Kəndlərimizdə nigahsız 14 min uşaq doğulubmuş ARAŞDIRMA

Kəndlərimizdə nigahsız 14 min uşaq doğulubmuş ARAŞDIRMA
18 aprel 2013
# 07:30

Böyük Çin filosofu Konfutsi ailəni kiçik dövlət hesab edirdi. Bu fikri bizə ibtidai sinifdən təlqin edirlər: Dövlət ailələrdən ibarətdir, ailələr birləşərək dövləti yaradır, güclü dövlətin arxasında sağlam cəmiyyət durur.

Bəs indiki dövrdə ailə institutunun durumu necədir?

Bəzi statistik məlumatlara nəzər salaq. Məsələn, Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə ötən il 11 min boşanma qeydə alınıb. Əgər nəzərə alsaq ki, 2012-ci ildə qurulan ailələrin sayı 2011-ci ildə qurulan ailələrin sayından 8,8 faiz azdır, ölkədaxili evliliklərin vəziyyəti haqqında müəyyən təsəvvür yaranar.

Bu vəziyyət yalnız bizim ölkədə müşahidə olunmur. Azərbaycanda hər il cütlüklərin 10 faizi boşanırsa, ABŞ-da bu rəqəm 40 faizə çatır.

Belə bir maraqlı bir hesablama da var: 2025-ci ildə İsraildə evli cütlük qalmayacağı güman olunur.

İlk baxışdan o qədər də ciddi görünməyə bilər, ancaq düşünürük ki, boşanmaların sayının bu dərəcədə artması bəşəriyyətin gələcəyinə təhdiddir.

Amerika Boşanmalar Akademiyasının vəkilləri artan boşanma hallarının texnoloji vasitələrlə, sosial şəbəkələrlə əsasən də Facebookla əlaqələndirirlər.

Mərkəzi İngiltərədə yerləşən hüquq saytı-Divorce Online-nın yaydığı məlumata görə boşanmaların 50 faizinə Facebook səbəb olur.

Ancaq boşanmaya təkcə sosial şəbəkələr şərait yaratmır. Avropada ailə münasibətlərinin davamlı olmamağının əsas səbəblərindən biri vətəndaş nikahına meyilin azlığıdır. Qeyri-qanuni doğulan uşaqların sayı günü-gündən artır. Ölkəmizdə də bu hal artan xətlə inkişaf edir. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2000-ci ildə rəsmi qeydə alınmış nikahdan kənar doğulanların sayı 6282 nəfər idisə, 2010-cu ildə bu rəqəm 25385 nəfərə çatıb. Bunlardan 11517 nəfəri şəhər, 13868 nəfəri isə kənd sakinləridir. 13868 nikahsız doğum kənd yeri üçün yüksək göstəricidir.

Şəriət qanunlar ilə yaşayan, islam dininə inanan, milli-mənəvi dəyərlərə bağlı olan cəmiyyətdə 25385 cəsarətli qadın varmış? Bu, təbii ki, liberal düşüncəli, azad iradəli xanımların öz istəkləri ilə seçdikləri yol deyil. Ölkəmizdə müşahidə olunan bu və bu kimi digər hallar əsasən savadsızlıqdan, cahillikdən irəli gəlir. Molla nikahına az təsadüf olunmur. Özlərini islam dininin sadiq itaətkarları kimi qələmə verən bu insanlar din pərdəsi altında öz çirkin əməllərini gizlədirlər. Bu tip nikahlarda tərəflərin öhdəlikləri də sıfıra düşür, nikah müqaviləsi bağlanmır, tərəflərin qarşılıqlı məsuliyyətsizliyi müşahidə olunur. Heç bir məsuliyyət daşımayan tərəf istədiyi vaxt xanımını boşaya, küçəyə ata, “atasının evinə göndərə” və yenisiylə əvəzləyə bilər. Bəs həmin nikahdan yaranan qeyri-qanuni körpələr? Bu uşaqlar gələcəyin vətəndaşlarıdır, onların da öhdəlikləri, tələbatları, hüquqları var. Qanunsuz doğulan 25385 körpəni hansı gələcək gözləyir? Uşaq evləri? Tüfeyli həyat? Həbsxanalar? Bu nikahların əsas və ən böyük problemlərindən biri də azyaşlılarla bağlanmasıdır. Hamıya məlumdur ki, bölgələrimizdə azyaşlıları evləndirməyə xüsusi bir meyl var.

Bir-biri ilə zəncirvarı bağlı olan bu proses nəticəsində cəmiyyətə problemli mənəviyyata sahib, qeyri-qanuni doğulan vətəndaşlar, fahişələr və parçalanmış ailələr bəxş olunur.

# 2547 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #