"Gəlimmi qarlı qışına bahar kimi?" - Yeni şeirlər

"Gəlimmi qarlı qışına bahar kimi?" - Yeni şeirlər
9 sentyabr 2026
# 15:10

Kulis.az Nəcəf Nəcəfovun şeirlərini təqdim edir.

Mənim saf sevgim...

Mən bir gözəllik yaradıb,
Sərimmi min gül qarşına,
əlvan bağ kimi ?

Mən bir qar kimi kiçilib,
Düşümmü bəyaz telinə,
siyah dən kimi ?

Mən bir fəsilə çevrilib,
Gəlimmi qarlı qışına,
bahar, yaz kimi ?

Mən bir rüzgara dönərək,
Əsimmi yanan qəlbinə,
xəfif meh kimi ?

Ey yar, bunları istəsən,
Canımı da pay verərəm,
saf aşiq kimi.

Anama minnətdaram mən

Dünyaya gətirib həyat bəxş edən,
Sevgiylə böyüdüb xoş sözlər deyən,
Əliylə başıma min sığal çəkən,
O uca anama minnətdaram mən.

Laylasıyla könlümüzü oxşayan,
Sevgisiylə ruhumuzu yaşadan,
Sözləriylə ağlımızı oyadan,
O uca anama minnətdaram mən.

Analar çıraqdır ömür yolunda,
Ən qaynar kəlmədir sönük dünyada,
Müqəddəs varlıqdır sadə həyatda,
O uca anama minnətdaram mən.

Keçmişdən bir nəfərə...

Səninlə, ya sənsiz həyat dəyişməz,
Deyirsən yoxluğun məni yandırar ?
Düzü tez böyütdü məni gedişin,
Könlüm saf uşaqlıq çağın soraqlar.

Zülmət gecə olsun aydın səhərin,
Soyuq qışa dönsün isti günlərin,
Kədərə bürünsün vuran ürəyin,
Hər pis anında məni anasan.

Sən indi diriykən bir ölü ruhsan,
Sən indi var olsan da bil ki, yoxsan,
Doğma olsan belə mənimçün yadsan,
Sənsizlik məni yox, keçmişi ağladar.

# 58 dəfə oxunub

Oxşar xəbərlər

"Sevərik bir-birimizi dodaqlarımızla..." -  Fransız şairdən sevgi şeirləri

"Sevərik bir-birimizi dodaqlarımızla..." - Fransız şairdən sevgi şeirləri

14:00 9 sentyabr 2026
"Gözlərimlə eşidirəm ölüləri..." - İspan şairdən sonet

"Gözlərimlə eşidirəm ölüləri..." - İspan şairdən sonet

13:00 8 sentyabr 2026
Bizim dost itirən vaxtımız deyil... - Hafiz Baxış

Bizim dost itirən vaxtımız deyil... - Hafiz Baxış

15:20 7 sentyabr 2026
"Unutqanlığın ağır pəncəsi üstünüzdən keçəcək..." - Yuliya Sendreinin şeiri

"Unutqanlığın ağır pəncəsi üstünüzdən keçəcək..." - Yuliya Sendreinin şeiri

13:30 6 sentyabr 2026
Unut məni, aldat məni, at məni - Məmməd Araz

Unut məni, aldat məni, at məni - Məmməd Araz

14:10 5 sentyabr 2026
"Gözümü bir qızın gözündə görsən..." - Günün şeiri

"Gözümü bir qızın gözündə görsən..." - Günün şeiri

12:30 4 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər