news-inner
clock12:00 calendar-gray 21 Dekabr 2015 view-gray142 dəfə oxunub
view-gray142 dəfə oxunub

Uelbek: “İlk romanım kobuddur, köntöydür, amma yaxşıdır"

Mişel Uelbek 1958-ci ildə Madaqaskar yaxınlığında –, fransız adası La Reyunionda anadan olub. Yazarın şəxsi veb səhifəsində qeyd olunub ki, anestezioloq və dağ turları bələdçisi olan valideynləri həddindən artıq maraqlı peşə sahibləri Mişelin doğumundan az sonra ona maraqlarını itiriblər və buna görə onun uşaqlığında valideynləri ilə çəkilmiş şəkli yoxdur. Valideynləriylə bir müddət qalandan sonra Əlcəzairə ana babasının yanına göndərilən Mişel altı yaşında Fransanın şimalında yaşayan ata nənəsinin himayəsinə verilir.


İkinci kitab – “İbtidai hissəciklər”-in nəşrindən uzun illər sonra Mişelin anası onun haqqında 400 səhifəlik memuar çap etdirir. O, Mişelin yaratdığı ana obrazı kimi bir ana olmadığını və oğlunun çox ədalətsiz davrandığını göstərmək istəyir, lakin bu əsər müəllifə marağı birə-beş artırır.

Uelbek Fransanın əksər nüfuzlu ədəbi mükafatlarının qalibidir. Romanları ilə yanaşı, Uelbekin bir neçə şeir və esse toplusu da dərc olunub. Şeirlərinin bəzilərinə musiqi bəstələnib, həmin mahnıları yazar özü Parisin gecə klublarında ifa edib. Fransanın sabiq birinci xanımı Karla Sarkozi də onun şeirlərinə musiqi bəstələyib. Sonuncu romanı “Xəritə və ərazi” (“La Carte et le Territoire”) 2010-cu ilin sentyabrında oxucuların ixtiyarına verilib. Yazarın “The Paris Review” jurnalına verdiyi müsahibəni təqdim edirik.

- Ədəbi sələfləriniz kimlərdir?
- Bu məsələdə son zamanlar özümü çox təəccübləndirirəm. İndiyə kimi bu suala cavabım olub ki, Bodliyar, Nitsşe və Şopenhauerin yaradıcılığına divanə idim, sonralar bu siyahıya Dostoyevski və Balzak əlavə olundu. Bunlar yaradıcılığını heyranlıqla oxuduqlarım müəlliflərdir. Romantik şairləri də sevirəm – Hüqo, Viqni, Musset, Nerval, Verleyn və Mallarme - həm əsərlərindəki ədəbi güclə, həm də yaşatdıqları məhrəm hisslərə görə. Məni təəccübləndirən isə odur ki, mən onların əsərlərini mütaliə edəndə, yəni uşaq vaxtı nə oxuduğum mənim üçün elə də vacib məsələ olmayıb, onları diqqətsiz oxumuşam. Fransada uşaqlar üçün iki klassik var idi: Jül Vern və Aleksandr Düma. Jül Vernə üstünlük verirdim. Dümanın o tarixi detalları mənə darıxdırcı idi. Jül Vernin dünyaya həvəsli və maraqlı baxışını sevirdim, yer üzündəki hər şey ona maraqlı gəlirdi.

- Başqa hansı yazıçılardan təsirlənmisiniz?
- H.P.Lavkraft və Klifford Simakın elmi-fantastik hekayələrini çox oxuyurdum. “Şəhər” (“City”) şah əsərdir. Eyni zamanda Siril Kornbluts və R.A.Lafferti də bu siyahıya daxildir.

- Sizi elmi-fantastik hekayədə nə maraqlandırır?
- Deyəsən, arada reallıqdan uzaqlaşmağa ehtiyacım olur. Yaradıcılığıma baxanda, özümü sadəcə bəzi şeyləri şişirdən realist kimi görürəm. Bircə məsələ dəqiqdir ki, bu janrda Lavkraftın “Ktulhunun çağırışı” (“The call of Ctulhu”) hekayəsi mənə ən çox təsir edən nümunədir, onun müxtəlif rakuslardan yanaşmaq məharəti.

- “Hər nə isə” (“Whatever”) üçün naşir tapmaqda çox çətinlik çəkmisiniz? Redaktorlar niyə bu əsərdən imtina edirdilər?
- Bu barədə heç bir fikrim yoxdur. Amma bu həmin dövrlərdə çap edilənlərə çox da oxşamırdı. Məsələn, məncə, Le Klezio böyük yazıçı hesab olunurdu.

- 2008-ci ildə Nobel Ədəbiyyat mükafatına layiq görüldü. Le Klezio haqqında nə düşünürsünüz?
- Ondan heç nə oxumamışam. Bir dəfə cəhd etdim, çox sıxıcı idi. Amma çap olunanlar onun yazdıqları kimi şeylər idi.

- Poeziya haqqında nə düşünürsünüz?
- Poeziya sevdiyiniz yazarın sizə sözün əsl mənasında təsir edə bildiyi yeganə yerdir, çünki siz bir şeiri oxuyursunuz, o sizə təsir edəndə yenidən oxuyursunuz, o qədər oxuyursunuz ki, artıq oxumasınız belə onun kiçik parçaları beyninizdə səslənir.

- “Həyatımda poeziya ilə nəsrin daimi mübarizəsi var”- demisiniz. Əgər poetik impulslar qarşısında əlinizin dalını yerə qoysanız, bu o deməkdir ki, oxunmayan şair olmaq riski ilə barışırsınız. Əks halda isə sadəcə əsl təhkiyəçi olmağı qəbul edirsiniz.
- Deyəsən, sizdə mənim təhkiyəçiliyə hədsiz yumşaq marağım olduğu təəssüratı oyandı, bəlkə də müəyyən mənada doğrudur. Amma, məsələn, Aqata Kristini çox sevirəm. İlk növbədə janrın bütün qaydalarına tabe olur, lakin təsadüfən fərqinə varırsınız ki, o əslində hekayəni tamamilə öz ağlıyla ilə idarə edir. Məndə isə bu proses əksinə gedir, əvvəlcə heç bir qayda-qanuna riayət etmirəm, heç bir süjet tələbinə uymuram, lakin hekayə irəlilədikcə beynimdə “özünə gəl, bu yazdığın roman olmalıdır, özünü idarə elə” cümləsi səslənir. Amma heç vaxt gözəl bir səhnəni sırf süjetə uymur deyə yazmaqdan imtina etməyəcəyəm.

- İlk romanınız haqqında nə düşünürsünüz?
- Kobud, köntöydür, amma yaxşıdır. O mənim “Les İnrockuptibles” jurnalı ilə uzunmüddətli əlaqəmin başlanğıcı idi.

- İkinci romanınız “İbtidai hissəciklər” üçün kvant nəzəriyyəsi ilə bağlı çoxlu araşdırmalar aparmısınız.
- Ouu, qorxunc idi. Kitablar necə çətin idi, bəzən eyni səhifəni 3 dəfə oxuduğumu xatırlayıram. İntellektual baxımdan qazandırdıqlarını nəzərə alsaq, o qədər də pis deyildi, amma inanmıram ki, bunu bir də gözə alam.

- Romanda ən çox diqqətə çatdırmaq istədiyiniz nədir?
- Ən çox istədiyim şey siz ingiliscə bir söz istifadə edirsiniz “heartbreaking”, elə səhnələr yaratmaqdır.

-Ürəkdağlayan?
- Məncə, Mişelin sevgilisinin ölümü həqiqətən çox canlı idi. Roman yazarkən hər şeydən çox məhz bu tip səhnələr yazmağa çalışıram.

- Niyə xüsusilə bu tip səhnələr?
- Çünki ədəbiyyatda ən çox sevdiyim şeydir bu. Məsələn, "Karamazov qardaşları"-nın son səhifəsini göz yaşlarımı saxlayaraq oxuya bilmirəm, nəinki oxuya o səhnəni düşünərkən belə gözlərim dolur. Ədəbiyyatın bu cəhətinə, insanı kövrəldə, ağlada bilmək qabiliyyətinə vurğunam. Mənim nəzərimdə dünyada iki gözəl kompliment var: "O səhnə məni ağlatdı" və "Bir gecəyə bitirdim, dayana bilmədim". Bu iki tərifi yüksək qiymətləndirirəm.

- Sadəcə dini baxımdan yox, siyasi cəhətdən də ateist" olduğunuzu yazmısınız. Bir qədər aydınlaşdıra bilərsənmi?
- Siyasətin tarixə elə də böyük təsiri olduğuna inanmıram. Tarixi dəyişən, yazdıran əsas faktorlar daha çox texnolojidir və bəzən isə, çox yox, bəzən dini. Düşünmürəm ki, siyasətçilərin həqiqətən əhəmiyyətli tarixi xidmətləri, rolları var, onlar sadəcə Napaleon kimi iri katastroflara səbəb olacaq hadisələri qızışdıranda nəyəsə xidmət etmiş olurlar.

- “İbtidai hissəciklər” həm də tənqidçiləri sizin bioqrafiyanız üzərində fokuslaşdıran bir roman oldu. Çünki obrazların sizinlə çox ümumi cəhətləri olduğu aşkar görünürdü. Amma deyəsən bundan heç xoşlanmadınız, insanlar bütün romanı bioqrafiya səviyyəsinə endirdilər.
- Bəli, bu məni çox narahat edirdi, çünki bu tip şeylər əsər yazmağın qaydalarından imtinadır, obrazların öz-özlərini inkişaf etdirdiklərini görməzdən gəlməkdir. Başqa sözlə ifadə etməli olsam, əsərin əvvəlində siz bir neçə real faktdan istifadə edirsiniz və onları hekayənin gedişatına uyğun dəyişmək imkanı verirsən. Bir müddət sonra həqiqəti tamam unudursan. Başdan-sona öz taleyini danışa bilməzsən. Öz taleyinin bəzi elementlərindən yararlana bilərsən, amma yüz səhifə sonra bu obrazın edəcəklərinə nəzarət edə biləcəyinə inandırma özünü.

- Kitab haqqında rəy bildirənlərə “obrazlar üzərində mərkəzləşməyin” demisiniz.
- Sadə oxucularda bir ümumi hal var bəzən obrazlara qarşı özlərindən asılı olmadan duyğular formalaşdırırlar. Tənqidçilər isə heç vaxt bunu müzakirə etmirlər. Xüsusilə, ingilis tənqidçilər süjeti əsas hesab edirlər, ümumiyyətlə, obrazlar haqqında danışmırlar. Ona görə obrazlara köklənmək olmaz.

- Yazmaq üçün başqa tələblər varmı?
- Flober deyirdi ki, daimi ereksiya olmalıdır. Mən bu prosesi “olmalı” olanlar sırasında görmürəm. Gəzməyə ehtiyacım olur, yazmazdan əvvəl və ya sonra, dietik tələblərdəndir, kofeli işdir, kofe lazım olur.

- Romanların süjetini əvvəlcədən planlaşdırırsınız?
- Yox.

- Yəni növbəti səhifədə nə olacağını bilmirsiniz?
- Ümumiyyətlə, heç vaxt heç nəyi planlaşdırmıram. Əslinə qalsa, mən buna yazı üslubu demirəm, bu sadəcə mənim dünyanı dərk etmə formamdır.

- Kişi ilə qadın arasında sevginin mövcudluğu haqqında konsepsiyanızdan danışaq.
- Mənim nəzərimdə sevginin mövcudluğu Dostoyevskinin nəzərində Allahın mövcudluğu ilə eynidir.

Müəllif: Suzanna Hunnevel
İngilis dilindən tərcümə etdi: Elcan SALMANQIZI

Kaspi

news-inner-user

17199 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycanlı rejissor qəhrəmanlarımızdan film çəkmək üçün müraciət etdi
17:35 04 Dekabr 2020
Şəhid dənizçilərə kitab həsr olunacaq
17:10 04 Dekabr 2020
Xudayar Yusifzadə və bütün Şəhidlərimizin ruhuna: Vətən yaxşıdır
16:28 04 Dekabr 2020
"Ulduz" jurnalının yeni nömrəsi Qarabağa həsr olundu
15:46 04 Dekabr 2020
Bizim üçün ölümə gülə-gülə gedən 2783 adam
15:03 04 Dekabr 2020
Qadın yazarın yeni kitabı işıq üzü gördü
14:19 04 Dekabr 2020
Kamal Abdulla: “Mənim üçün ad günü kədərli gündür” - Müsahibə
13:37 04 Dekabr 2020
Koronavirusa qarşı qələbə vaksini - Ayxan Ayvaz yazır...
13:01 04 Dekabr 2020
Aqşin Yenisyey: “Bundan sonra hər gün “sayğı duruşu”nda dayanacağıq”
12:23 04 Dekabr 2020
Anar Vətən müharibəsindən danışdı: “Arzu edirəm ki...”
11:50 04 Dekabr 2020
Bir dəqiqə sükut... Gəmi siqnalı... – Günün şeiri
11:16 04 Dekabr 2020
Avropada şeir festivalında olan Ramil Əhməd: “Xalqımıza qarşı çox böyük sevgi gördüm”
10:45 04 Dekabr 2020
Mən də gedim komandir... – Döyüşçü-şair şəhid olan dostlarına şeir yazdı
10:15 04 Dekabr 2020
Bu gün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
09:45 04 Dekabr 2020
Daşları yuxarıdan-aşağı maşının üstünə yağdırdım - Bircənin romanı
09:01 04 Dekabr 2020
Gələn il Ağdamda özümə toy edəcəm – Aqil Abbas yazır...
21:49 03 Dekabr 2020
Aktrisa evində ölü tapıldı
18:57 03 Dekabr 2020
İşğaldan azad edilmiş rayonların kitabxanaçıları ilə görüş keçirildi
18:22 03 Dekabr 2020
Əməkdar rəssam vəfat etdi
17:54 03 Dekabr 2020
Vudi Allen yeni film çəkməyə hazırlaşır
17:19 03 Dekabr 2020