Qırmızıyanağı sevə bilməmək

Qırmızıyanağı sevə bilməmək
16 sentyabr 2013
# 07:30

Payızı sevirəm. Qüssəli və gözəl bir nəğmə kimi həm də. Çexov “Qara rahib” əsərində öz qəhrəmanı haqda belə deyir:

“O, heç vaxt sağlam, möhkəm, qırmızıyanaq bir qadını sevə bilməzdi, lakin bu solğun bənizli, zəif, bədbəxt Tanya onun xoşuna gəlirdi”.

Mənim payıza olan sevgim də təxminən belədi, mən heç vaxt sağlam, möhkəm, “qırmızıyanaq” baharı bu solğun bənizli, zəif, bədbəxt payız qədər sevə bilmirəm.

Bu mövsüm güclü bir həyat eşqi yaradır məndə, anladılmaz, dərin bir hüzur bəxş edir. Bu bəlkə qaramatlıq, bəlkə hədsiz sentimentallıq, bəlkə zəiflik əlamətidir, bilmirəm.

Bəlkə insanın həyata olan sevgisi özü qüssəlidir, bəlkə yaşamın anlamına elə naməlum bir hüzn qarışıb, nəsə səbəbsiz bir hüzn, insan olmanın, faniliyin, zamana yenilməyin hüznü.

Bəlkə elə ona görə mənim həyat eşqimə ən yaxşı dekorasiya solğun payız mənzərəsi, ən yaxşı fon musiqisi isə həzin bir payız yağışıdı. Sözləriysə, təxminən bu mahnıdakı kimidi:

İnan ki, ağlamadım,

Hüznlüyüm sadece.

Sonbahar sisi çökmüş üstümə,

Sevincim bulut gibi.

Güz gülləri gibiyim,

Hiç bahar yaşamadım.

Ya sevməyi bilmədim yıllarca,

Ya sevince gec kaldım...

# 2928 dəfə oxunub

Oxşar xəbərlər

İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
# # #