news-inner
clock08:30 calendar-gray 26 Dekabr 2014 view-gray252 dəfə oxunub
view-gray252 dəfə oxunub

Arvadını 17 yaşlı oğlana dəyişən dahi şair

Kulis.Az Artur Rembo və Pol Verlenin sevgisindən bəhs edən yazını təqdim edir.

“Kiçik Şekspir”

Anasının hədsiz təzyiqlərinə dözməyərək evdən qaçanda Artur Rembonun 16 yaşı vardı. Rembo 1870-ci ildə dekadenslərə qoşulanda artıq ən yaxşı əsərlərini yazmışdı. 1854-cü ildə doğulan Rembo 16 yaşından etibarən içki içir, kitab oğurlayır, saçını uzadır (digər dekadenslər kimi) və böyüklərlə kobud davranırdı. Viktor Hüqo onun haqqında “Kiçik Şekspir” ifadəsini işlətmişdi. Bu da təsadüfi deyildi. Çünki Rembo ən yaxşı şeirlərini erkən gəncliyində yazmış və 21 yaşında ədəbiyyatla biryolluq vidalaşmışdı.

Rembonun ailəsindən uzaqlaşmasının əsas səbəbi həyat tərzi deyildi, atası tərəfindən gənc yaşında tərk edilən anası Remboya ciddi şəkildə təzyiq edir, onun həyatını cəhənnəmə çevirirdi. Rembo yazırdı: “Ailəm: həm mənim, həm də özünüzün talehsizliyinin səbəbi siz oldunuz”. Rembo ipə-sapa yatmaz yeniyetmələr kimi davransa da, adi yeniyetmələrdən çox ciddi bir fərqi vardı: Rembo çox yaxşı şair idi.

“Səni arzulayırıq...”

Rembo şeir yazmağa 13-14 yaşlarında ailəsinin tutduğu xüsusi müəllimin təsiri altında həvəs göstərməyə başladı və 15 yaşında ilk şeiri çap olundu. Çağdaşları kimi şair imicini təsdiqləmək üçün dağınıq həyat tərzini seçmişdi. Müəllimi Jorj İzambara yazırdı: “İztirablar böyükdür. Amma sağlam olmalı, şair doğulmalıdır. Və mən özümü şair olaraq tanıdım”. Fransız şairi Nizarın “Sənət sənət üçündür” fikrini rəhbər tutan Rembonu dostları şair Pol Verlenə məktub yazmağa razı salır. Rembo dostlarının təkidi ilə dövrünün populyar şairi Verlenə öz şeirlərini göndərir. Verlen bu məktubdan sonra onu Parisə dəvət edən məktub yazdı: “Səni gözləyirik, səni arzulayırıq”.

Absentin qucağındakı şair – Verlen

Verlenin travmalı uşaqlığını qısa şəkildə belə izah edə bilərik: ailənin sağ doğulan yeganə övladı idi və anası bütün ölü dölləri saxlayırdı. Verlen bir dəfə əsəbiləşib döllərin saxlandığı bütün qabları sındırmışdı. Verlen universitet illərində vəkil olmağı arzulasa da, müəllimliklə kifayətlənməli olur. Ən böyük istəyi Bodler kimi məşhur şair olmaqdı. Amma atasını, xalasını və digər yaxınlarını itirdikdən sonra, 20 yaşından alkaqolla tanış oldu. O dönəmini şair belə ifadə edir: “Absentin qucağına atdım özümü, gecə-gündüz absent içdim”. İçkini sevsə də absenti “pis qəlbli sehrbaz” hesab edirdi. Avropada müxtəlif içkilər istehsal edilsə də, dekadenslər “la fee verte” (“yaşıl pəri”) adlandırdıqları içkini daha çox sevirdilər. Anason qoxulu absentin tərkibindəki spirt bütün içkilərdən daha çox idi. Tərkibində 72%-ədək spirt olan absent, beyni dumanlandırmaqda əvəzsiz idi. Verlen gündüzlər ofisdə çalışır, gecələr isə absent məclislərində sərxoş olanadək içirdi. 1866-cı ildə ilk kitabının çapı, onun həyatını dəyişir. 1870-ci ildə Matilda adlı bir əsilzadə xanımla evlənir. Matildanın ailəsi Verlenə həm öz evlərində yaşamağa imkan yaradır, həm də onun bütün maddi problemlərini həll edir.

Narkotikin və içkinin birləşdirdiyi homoseksual aşiqlər

Verlenin dəvəti ilə Parisə gələn Rembo onunla görüşür və demək olar ki, bu iki nadinc şair ilk görüşdən bir-birinə aşiq olur. Sonralar bu sevgiyə görə Rembonu qınayan Verlen, gənc şairdə “şeytani başdançıxarma gücü” olduğunu deyirdi. Əslində bu iddialara inanmaq çətindir. Çünki Verlenin əvvəllər də homoseksual münasibətləri olmuşdu. Verlen isə Rembonun ilk sevgisiydi. Xaş-xaşın və absentin sayəsində bir-birinə bağlanan aşiqlər, Parisdəki ədəbi mühitdə şok effekti yaratmışdılar. Qısa müddətdən sonra Verlen həyat yoldaşını və azyaşlı oğlunu atıb Remboyla birlikdə Londona qaçır. Verlen ailəsi ilə əsla yola getmirdi. Mübahisə etdiyi üçün həyat yoldaşını yandırmaq istəyən Verlen, bir dəfə də körpə oğlunu divara çırpmışdı.

Verlen və Rembonun 1871-ci ildən 1873-cü ilə qədər davam edən münasibəti getdikcə pisləşirdi. Anasının göndərdiyi pulla dolana bilmədiyi üçün Verlen müəllimlik edir, bütün şəhər bu homoseksual sevgidən danışırdı. Aşiqlər isə içkinin və narkotikin təsiri ilə tez-tez mübahisə edir, anlaşa bilmirdilər. Bir gün Verlen ağlaya-ağla dostu Kamil Barrenin qapısına gəlir və Remboyla aralarındakı sevgini inkar edir: “İnsanlar mənim oğlanbaz olduğumu deyirlər, amma oğlanbaz deyiləm. Deyiləm!” Verlen yalan danışırdı.

Homoseksual sevgililər təkcə seks, narkotik və içkiylə kifayətlənmir, ekstrimə də yox demirdilər. Yaşadıqları kiçik mənzildə dəsmalla sarınmış uzun bıçaqlarla bir-birlərinə hücum edirdilər. Bu artıq gələcəkdəki faciənin xəbərçisi idi.

İlk ayrılıq

3 iyul 1873-cü ildə gənc Rembo bazardan balıq alıb evə dönən Verlenlə məzələnməyə başlayır: “Bir əlində yağ, bir əlində balıqla nə qədər gülməli göründüyündən xəbərin varmı?” Rembonun şit gülüşləri və ona ilişməsi Verleni özündən çıxarır. Əlindəki balıqla Rembonu vurduqdan sonra əşyalarını toplayıb, Parisə qayıdır. Londonda qara qəpiksiz qalan Rembo əvvəlcə Verlenin paltarlarını satır. Vəziyyətin çətinləşdiyini görəndə isə sevgilisini yola gətirmək üçün məktub yazır:

“London. Cümə, günortadan sonra

Geri dön, geri dön, sevimli dostum, yeganə dostum, geri dön. And içirəm ki, ağıllı olacağam. Şit zarafatlarıma görə həddindən artıq peşmanam. İki gündür dayanmadan ağlayıram. Geri dön. Özünə inan, sevimli dostum. Heç nə dəyişməyib. Sənin görəcəyin yeganə iş, geri qayıtmaq üçün səfərə çıxmaqdır. Burada cəsur bir şəkildə, səbirlə yaşayacağıq. Ah! Sənə yalvarıram. Həm də bu sənin və mənim yaxşılığımız üçündür.

O gözəl qəlbinə sadəcə qulaq as.

Sənin yanına gəlməyimi istəyirsənsə, de.

Ömür boyu sənin olan, Rembo.

P.S: Səni bir daha görə bilməsəm orduya qatılacağam. Ah, geri qayıt! Göz yaşlarım dayanmır”.

Verlen isə arvadı üç gün ərzində onunla barışmasa beynini dağıdacağına and içmişdi. Bu barədə Remboya da məlumat verdi və ölmədən öncə son dəfə qucaqlaşmaq üçün onu yanına çağırdı. Remboya yazdığı məktub anasının əlinə keçdi və anası Verlinə aşağıdakı məzmunda cavab yazdı: “Arturla necə utancverici şeylər yaşamağınızla bağlı heç nə deyə bilmərəm. Amma bunun sonunun yaxşı qurtarmayacağını əvvəldən bilirdim”.

Tapançadan iki atəş, həbsxana və Verlen katolik olur

Bütün təzyiqlərə baxmayaraq aşiqlər 1873-cü il, 8 iyulda Brüsseldə bir oteldə görüşür və bir daha ayrılmamaq üçün bir-birlərinə söz verirlər. Cəmi iki gün sonra həmin oteldə Verlen Remboyla Parisə qayıtmaması üçün mübahisə edir və yenicə aldığı tapançayla ona iki dəfə atəş açır. Rembo yaralanır. Etdiyi hərəkətdən peşman olan Verlen, Rembodan onu öldürməsini xahiş edir. Rembo onun xahişini rədd edir və səhər Parisə yola düşmək üçün oteldən çıxır. Verlen və anası onu yola salmaq üçün vağzala gəlir. Tapançası hələ də cibində olan Verlenin səfeh davranışları Rembonu narahat edir. O növbəti dəfə əlini cibindəki silaha atanda 19 yaşlı Rembo yenidən güllə yarası almamaq üçün qaçır və polislərə şikayət edir.

Verleni həbs edirlər. Əlindəki silahla özünü öldürmək istədiyini desə də, bunun heç bir faydası olmur. Məhkəmə Verlen və Rembo arasındakı münasibətləri araşdırmağa başlayır. Biləyindən yaralanan Rembonun yarası iltihablandığı üçün doqquz gün xəstəxanada müalicə olunur. Verleni isə yazdığı məktublara və arvadının ifadəsinə əsasən ittiham edirlər.

“Penisi qısadır və lazımi qədər qalın deyil”, “ayaqları azacıq aralandığı zaman anus dəliyi genişlənir” kimi iddialarla Verleni alçaldırlar. Rembo şikayətini geri götürsə də Verlenə “qeyri-əxlaqi” münasibətlərə görə iki il həbs cəzası verilir. Həbsxanada Verlen ciddi şəkildə yaradıcılıqla məşğul olur və içkini ataraq katolik məzhəbini seçir.

1875-ci ildə azadlığa buraxılan sevgilisinin görüşünə gələn Rembo məzhəbini dəyişdirdiyinə görə ona narazılığını bildirir və Verleni sərxoş etdikdən sonra öz məzhəbini söydürür. Bu görüş də Rembonun Verleni ölümcül döyməsi ilə başa çatır.

Rembonun ölümü və səfil “şahzadə”nin sonu

Son görüşdən bir müddət sonra Rembo yazmaqdan biryolluq uzaqlaşır və pul qazanmaq üçün dünyanı gəzməyə başlayır. Qəribə taleli şair 37 yaşında xərçəng xəstəliyindən ölür. Verlen isə müəllimlik etmək üçün İngiltərəyə köçür və yenidən içməyə başlayır. Eyni zamanda dərs dediyi məktəbdə Remboya bənzəyən 17 yaşlı tələbəsinə aşiq olur və bu onun məktəbdən qovulması ilə nəticələnir. Verlen tələbəsiylə Fransaya gəlib, təsərrüfatla məşğul olmağa qərar verir. 1883-cü ildə sevgilisi xəstəlikdən ölür və Verlen daha da səfilləşir. Vəziyyəti o qədər çətinləşir ki, hətta bıçaq çəkib anasını soymağa çalışır. 1886-cı ildə anası ölür və arvadı nəhayət ki, Verlendən boşanır.

Verlenin şöhrəti get-gedə artsa da, narkotik, içki aludəçiliyi və xəstəliklər onu əldən salırdı. Ömrünün son illərində dövlət xəstəxanalarında yaşayan Verlen sağalan kimi içməyə davam edirdi. Şeirlərinə və kitablarına görə aldığı qonorarı isə birlikdə yaşadığı fahişələrlə bölüşürdü. 1894-cü ildə o, “şairlərin şahzadəsi” seçmişdi. 1894-cü ildə öləndə cəmi 52 yaşı vardı və yoxsul olmasına baxmayaraq olduqca populyar idi.

Oxşar xəbərlər

Xəbər lenti

“Çiçek taksi”nin Abuzeri həbsdən çıxdı
09:58 20 Oktyabr 2020
Balıq ovunda dəhşətli peşmanlıq – Yeni hekayə
08:55 20 Oktyabr 2020
Filmimiz Parisdə nümayiş olundu
18:49 19 Oktyabr 2020
Rəssamlar İttifaqı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
18:11 19 Oktyabr 2020
Niyə inşa edilmişdi, üstündən kimlər keçdi? - Xudafərin körpüsü
17:28 19 Oktyabr 2020
Azərbaycanlı yazıçı koronavirusa yoluxdu
16:52 19 Oktyabr 2020
Az qalıbdır, Qarabağı qucmağa - Ordumuz haqda şeirlər
16:07 19 Oktyabr 2020
Məşhur meyxanaçılar Qarabağa klip çəkdi - Video
15:28 19 Oktyabr 2020
Atalığı onu zorla diləndirdi, əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü – Xalq artistinin film kimi həyatı
14:51 19 Oktyabr 2020
Zamin Hacı Füzulinin azad edilməsindən danışdı: “Sürpriz oldu”
14:10 19 Oktyabr 2020
Şərif Ağayarın romanı Fransada çap olundu
13:30 19 Oktyabr 2020
Cəbhəyə şəkil çəkdirməyə gedən məşhurlar
12:44 19 Oktyabr 2020
Türk ulduzlardan Azərbaycana qardaş dəstəyi: “Hər zaman yanınızdayıq”
12:10 19 Oktyabr 2020
Qadınlar ağlaya-ağlaya bizdən imdad diləyir - Tolstoyun qızı erməni vəhşiliyindən yazır
11:20 19 Oktyabr 2020
Məşhur rus yazıçısı vəfat edib
10:45 19 Oktyabr 2020
Nuri Bilge Ceylanın filminə 470 min avroluq dəstək
10:02 19 Oktyabr 2020
Rus aktyor: “Rusiya TV-ləri erməniləri müdafiə edən yalanlar danışır” – Müsahibə
08:58 19 Oktyabr 2020
Azərbaycan bayrağı – Günün şeiri
11:03 18 Oktyabr 2020
Dostu üzünə durdu, şərlənərək həbs olundu, yaddaşını itirdi... - Məşhur yazıçımızdan maraqlı faktlar
16:30 17 Oktyabr 2020
Şərqli atanı cəzalandıran olacaqmı?
15:33 17 Oktyabr 2020