news-inner
clock09:15 calendar-gray 13 Dekabr 2014 view-gray117 dəfə oxunub
view-gray117 dəfə oxunub

Premyerasında Sartrın iştirak etdiyi rus filmi

Kulis. az “Baxılası 50 film” layihəsində dünya kinosuna ciddi təsir etmiş dahi rus rejissoru Andrey Tarkovskinin (1932-1986) “İvanın uşaqlığı” filmini təqdim edir.

Andrey Tarkovski Yuryeves rayonunun Zavrajye kəndində doğulub.

Tarkovski doğulandan üç il sonra atası, şair Arsen Tarkovski bir müddət sonra ailəni tərk edir.

Tarkovski anası və bacısı Marina ilə birlikdə Moskvaya köçür. Anası çap evində korrektor işləməyə başlayır.

Şair Andrey Voznesenski onun sinif rəhbəri olub.

Yeddi yaşında o, musiqi məktəbinə gedir, rəssamlıqla məşğul olur. Uşaqlıq dostları Tarkovskini aktiv, dostcanlı adam kimi təsvir edir.

1951-1952-ci illərdə Tarkovski Moskva Şərqşünaslıq İnstitutunun ərəbşünaslıq bölməsində oxuyur. Amma idman dərsində beynindən aldığı zədə ucbatından təhsilini yarımçıq qoyur.

1953-cü ildə o, Turuxan rayonunda elmi-təhqiqat ekspedisiyasında işləyir. Qayıdandan sonra sənədlərini Dövlət Kinematoqrafiya İnstitutuna verir. Və rejissor Mixail Rommun kursuna daxil olur. Rejissor sonralar deyirdi ki, bu, təsadüfi seçim idi, nəinki şüurlu.

1956-cı ildə Tarkovski özünün ilk qısametrajlı tələbə filmini "Killerlər"i çəkir. Ernest Heminqueyin hekayəsi əsasında ekranlaşdırılan film boksçunun öldürülməsindən bəhs edir .

1958-ci ildə tələbə yoldaşı Aleksandr Qordonla birgə "Bu gün tərxis olmayacaq" qısametrajlı filmini çəkir. Əsər Kursk şəhərində kommunal təsərrüfat briqadasının döyüş sursatı tapmasını və bunun ətrafında baş verən hadisəni təsvir edir.

1962-ci ildə o, ilk tammetrajlı filmini “İvanın uşaqlığı”nı lentə alır.

“Andrey Rublyov” (1966) tarixi kino-dramıikona təsvirləri çəkən rəssam Andrey Rublyova həsr olunub.Film dünya kinosunda hadisəyə çevrildi. Sovet kinosunda ilk dəfə orta əsr Rusiyasının ruhi, dini tərəfinə nəzər salınırdı.

Kino tənqidçilərə görə bu film sənətkar həyatı haqda böyük kinematoqrafik silsilə idi.

Amma yazıçı Aleksandr Soljenitsın Tarkovskini Rublyov dövrünün atmosferini bəsitləşdirməkdə, təhrif etməkdə günahlandırırdı.

Film Kannda xüsusi priz alıb.

“Solyaris” (1972) polyak yazıçısı Stanislav Lemin eyniadlı romanı əsasında çəkilib. Film insanlığın etik problemlərini araşdırır. Kann festivalında “Qran Pri” alan film dünya kinosunda fantastika janrının ən əhəmiyyətli filmlərdən biri sayılır.

Burda hadisələr qeyri-müəyyən gələcəkdə baş verir. Uzaq Solyaris planetini öyrənən alim çıxılmazlığa dirənir.

Tarkovski bu haqda deyir: “Filmin əsas fikri onun əxlaqi problematikasındadır. Təbiətin sirlərinə nüfuz etmə əxlaqi proqresslə qırılmaz əlaqədə olmalıdır. Mən sübut eləmək istəmişəm ki, əxlaqi saflıq bütün varlığımıza işləyir, hətta ilk baxışda əxlaqla bağlılığı olmayan sahələrdə belə özünü göstərir, məsələn, kosmosa getmək, obyektiv dünyanın öyrənilməsi kimi və s”.

Romanın müəllifi Lem filmdən narazı qalıb: “Biz buna görə Tarkovski ilə dalaşdıq. Tarkovski filmində göstərmək istəyir ki, kosmos pis, yer isə gözəldir”.

“Güzgü” (1974) film-düşüncəsi daha çox avtobioqrafikdir.

Hadisələr üç zaman qatında baş verir: müharibəyə kimi, müharibə zamanı və sonra.

Film Alekseyin xatirələri və yuxularından ibarətdir. Süjet əsasən anası, arvadı, oğlu, kənd evi ilə bağlıdır. Filmdə İspaniya vətəndaş və Böyük Vətən Müharibəsinin təsvirləri olan sənədli kadrlardan istifadə olunub. Filmdə Arseniy Tarkovskinin şeirləri səslənir.

Rejissor bu haqda deyir: “Güzgü”də özümdən yox, doğma adamlarıma hisslərimdən, qarşılıqlı münasibətimizdən, onlara əbədi mərhəmət və əvəzini ödəyə bilmədiyim borc hissindən danışmışam”.

Əsas qəhrəman filmdə görünmür, bütün hadisələr, onun gözü ilə göstərilir. Və o, öz şüurunda əks olunanları görür. Ona görə də arvadı və anası ona eyni obraz kimi görünür.

Kannda Ekumenik jürinin mükafatını alan “Stalker” (1979) fantastik dramı rus yazıçıları Arkadi və Boris Struqatski qardaşlarının romanı əsasında çəkilib. Filmin çəkilişləri üç il sürüb. Kinolentin yuyulması zamanı ilk variant məhv olub. Və film yenidən lentə alınıb.

Hadisələr uydurulmuş zamanda baş verir. Qəhrəmanların adı yox, ləqəbləri var. Meteoritin düşməsindən sonra rayonda anormal hallar baş verir, insanlar itməyə başlayır. Həmin məkan ”Zona” adını alır. Zonada arzuların həyata keçdiyi hansısa “sirli otaq” haqda söz-söhbətlər gəzir.

Əsas qəhrəman Stalker xəstə qızı və arvadı ilə yoxsulluqda yaşayır.

O, zonada qeyri-leqal ekspedisiyalar təşkil etməklə pul qazanır. Ona növbəti səfərdə yazıçı və professor da qoşulur....

“Stalker” Tarkovskinin yaradıcılığında və ümumiyyətlə, dünya kinosunda əhəmiyyətli filmlərdən sayılır.

“Stalker”in dünyası adilikdən bütövlüyə, gərginliyə gətirilir və maddi dünyadan çıxaraq tövbədən sonrakı ruhun mənzərəsinə oxşayır.

Tarkovski romanın elmi-fantastik mahiyyətindən uzaqlaşıb. Qəhrəmanların Zonada səyahəti macəraçılıqdan çıxaraq fəlsəfi disputa çevrilir və apokaliptik məyusluğa keçir.

Tarkovskinin çox müraciət elədiyi xristian simvolikası və ruhi motivlər “Stalker”də daha aydın görünür.

Kadrarxası “İncil” motivlərindən sitat gətirilir.

Rejissor film haqda deyir: “Bu, inanmaq istəyən və başqalarını da nəyəsə inandırmağa vadar edən insanın faciəsidir. Buna görə o, Zonaya daxil olur. Tamamilə praqmatik dünyada kimisə nəysə inandırmaq ona müyəssər olmur. O, heç kimə lazım deyil, Zona da. Yəni bu film materializmin qələbəsi haqdadır”.

Kannda rejissor işinə görə mükafat alan “Nostalgiya” (1983) rus yazıçısı Andrey Qorçakovdan bəhs edir. O, İtaliyaya XVIII əsr rus bəstəkarı Pavel Sosnovskinin bioqrafiyasını öyrənmək üçün gəlir. Bir müddət sonra o, vətənə qayıtmaq istəyir. Amma şərait ona mane olur....

O, burada divanə Domeniko ilə tanış olur. Domeniko belə fikrə aludə olur ki, yanan şamla sudan keçməklə dünyanı xilas etmək olar.

Kann festivalının bir neçə mükafatını alan, İsveç, Fransa, Böyük Britaniya ilə müştərək çəkilən “Qurbanvermə” (1986) fəlsəfi dramı rejissorun son filmi oldu.

Filmin ideyası Arkadi Struqatskinin “Əcinnə” ssenarisindən götürülüb.

Gotland adasında jurnalist, keçmiş aktyor ailəsi ilə yaşayır. Hadisələr onun ad günündə baş verir. Qonaqlar yemək süfrəsi arxasına keçəndə radioda nüvə müharibəsinin başlanması haqda xəbər verilir. Ümidsizliyə qapılan qəhrəman deyir ki, bu dəhşətin bitməsi üçün o, sevdiklərinin hamısını qurban verər.

Tarkovski bu haqda deyir: “Qurbanvermə o deməkdir ki, hər nəsil öz uşaqlarına münasibətdə bunu eləməlidir: özünü qurban verməlidir”.

1980-cı ildə Tarkovski “Nostalgiya” filmini çəkmək üçün İtaliyaya gedir. Filmin çəkilişləri bitəndən sonra sonra Tarkovski arvadı ilə İtaliyada qalır.

1984-cü ildə rejissor Milanda keçirilən mətbuat konfransında SSRİ-yə qayıtmamaq haqda qərarını açıqladı. Vətənində onun filmlərinin nümayişi, adının mətbuatda çəkilməsi qadağan olundu. Florensiya bələdiyyəsi ona mənzil hədiyyə etdi və şəhərin fəxri vətəndaşı adını verdi.

Tarkovski 1986-cı ildə Parisdə ağ ciyər xərçəngindən vəfat edib.

Parisdə dəfn edilən rejissorun qəbrində bu cümlə yazılıb: “Mələyi görən adam”.

Rejissorun bu layihələri reallaşdırılmamış qaldı: Şekspirin “Hamlet”, Qonçarovun “Oblomov”, Tolstoyun “İvan İliçin ölümü”, Dostoyevskinin “İdiot”, Tomas Mannın “Doktor Faust” və s.

“Baxılası 50 film” layihəsində Venesiya festivalında “Qızıl Şir” alan, rejissora dünya şöhrəti gətirən “İvanın uşaqlığı” filmini təqdim edirik.

Süjet: Hadisələr Böyük Vətən Müharibəsi zamanı baş verir. 12 yaşlı İvan kəşfiyyatçılıq edir. Müharibədə o, anasını itirir. İvan düşməndən qisas almaq istəyir. Yalnız yuxularda o, öz uşaqlığına qayıdır....

Film Vladimir Boqomolovun “İvan” povesti əsasında lentə alınıb.

Tarkovski film haqda deyir:

“İvanın uşaqlığı”nda mən müharibənin təsir etdiyi insanın vəziyyətini analiz etməyə çalışmışam. Əgər insan məhv olursa, onda məntiqi inkişafın pozulması gedir, xüsusən də söhbət uşaq psixikasından gedirsə... Onu mən müharibənin normal məhvərindən çıxardığı məhv olmuş xarakter kimi təsəvvür etdim”.

Məşhur rejissorlar İnqmar Berqman, Kşiştof Keslevski filmi yüksək qiymətləndiriblər. Moskvaya səfəri zamanı Jan Pol Sartr filmin premyerasında iştirak edib.

Tanınmış britaniyalı operator Rocer Dikins operator işini dünya kino tarixində ən yaxşı ən yaxşı işlərdən biri sayır.

news-inner-user
Sevda Sultanova

733 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

“Qan qohumları” gəlir - Fotolar
14:40 23 Sentyabr 2019
Şəhid şairə kitab həsr olunub
14:02 23 Sentyabr 2019
Şübhə etməyə haqqımız yoxdur
13:24 23 Sentyabr 2019
Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub
12:49 23 Sentyabr 2019
“Bir şeir” müsabiqəsində növbəti Şeirlər
12:15 23 Sentyabr 2019
Nazim Hikmətin ölümündən iki gün əvvəlki görüntüləri yayılıb - Video
11:35 23 Sentyabr 2019
Vurğun Əyyub üçün dua – Şərif Ağayar yazır...
10:55 23 Sentyabr 2019
"Çernobıl” serialı Emmi mükafatı aldı
10:34 23 Sentyabr 2019
Türkiyəli şair Kulisin müsabiqəsinə qatıldı
10:00 23 Sentyabr 2019
Məmmədbağır Bağırzadənin oğlu: “Anam atamın başqa qadınla yaşamasına razıydı” – Müsahibə
09:00 23 Sentyabr 2019
Vurğun Əyyubun səhhəti ağırlaşıb
21:31 22 Sentyabr 2019
Gənc şairdən gözəl bir ata şeiri
12:30 22 Sentyabr 2019
Nаmiq Аbdullаyеvin ахırı – Əjdər Oldan unikal portret-hekayə - İlk dəfə
10:01 22 Sentyabr 2019
Arvad deyil ey, Sokratdı - Aqil Abbasın yeni hekayəsi
17:40 21 Sentyabr 2019
Xərçəngin mübarizə simvolu Neslicanın həyatından parçalar
16:44 21 Sentyabr 2019
Qadına şiddətə yox deyir, amma qadına şiddət göstərir
16:12 21 Sentyabr 2019
Döyülsə də, şəkillərdə gülən qadınlarımız
15:05 21 Sentyabr 2019
“Anama ikinci uşağı qadağan eləmişdilər” – Müsahibə
14:30 21 Sentyabr 2019
Avtobus etüdləri
13:11 21 Sentyabr 2019
Tanınmış rəssamın sərgisi keçiriləcək
12:26 21 Sentyabr 2019