writer1

Aliyə

Məqalə sayı

997
clock15:01 calendar-gray 17 İyun 2015 view-gray92 dəfə oxunub
view-gray92 dəfə oxunub

Ədəbiyyatın Elza tələbi

Milli telekanalların kitaba, ədəbiyyata qıydıqları verilişləri mütləq izləyirik. Bu sahəyə aşırı diqqətdən deyil, bu verilişlərin barmaq sayı az olmasına görə. Bu verilişlər bir futbol matçı həyəcanı qədər olur çünki, verilişin müəllifləri atın qabağına ət, itin qabağına ot qoyurlar.

Əvvəla, belə verilişlərin mövzusu-predmeti dəqiq olmur. Məsələn, qonaq çağıranda “ədəbiyyatdan danışacağıq”, ən yaxşı halda “bugünkü ədəbiyyatın vəziyyəti barədə” deyirlər. Polemikalar predmet üzərində arqument ya kontrarqument qurmaqla aparılmır, veriliş müəllifləri daha çox personalar üzərində polemika qurmaq istəyir. Nəticədə də ortaya qarmaqarışıq və arzuladıqları qalmaqallı bir veriliş çıxır. Bu, ən yaxşı nəticədir. Çox vaxt bu verilişlər ədəbiyyat adamlarının xeyrinə olmur, polemika elə səviyyədə aparılır ki, onlar aciz duruma düşür və yaxud publikaya neqativ təqdim olunurlar. Pozitivsə onlarla bir yerdə dəvət olunan şou-biznes nümayəndələridir ki, sonda da bir pozitiv mahnı oxuyub xalqın könlünü xoş edirlər.

Bu günlərdə məlum veriliş bəstəkar Elza Seyidcahan ilə şair Şəhriyar del Geraninin qalmaqalı ilə nəticələndi. Bəstəkar-müğənni şeirini oxudu, şair isə susdu.

Televiziyaların bu münasibətinin kökündə nə dayanır? Maarifləndirmək, əyləndirmək və informasiya vermək kimi vəzifələrindən yalnız birini yerinə yetirməyə özünü borclu bilən televiziya yalnız reytinqə görəmi şoudan başqa alternativ tanımır və tanıtmır?

Yoxsa həqiqətən bu mövzular, söhbətlər publikadan o qədər uzaqdır ki, televiziya bu mövzuda əziyyət çəkir?

İncələsək görərik ki, bu gün TV-dən publikaya daha çox iki impuls ötürülür: pozitiv və neqativ.

Pozitiv – şou biznes - əyləndirmək,

Neqativ – kriminal - informasiyadır.

Hərçənd şou-biznesin pozitiv impuls verməsi şübhəlidir. “Hər şey puldur” fikrini təbliğ edib, bu yolda çox şeyi ayaqlar altına atmağın mümkünlüyünü göstərmək nə qədər pozitivdir? Belə pozitivlik yalnız bir fikir ötürür: “Bacarana can qurban!”

Ədəbiyyatsa, ciddi sənətsə, gerçək pozitivlikdir. İnsana, insanlığa inanmaqdır. TV bundan imtina edir. Ona görə də tamaşaçı aparıcı Elgizdən artıq çoxdan dünyadan köçmüş Nüsrət Kəsəmənlini efirə çağırmağı istəyir. Şair Şəhriyar ədəbiyyat tarixi üçün yazmağı düşünür. Elza Seyidcahan isə şairin onun reytinqinə ehtiyacı olduğunu söyləyir.

Madam ki, ədəbiyyatın təbliğinin Elza Seyidcahanın reytinqinə ehtiyacı var, bəlkə düşünməliyik?

Şoudan başqa alternativi olmayan əyalət uşaqlarının xətrinə.

Elza xanım istedadlıdır. Ədəbiyyat duyumu da var. Üstəlik, reytinqlidir. Fərqli geyimləri, saç düzümləri, temperamenti ilə özünü ədəbi qəhrəmanlara (rus ədəbiyyatından nə qədər obrazı xatırladır) çevirə bilir. Bəlkə bizim ədəbiyyatın təbliğ üçün doğrudan da Elza Seyidcahana ehtiyacı var? Ədəbiyyat məşəlini saçlarında daşımaq üçün ona verməliyik? Hər halda ədəbiyyatı Şəhriyar del Gerani təmsil edirsə, ədəbiyyatsızlığı Elza Seyidcahan təmsil etmir. Həm də haradan bilirik ki, Şəhriyar del Geraninin həmin verilişdə oxumadığı şeiri Elza Seyidcahanın oxuduğu şeirdən daha yaxşıdır?

Nəhayət, Elza Seyidcahannın şeirləri haqda ironik yazanlara: ədəbiyyatın düşməni Elza deyil. Hətta bəlkə qəhrəmanı, istəsək bəlkə dostu Elzadır.

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Azərbaycanlı şair vəfat etdi
14:54 14 Noyabr 2019
Onun adını oğlunun baş daşına niyə yazmadılar? – Rəmiş haqqında inanılmaz faktlar
14:41 14 Noyabr 2019
Meyxananın dözülməz eybəcərliyi - Aliyə yazır...
13:49 14 Noyabr 2019
Musa Yaqubun yeni şeirlər kitabı nəşr edildi
13:10 14 Noyabr 2019
Mənim balaca sərçəm - Müşfiq Şükürlüdən yeni hekayə
12:29 14 Noyabr 2019
Hekayə müsabiqəsinin qalibləri bilinəcək
12:01 14 Noyabr 2019
Amerikalı kinoulduz vəfat edib
11:30 14 Noyabr 2019
Azərbaycanlı rejissorun filmi "Ən yaxşı film" seçildi
10:57 14 Noyabr 2019
“Seriallarımız gənc nəslin tərbiyəsini pozur” – Nuşirəvan Məhərrəmli
10:23 14 Noyabr 2019
Sabir Rüstəmxanlı qardaşının həbsindən danışdı
10:07 14 Noyabr 2019
Xalq şairinin qardaşı həbs olundu
09:54 14 Noyabr 2019
“Sevgi şərbəti” operası nümayiş ediləcək
09:34 14 Noyabr 2019
Şagirdlərini qətlə yetirən müəllim – Azərbaycan filmi
09:01 14 Noyabr 2019
Bu gün vəfat edən şairin son müsahibəsi: “Şeirimi Süleyman Rüstəmin adına çıxardılar”
21:01 13 Noyabr 2019
Məhşur rejissor yeni filmə başladı
19:00 13 Noyabr 2019
Qarabağda tək arvadlı kişini necə ələ saldılar? - Yeni hekayə
18:25 13 Noyabr 2019
Biz bu yazıçını niyə oxumalıyıq? - Etimad Başkeçid yazır
17:42 13 Noyabr 2019
Cizgi filmlərimiz Polşada nümayiş olunub
17:00 13 Noyabr 2019
Həmyerlimiz sabiq prezident haqqında film çəkdi
16:22 13 Noyabr 2019
Vısotski ilə dostluq edən, Nəzakət Məmmədovanı sevən, adam döyməyə görə həbs olunan şair
15:37 13 Noyabr 2019