news-inner
clock13:11 calendar-gray 25 İyun 2015 view-gray366 dəfə oxunub
view-gray366 dəfə oxunub

Stalinin haqqında məqalə yazdığı dahi bəstəkar

"Mənə bu imkanı yaradan, bacarığımı və sənətimi inkişaf etdirməyimə imkan yaradan Sovet İttifaqı Kommunist Partiyasına təşəkkür edirəm”. Sovetlər Birliyi rəsmi mükafatını alan sənətkarların mərasimdəki çıxışına başlayarkən bu sözləri deməsi ənənə halını almışdı. Ancaq 1954-cü ildə Sovetlər Birliyi xalq artisti mükafatını alan məşhur bəstəkarın dediyi sözlər hamını təəccübləndirdi: "İncəsənət bacarığımı borclu olduğum sevgili ana və atama, əsərlərimi hazırlayarkən mənə dəstək olan ailəmin bütün fərdlərinə və xalqıma təşəkkür edirəm".

Sənətkar üçün xalq kütlələrinin hər gün yeni uğurlar əldə etdiyi bir dövrdə yaşamaq və yaratmaq böyük bir xoşbəxtlikdir deyən dünyaca məşhur rus bəstəkarı, pianoçu və pedaqoq Dmitri Dimitriyeviç Şostakoviç 1906-cı il 25 sentyabrda Sankt-Peterburqda dünyaya göz açıb. XX əsrin ən böyük simfoniyalarını yazan bəstəkar film musiqiləri, mahnılar, caz da daxil olmaqla bir çox əsərlərin yaradıcısıdır.

Bəstəkarın babası polşalı baytar Pyotr Şostakoviç idi. 1830-cu ildən o, Polşadakı “Yanvar üsyanı”na qatılmışdı. Daha sonra ailə ruslaşdı. İntellektual və solçu ailədən olan bəstəkarın atası Dmitri Boleslavoviç Şostakoviç Mendeleyevlə birlikdə çalışan məşhur kimyaçı idi. Anası Sofiya Vasilyeva isə pianoçu idi. Piano dərslərinə doqquz yaşında başlayan Dmitrinin ilk müəllimi anası olub. Daha sonra isə o, professional müəllimlərdən dərs almağa başlayıb. Şostakoviç 1916-18-ci illərdə Qlasser musiqi məktəbinə gedib. 1919-cu ildə, hələ 13 yaşında olarkən ölkənin ən yaxşı musiqi akademiyası olaraq bilinən Petroqrad Konservatoriyasına Qlazunovun tövsiyəsi və köməyi ilə daxil olub. Nikolayevdən piano, Steinberqdən kompozisiya dərsləri alıb. 4 il içində piano dərslərini bitirib konsertlər verməyə başlayıb.

İlk bəstəsi olan “İnqilab qurbanlarının xatirəsinə matəm marşı” bu dövrdə yazılıb. Ailəsində maddi problemlər yaranmağa başladığı azmış kimi 1922-ci ilin əvvəllərində atası vəfat edib. Bundan sonra Sofiya Vasilevnanı üç uşağı ilə birgə çətin günlər gözləyirdi. Amma Şostakoviç Aleksandr Qlazunovun dəstəyi ilə təhsilinə davam edir. Pianolarını satsalar da bu kifayət etmir və Dmitri bacısı Mariya ilə birlikdə işə başlayır. Onun ilk işi kinoda piano çalmaq idi. Bu, onun bəstəkarlıq fəaliyyətini daha da yaxşı inkişaf etdirməsinə səbəb oldu. Ancaq həmin müddətdə Şostakoviç vərəmə tutulur və on il müddətində xəstəliyin təsirində qalır.

Bəstəkarın yaradıcılığı

Şostakoviçin məzun olmaq üçün bəstələdiyi “1-ci Simfoniya”sı 1926-cı ildə Sankt-Peterbuqrda və Moskvada nümayiş olundu. Bu simfoniya ona 20 yaşında məşhurluq gətirdi. 1927-ci ildə Varşada Beynəlxalq Şopen Piano yarışında mükafat qazandı. Sovet rejiminə bağlı olan gənc musiqinin dövlətə xidmət etməli olduğuna inanırdı. O, həm də səhnə və filmlər üçün musiqilər yazırdı. 10 il içərisində “Burun” operasını, “Qızıl əsr” və “Bolt” baletlərini yazdı. Bu bəstələrin avanqard qərb musiqisinin təsirində qaldığı düşünülürdü və ona görə də səhnələşdirilməsinə icazə verilmədi.

1936-cı ildə “Msensk qəzasının Ledi Maqbeti” operasının və “Bright Stream” baletinin səhnəyə qoyulmasından sonra “Pravda”da Stalinin özünün yazdığı deyilən “Musiqi yerinə qarışıqlıq” başlıqlı məqalə dərc olunur. Məqalədə Şostakoviç tənqid olundu. 10 gün sonra yenidən həmin qəzetdə bəstəkar haqqında daha bir tənqidi yazı dərc olundu. Bu hadisələr nəticəsində onun maaşının bir hissəsi azaldıldı. Şostakoviçin karyerasının sonu gəlmiş kimi görünürdü.

1937-ci il repressiyaları zamanı bir neçə dostu və qohumu həbs edildi, bəziləri öldürüldü. Bu dövrdə onun tək təsəllisi oğlu Maksimdən 2 il sonra, 1936-cı ildə doğulan qızı Qalina oldu. O, bu ittihamlara cavabını 1937-ci ildə yazdığı “5-ci Simfoniya” ilə verdi. Bu dövrdə o, piano musiqiləri, baletlər, simfonik şeirlər, operalar bəstələdi.

1938-1953 illərdə səhnədən uzaqlaşmağına baxmayaraq, bəstələrinə ara vermədi və 5 simfoniya ilə 4 simli alətlər kvarteti yazdı. 1937-1941 illərdə Leninqrad Konservatoriyasında kompozisiyadan dərs keçdi. 1940-ci ildə Piano beşliyi ilə “Stalin” mükafatını qazandı. 1941-ci ildə müharibə dövründən bəhs edən “7-ci Simfoniya”sı təkcə Sovetlər Birliyində deyil, İngiltərə və Amerikada da əks-səda doğurdu. Onun “7-ci Simfoniya”sı həm də “Leninqrad simfoniyası” adlanır. Simfoniya II Dünya müharibəsi zamanı Leninqradda olan çətin həyat şəraitindən bəhs edir.

1943-cü ildə Moskvaya köçüb Konservatoriyada işə başladı. 1948-ci ildə tərk etdiyi vəzifəsinə 1960-cı ildə təzədən qayıtdı. Bu dövrdə Skripka Konçertosunu tamamladı. Stalinin ölümündən sonra Xruşovun rəhbərliyə keçməsi ilə daha rahat çalışa bildi. 1953-cü ildə bəstələdiyi şah əsəri “10-cu Simfoniya” 22 il ərzində ən yaxşı əsərlərini bəstələdiyi dövrün başlanğıcıdır. Bu dövrdəki ən vacib əsərləri 11-15-ci Simfoniyalar, 6-15-ci simli kvarteti və 2 violonçel konçertosudur.

Şostakoviç 1926-cı ildən 1972-ci ildə qədər on beş simfoniya bəstələyib. O, bəstələdiyi 15 simfoniya və 15 simli alətlər kvarteti ilə bir çoxları tərəfindən XX əsrin ən böyük bəstəkarı kimi qəbul edilir. Şostakoviç erkən yaradıcılığında Stravinski, Berq, Prokofeyev, Hindemit kimi bəstəkarlardan bəhrələnsə də 1930-cu illərin ortalarından etibarən Maler yaradıcılığının təsiri altına düşüb. O, əvvəllər Sovet rejiminə çox bağlı olsa da, daha sonra bu rejimi qaranlıq və acı olaraq görüb, bəstələrində də bunu əks etdirib.

Şəxsi həyatı

Şostakoviç 1932-ci ildə Nina Varzarla ailə həyatı qurur. Həmin müddətdə Şostakoviç çətin günlər yaşayırdı. Bu sıxıntılı günlər 1953-cü ildə Stalinin ölümünə qədər davam edir. Onların evliliyi 1954-cü il Nina Varzarın vəfatına qədər davam edir. Cütlüyün Maksim adlı oğlu və Qalina adlı qızları olur. Daha sonra ard-arda yaşadığı iki eşq onun üçün 1950-ci illərin ikinci yarısının daha rahat keçməsinə şərait yaradır. Eşq yaşadığı qadınlardan biri uzun müddət evlənməyi düşündüyü Qalina Ustolskaya, digəri isə “10-cu simfoniya”sında da adı keçən Elmira Nazırovadır...

Şostakoviçin səhhəti getdikcə ağırlaşmağa başlayırdı. İçki və çox siqaret çəkməsi onun vəziyyətini daha da çətinləşdirirdi. Bəstəkar ikinci evliliyini 1956-cı ildə Marqarita Kainova ilə edir. Ancaq bu evlilik uzun çəkmir və 3 il sonra cütlük boşanır. Bəstəkar 1962-ci ildə üçüncü həyat yoldaşı İrina Supinskaya ile evləndiyi zaman qadın iyirmi yeddi yaşında idi. Evlilik Şostakoviçə xoşbəxtlik, sevinc gətirmişdi və səhhəti də bir az normallaşmışdı. Həyat yoldaşı ona çox yaxşı baxırdı.

Bəstəkarın ölümü

Bəstəkar həyatı boyunca təkcə öz ölkəsində deyil, xarici dövlətlərdə də bir çox mükafatlara layiq görülüb. İsveç Musiqi Akademiyası və Romadakı Milli Santa Sesiliya Akademiyasının fəxri üzvlüklərinə seçilən bəstəkar, 1958-ci ildə Sibelius Mükafatını, 1966-cı ildə İngilis Kral Filarmoniya Dərnəyinin qızıl medalını alıb. Bundan əlavə o, Stokholm, Roma və Oksford Universitetlərinin fəxri musiqi doktorluğuna da layiq görülüb.

Şostakoviç 1960-cı ildən etibarən bir neçə dəfə infarkt keçirib. Amma buna baxmayaraq, bəstəkar çalışmağa davam edib. 1975-ci il 9 avqustda isə 68 yaşlı bəstəkar həm ağciyər xərçəngi, həm də infarkt nəticəsində həyatla vidalaşmalı olur. O, Moskvada Novodeviçye qəbiristanlığında dəfn edilib.

Oxşar xəbərlər

Xəbər lenti

Tanınmış şairə vəfat etdi
21:10 26 Noyabr 2020
Pənahəli xanın dağıdılmış imarəti
18:37 26 Noyabr 2020
Müvəqqəti komendantlıqlar üzrə iclas keçirildi
17:49 26 Noyabr 2020
Nə yaxşı görüşdük, nə yaxşı yenə - Ən gözəl Kəlbəcər şeirləri
17:01 26 Noyabr 2020
Döyüşçü oğlunu ağladan səbəb - Hekayə
16:17 26 Noyabr 2020
“Qarabağ”ın Qarabağ qələbəsi – Ulucay yazır...
15:34 26 Noyabr 2020
İstedadı ilə hamını heyrətləndirən, iki dəqiqəyə qızların sevimlisinə çevrilən, gənc yaşında “yüksək doza”dan ölən azərbaycanlı şair – Maraqlı faktlar
14:53 26 Noyabr 2020
"Can Azərbaycan" adlı müsabiqə elan olundu
14:10 26 Noyabr 2020
Qəriblik - Əli Şirindən şeir-esse
13:32 26 Noyabr 2020
Xalq artistindən sürpriz Şuşa açıqlaması
12:53 26 Noyabr 2020
Cavanşir Quliyev: "Bakıda lazım olduğuma əmin deyiləm" - Müsahibə
12:11 26 Noyabr 2020
Əməkdar artist vəfat etdi
11:39 26 Noyabr 2020
Aqşindən Seymur Baycana reaksiya: "Onu oxumuram"
11:09 26 Noyabr 2020
Xəlil Rza Ulutürkün bacısı dünyasını dəyişdi
10:17 26 Noyabr 2020
Maradonanın ən böyük peşmanlığı - Ayxan Ayvaz yazır...
10:00 26 Noyabr 2020
Bombardmandan Azərbaycan bayrağını çıxaran gəncəli Xəyyam: “Gördüm, qızımın başından qan axır”
09:00 26 Noyabr 2020
İşğaldan azad olunan 700 yaşlı abidəmiz
18:52 25 Noyabr 2020
“Can Qarabağ” deyən uşaqlar
18:10 25 Noyabr 2020
Erməniyə zorla ərə verilən qızın Xocalıdan qaçış planı - Yeni hekayə
17:29 25 Noyabr 2020
Azərbaycanlı yazarın pyesi Batumidə tamaşaya qoyulacaq
16:49 25 Noyabr 2020