onları ağır məğlubiyyətdən xilas edən isə Odisseyin xəyanətkar, rəzil və yalnız nökərlərə xas olan fırıldağı oldu. Açıq meydan savaşına hər zaman üstünlük verilən qədim dünyada ilk dəfə hərbi avantüra sayəsində qələbə qazanıdı. Məşhur “Troya atı” sayəsində yunanlar gecə şəhər qapılarını açaraq yunan ordusunun şəhərə daxil olmasına şərait yaratdılar və bir gecədə Troyanın yatmış əhalisini böyükdən kiçiyə qılıncdan keçirdilər. Eyni xəyanətkar rəzillik 16-cı əsrdə məşhur “Varfolemey gecəsi”ndə təkrar olundu. Fransa kralı XII Karl toya dəvət etdiyi quqenotları Parisdə bir gecənin içində qılıncdan keçirmişdi.

Yunanların rəzilliklə həyata keçirdikləri Troya fəthi əslində tarixin inkişaf axarını dəyişdi və günümüzün siyasi-iqtisadi və sosial-mədəni mühitinin yaranmasına cığır açdı.

Nə olursa-olsun, Qədim Yunanıstanın gücü qılıncında deyildi. Hətta Böyük İsgəndər belə Ellada mədəniyyətinin daşıyıcısı olsa belə, yunan qanı daşımırdı və İsgəndərin atası Filip yunanlara qarşı qatı nifrəti və kini ilə seçilirdi. Amma o da faktdır ki, ellin mədəniyyəti olmasaydı, Böyük İsgəndər də olmayacaqdı. Çünki imperiyaları yüksələn mədəniyyətlər yaradır, mədəni inkişafı tənəzzülə uğrayan imperiyalar isə çökür. Bu adi tarixi qanuna uyğunluqdur.

O zaman üç min ildən sonra belə bu günümüzə hakim kəsilən qədim Ellada mədəniyyətinin gücü nədəydi və bu mədəniyyət böyük imperiya mədəniyyətlər olan Şumer-Akkad-Babil, Qədim Çin, Tibet, Altay-türk, etrusk və qədim ari mədəniyyətlərinə qalib gəlməsinin səbəbi nəydi?

Əslində, səbəb çox sadə idi. Qədim yunan mədəniyyəti üç əsas elm təməl üzərində təşəkkül tapmışdı: siyasi tarix, dəqiq elmlər və ədəbi-fəlsəfi dünyagörüşü.

Qədim yunanlar dünyada ilk dəfə tarixi öz siyasi maraqlarına tabe etmişdilər. Yəni Troya qətliamı zamanı əl atdıqları siyasi ikiüzlülük və avatürist siyasət qədim yunan ruhunun açıq mənzərəsi idi ki, bu mənzərə bu gün Qərb mədəniyyətində açıqca görünməkdədir. Yalanı ən həyasız bir tərzdə həqiqət kimi təqdim etmək yunanların siyasi məziyyəti idi. Göbbelsin təbiri ilə, yunanlar yalanı o qədər böyük və möhtəşəm təqdim edirdilər ki, onun həqiqət olmadığını güman etmək imkansızlıq həddində idi. Nəyə görə? Çünki digər xalqlara nisbətən daha çox maariflənmiş və elmin beşiyi olaraq qəbul edilən qədim Elladada, bu yalan söylənilirsə, onu yalan olaraq təsəvvür etmək bu günün insanı üçün belə çətindir.

Ən kiçik şəhər-dövlətlər belə tarixi hadisələri öz siyasi çıxarlarına görə yazır, ya da uydururdular. “Tarixin atası” titulunu alan Heredotun “Tarix” əsəri və başqa digər yunan tarixçilərinin əsərləri buna bariz nümunədir. Elladanın təməlləri üzərində təşəkkül tapan Qərb mədəniyəti artıq intibah dönəmindən başlayaraq, bu tarixləri əsas götürərək dünyanın böyük və aparıcı xalqların tarixlərini görməməzlikdən gəlir və bununla da özlərinin imperialist maraqlarını təmin etməyə çalışırlar. Yəni qarşılarına aldıqları bütün dünya tarixini kiçildir və Herodotun “Tarixi”ni əllərində yelləyərək, “tarix budur, sizinkilər tarix deyil”, - deyirdilər. Ən acınacaqlısı isə odur ki, onlar bunu bacardılar.

Bu gün, ya da dünən Altayda, Tibetdə, Çində, Azərbaycanda, İranda, Mərkəzi Asiyada, ya da İraqda tapılan bir daş abidə çox əhəmiyyətsizdir, amma 2500 il əvvəl Yunanıstandan kənara çıxmayan və ordan-burdan eşitdiklərini qələmə alan Herodotun hər bir cümləsi fövqəladə dürüst tarixdir?!

Hər halda bugünkü Qərb mədəniyyəti bu siyasi ikiüzlülük sahəsində hələ Troya divarları önündə uğurla və məharətlə həyata keçirən sələflərindən – qədim yunanlardan çox şey əxz ediblər. Amma o zamanlar bu ikiüzülü və avantürist siyasi görüşlər hələ tam olaraq Elladaya dünyanı işğal etməsi üçün yetərli güc vermirdi.

Qədim Elladanın şəhər-dövlətlərinin əsas özəllikləri cəmiyyətin inkişafına hesablanan dövlətçilik ənənələrinə sahib çıxmaları idi. İlk demokratik dövlət Afinada yaranmışdı. Afina şəhər-dövləti xalq yığıncaqları ilə idarə olunurdu. Yeddi müdrikdən biri olan Solonun qanunları əsasında formalaşan bu idarəetmə sistemi sonradan Elladanın bir çox şəhər-dövlətlərinə yayılmışdı. İnkişaf üçün bu sistemin əsas üstünlüyü ondan ibarətdir ki, Elladada elm, fəlsəfə, ədəbiyyat, musiqi və hər cür yaradıcılıq sərbəst şəkildə inkişaf edirdi. Pifaqor, Demokrit və Sokrata qədər və onlardan sonra elm və fəlsəfənin inkişafı Qədim Yunanıstanın əsas gücünə çevrilmişdi. Və məhz bu güc qədim Ellada mədəniyyətini günümüzdə hakim vəziyyətə gətirib.

Qədim Yunanıstan ərazisi nə qədər kiçik olsa da, müxtəlif məktəblərə və fəlsəfi sektalara aid olan yüzlərlə filosofun adını çəkmək olar. Onların əksəriyyəti bu gün də tanınırlar. Məsələ orasındadır ki, onların bir çoxunun elmi kəşfləri və fəlsəfi baxışları bu gündə aktualdır. Artıq yüz illərdir ki, Homeri, Hppokratı, Pifaqoru, Arximedi, Herakliti, Demokriti, Evklidi, Epiküri, Sokratı, Platonu, Aristoteli və onlarla digər yunan mütəfəkirini dünyda hər kəs tanıyır. Bugünkü dünya mədəniyyəti də məhz bu yunan mütəfəkkirlərinin çiyinləri üzərindən yüksəlməkdədir. Hətta bu belə olmasa belə, təqdimat belədir.

Məhz qədim Elladanın elmi-fəlsəfi gücü Makedoniyalı İsgəndərə dünya miqyaslı bir imperiya yaratmaq imkanı verdi. Kiçik Makedoniyadan qalxaraq dünyanın yarısından çoxunu işğal edən İsgəndər bir dünya hadisəsi idi, amma bütün hallarda Ellada mədəniyyəti və avanqard elmi-fəlsəfi cərəyanları olmasydı, bu dünya hadisəsinin baş verməsi imkansızdır.

Gənc İsgəndərin hərbi dühası hər nə qədər mükəmməl olsa da və hər nə qədər Makedoniya falanqları Dara ilə məşhur meydan savaşında imkansızı bacarsa da, əsl qələbəni ellin mədəniyyəti qazanmışdı. Ellada bu qələbəni neçə yüz illərdi, hətta yunan gəmiləri Troya şəhərinin divalarına önündə durduğu zamandan bir xeyli əvvəldən gözləyirdi.

Ellada yıpranmış və sadəcə, əyyaşlıqla əxlaqsızlıq arasında köçünü sürüyən qədim İran mədəniyyətini bir həmlədə yendi. Sonra üzünü Qədim Misir mədəniyyətinə doğru yönəltdi. Qoca və yorğun Misir mədəniyyəti müdafiə olunmaq iqtidarında belə deyildi. Ona görə də qısa bir zaman kəsiyi içində mumiyalanaraq pramidaların içinə gömüldü. Qürurlu və qüdrətli fironlar ölkəsində ellin mədəniyyəti hökm etməyə başladı.

300 il sonra Roma fatehi Sezar Misirə gəldiyi zaman ellin mədəniyyəti Qədim Misir fironlarının taxtında oturmuşdu.

Qədim Misir mədəniyyəti Ellada mədəniyyətinin təcavüzü qarşısında gözlərini yumarkən, İsgəndər Baktriya çöllərində yürüyürdü. Daranı təqib edən cahangir Əfqanıstan dağlarına dirəndi. İsgəndərin ordusu açıq meydan savaşları üçün hazırlanmışdı. Ona görə də İsgəndər şimala doğru istiqamətlənib hər zaman türklərin yurdu olan Böyük Çölə doğru yönəldi. Birdən-birə öz torpaqlarında yadelli ordu ilə üzləşən köçəri türk tayfaları İsgəndərin şöhrətini duymuşdular. Onun döyüş taktikası haqqında da bilgilərə sahib idilər.

Böyük Çöldə öncə İsgəndər çox rahatdı. Hər tərəf sonsuz yaşıl düzənliklərdən ibarətidi. Hətta kifayət qədər su da vardı. Amma az sonra cahangirin bütün rahatlığı yoxa çıxdı, hətta yuxusu belə ərşə çəkildi. İsgəndərin qarşısında düşmən yoxudu. İsgəndər hətta türk hökmdarının adını belə öyrənə bilmədi. Sadəcə, gecələr çöldən atlı dəstələr peyda olur, ellin ordusuna zərbə endirib yoxa çıxırdı. İsgəndər düşməni təqib etməyə çalışsa da, heç bir zaman düşmənini görə bilmədi və anladı ki, bir qədər daha irəli gedərsə, xəyali düşmənlə savaşda ordusunu tamamilə məhv edəcək. Ona görə də cahangir geri döndü.

Amma yunan tarixçiləri onun bu biabırçı məğlubiyyəti haqqında susdular. Sadəcə, İsgəndərin xəstələnərək geri döndüyünü yazdılar. Amma əsl həqiqət o idi ki, İsgəndər Baktriyaya geri döndükdən sonra xəstələnib ölmüşdü.

Ellada mədəniyyətinin müzəffər yürüşünün qarşısını alan türklər, eyni zamanda, Qədim Çin mədəniyyətini və bəlkə də Qədim Tibet mədəniyyətini Ellada mədəniyyətinin aqressiyasından qorudu.

Bilinən dünyanın yarısını fəth edən Ellada mədəniyyəti coşqusundan boğulurdu.

İsgəndərin ayağının dəydiyi hər yerdə ellin mədəniyyəti çiçək açırdı və qədim yunan filosoflarının şöhrəti artıq bütün dünyaya yayılmışdı. Amma bu coşqu uzun sürmədi. Elladanın qonşuluğunda yüksələn latın Roma imperiyası Yunanıstanın doğan günəşini söndürdü. Buna baxmayaraq, ellin mədəniyyəti Roma hökmranlığı zamanında da hakim mövqeyini qoruyub saxlaya bildi. Eyni mənşədən, etrusk mədəniyyətindən törədiklərinə görə, ellin və latın mədəniyyətlərinin uzlaşması və sintezi çox asanlıqla baş verdi. Hətta sonralar Roma imperiyası parçalandıqdan sonra Şərqi Roma imperiyası kimi tanınan Bizans imperiyasını ellinlər qurdu.

Roma imperiyasının süqutu və xalqların böyük köçündən sonra Avropanın qot tayfaları tərəfindən işğalı Ellalda mədəniyyətini demək olar ki, unutdurdu. İlkin orta əsr dönəmində xristanlığın güclənməsi və hakim mövqeyə çıxması, bütpərəst və çoxtanrılı ellin-latın mədəniyyətini tam olaraq sıradan çıxardı. Burda Avropa qall və kelt tayfalarının romalılara olan nifrəti də az rol oynamadı.

Bəlkə də tarixin istehzasıdır, amma VIII əsrdə müsəlman ərəblər Pireney yarımadısını və indiki Fransa ərazilərinin çox böyük hissəsini işğal etdikdən sonra Avropa unutduğu ellin mədəniyyəti haqqında bir daha duyurular aldı (ərəblər yunan filosoflarını onların əsərlərini kifayət qədər tədqiq edib mənimsəmişdilər). Lakin ortodoksal Avropa xristian şüuru ellin mədəniyyətini dərk eləməkdən imtina etdi.

Tarixə bir dünya savaşları olaraq keçən səlib müharibələri dönəmində xristian-katolik Avropa mədəniyyəti ellin mədəniyyətindən bixəbərdi. Qədim Ellada mədəniyyəti qismən xristianlıqla sintez edilərək provaslav Bizans imperiyasında yaşamaqda davam edirdi.

Yalnız yeni tarixin başlanğıc dönəmində, yəni Avropa intihab mədəniyyəti dönəmində unudulmuş qədim Ellada mədəniyyəti Avropada kök salmağa və sürətlə yayılmağa başladı. Avropa intihab mədəniyyəti məhz Ellada mədəniyyətindən kök alaraq yüksəlməyə başladı. Bu dönəmdə artıq dünyada aparıcı simaya malik olan və elmi-fəlsəfi yüksəlişin mərkəzi rolunu oynayan İslam mədəniyyəti qürub edirdi.

İslam dünyası fanatizmin zülmətinə qovuşduqca, Qərb mədəniyyəti ellin mədəniyyyəti ilə bütövləşərək yüksəlməyə davam etdi. Bu dönəmdə Avropada geniş yayılan protestant hərəkatları isə bu yüksəlişin miqyasını daha da böyütdü.

Bu gün bizim yaşadığımız sivilizasiyanın əsas prinsipləri olaraq tanınan demokratizm və liberalizm öz köklərini qədim ellin-latın mədəniyyətindən almaqdadır. 2300 il əvvəl Böyük İsgəndərin müzəffər qılıncı ilə bütün digər mədəniyyətləri yox etməyə qalxan, lakin Böyük Çöldə türklər tərəfindən durdurlan Ellada mədəniyyəti artıq neçə yüz ildir ki, müzəffər yürüşünü davam etdirməkdədir.

Artıq demək olar ki, ellin-latın mədəniyyəti bütün digər mədəniyyətləri sıradan çıxarıb və özünü sözün tam anlamı “altenativsiz elan edib”.

Artıq qədim Ellada mədəniyyəti durmadan zəfər təbilləri çalır. Çin mədəniyyəti çoxdan öz içinə gömülüb. Tibet mədəniyyəti didərgin düşüb. İslam mədəniyyəti isə bu gün sadəcə, terror savaşı aparmaqla özünü qorumağa və tam məhv olmaqdan qurtulmağa çalışır. Amma 2011-ci ildə tüğyan edən ərəb inqilaları bir daha sübut etdi ki, ellin-latın mədəniyyəti acımasızdır və onu durdurmaq doğurdan göründyüyündən daha çətindir.

Böyük İsgəndərin yürüşündən 1800 il sonra Böyük Çöl Ellada mədəniyyətinin təcavüzünün qarşısını ala bilmədi. Böyük Çöl işğal olundu və qoca Böyük Çöl mədəniyyəti məzara gömüldü. Bunu beyinlərini ellin mədəniyyəti ilə silahlandıran türk təəbəsi ruslar başardı...


Oxşar xəbərlər

Xəbər lenti

Məşhur aktrisa vəfat etdi
10:27 24 Sentyabr 2020
Gənc şairin ilk kitabı çap olunub
09:42 24 Sentyabr 2020
Səməd Vurğun 50 yaşında ölməyibmiş – Filosof yazır...
08:58 24 Sentyabr 2020
Məmməd Aslana halallıq - Şərif Ağayar yazır...
20:57 23 Sentyabr 2020
"Qəlbimin palitrası"ı təqdim olunacaq
18:51 23 Sentyabr 2020
10 ilə çəkilən film - Video
18:12 23 Sentyabr 2020
Atamın gələ bilmədiyi günlərdən çıx gəl - Fəridədən müharibə şeirləri
17:29 23 Sentyabr 2020
Qəni Camalzadənin sosial-bədii nəsri - Aydın Xan yazır
16:47 23 Sentyabr 2020
“Uliss”in tərcüməçisi dünyasını dəyişdi
16:08 23 Sentyabr 2020
Aqil Abbas: "Dağlıq Qarabağda vətəndaşlığımızı qəbul edən ermənilərlə işimiz yoxdur"
15:30 23 Sentyabr 2020
Şəbnəm Tovuzlunun erotik dərdi
14:49 23 Sentyabr 2020
Lalə Məmmədova həmkarlarını qınadı: "İcra başçılarından qorxurdunuz?"
14:06 23 Sentyabr 2020
Elçin Əfəndiyev: "Çox yaramaz iddiadır" -Məktub
13:29 23 Sentyabr 2020
“Mədəniyyət/Culture” jurnalının növbəti sayı nəşr edildi
12:51 23 Sentyabr 2020
Mirzə Cəlili aldatmışdı, Müşfiq onun evinə pəncərədən girirdi – Komediyamızın banisi haqqında maraqlı faktlar
12:06 23 Sentyabr 2020
“Azərbaycan tarixində atılmış 5 ən yanlış addım” kitabının imza günü olacaq
11:17 23 Sentyabr 2020
İnternet yoxdursa, necə olacaq? – Əyalətin təhsil dərdi
10:45 23 Sentyabr 2020
Nobel mükafatının təqdimat mərasimi təxirə salındı
10:16 23 Sentyabr 2020
Tom Kruzun kosmosa gedəcəyi tarix bəlli oldu
09:44 23 Sentyabr 2020
Ömər Faiqin İngiltərədə yaşayan nəticəsi: "Mirzə Cəlil babamın qollarında can verib" - Müsahibə
09:00 23 Sentyabr 2020