Haaqada “Şərq və Qərb bir arada” adlı fotosərgi açıldı

Haaqada “Şərq və Qərb bir arada”  adlı fotosərgi açıldı
20 aprel 2026
# 13:30

Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin təşkilatçılığı, Niderland Azərbaycanlıları Koordinasiya Şurası və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Haaqada “Christus Triumfatorkerk” kilsəsində tanınmış fotoqraf Etibar Cəfərovun “Şərq və Qərb bir arada” adlı fotosərgisi açılıb.

Kulis.az xəbər verir ki, əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib və torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin sədri Frəngiz Bağırova sərgini giriş sözü ilə açaraq, onun ölkə hüdudlarından kənarda mədəniyyətimizin tərənnümünü, müasir və qədim tariximizin sintezini əks etdirən vasitə olduğunu söyləyib.

Azərbaycanın Niderlanddakı səfirliyinin ikinci katibi Dilarə Abbasova ölkəmizin Şərq və Qərb mədəniyyətinin qovuşduğu tolerant, eləcə də müxtəlif dini və mədəniyyətləri birləşdirən məkan olduğunu qeyd edib. O, bu xüsusiyyətlərin sərgidə öz əksini tapdığını vurğulayıb.

Fotoqraf Etibar Cəfərov isə son illərdə Azərbaycan memarlıq və mədəni irsini sənədləşdirdiyini qeyd edib. O, sərginin adının “Qərb və Şərq memarlığının bir arada vəhdəti” ideyasına əsaslandığını və Azərbaycanın zəngin memarlıq irsini, Şərq və Qərb üslublarının vəhdəti və harmoniyasını fotoqrafiya vasitəsilə numayiş etdirməyə çalışdığını vurğulayıb. Sərgidə nümayiş olunan əsərlərin Şərq və Qərb memarlığının harmoniyasını və vəhdətini, eləcə də müxtəlif dinlərin milli memarlığımıza təsirini əks etdirdiyini bildirib. Həmçinin Avropada uğurla təqdim olunmuş sərgilər və dərc etdirdiyi kitablar haqqında məlumat verib.

Niderland Belçika Azərbaycanlıları Koordinasiya Şurasının sədri Elsevər Məmmədov sərginin təşkilatçısına təşəkkür edərək, belə layihələrin Avropada keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, sərgidə nümayiş olunan fotoların yüksək peşəkarlığını qeyd edib və Etibar Cəfərova gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycanın gözəlliyini, Bakının memarlıq incilərini və qədimliklə müasirliyin vəhdətini əks etdirən fotolar ziyarətçilərin böyük marağına səbəb olub.

# 516 dəfə oxunub

Oxşar xəbərlər

Leyla Əliyeva “Onlardan biri: Emil”  adlı anım tədbirində iştirak etdi

Leyla Əliyeva “Onlardan biri: Emil” adlı anım tədbirində iştirak etdi

15:06 1 iyul 2026
Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı

Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı

14:14 1 iyul 2026
Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı

Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı

14:04 1 iyul 2026
"Halqa" filminin "Samara"sı Deyvi Çeyzin ölüm səbəbi açıqlandı

"Halqa" filminin "Samara"sı Deyvi Çeyzin ölüm səbəbi açıqlandı

14:00 1 iyul 2026
Qazaxıstan Prezidenti Məti Osmanoğlunu təltif etdi

Qazaxıstan Prezidenti Məti Osmanoğlunu təltif etdi

13:20 1 iyul 2026
İlahə Demetraya aid olduğu düşünülən məbəd, əslində, kimə aiddir?

İlahə Demetraya aid olduğu düşünülən məbəd, əslində, kimə aiddir?

12:10 1 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər