Atam haqda elegiya
8 oktyabr 2012
09:30
Oxuyanlar bəlkə də düşünəcəklər ki, sadəcə duyğulanmışam, müəyyən mərhələdən sonra unudacağam, ötüb keçəcək.
İctimai Radioda belə bir mövzu qoymuşduq: “Həftəsonu istirahətinizi necə keçirirsiniz?” Dinləyicilərimizdən biri “valideynlərimi ziyarət edirəm” dedi. Özümə lənət yağdırdım: “Ay Ülkər, bəlkə gedib atanı yoxlayasan”.
Əslində 2 il idi ki, hər telefon zənginə diksinirdim. Deyirdim: “Hə, yəqin atam daha yoxdur”. Hər dəfə rayondan, evdən Bakıya qayıdanda söyləyirdim: “Yəqin Onu son dəfə gördüm”. Ürək yanğısını dərmanlarla söndürürdüm. Onun can verməyini heç görmək istəməzdim heç...
Müxtəlif bəhanələrlə rayona getməkdən imtina edirdim. Atamsa məni gözləyirmiş.
Bacım tikiş maşınında uzun süfrələr tikirdi. Evin birinci mərtəbəsində, küncdə xeyli qab-qacaq yığılmışdı.
“İlahi, mənə o günü göstərmə”,- deyə içimi yeyirdim. Eyvanda çarpayıda uzanmışdı atam. Böyük bacım-Ülkər içəri girdiyimi gördü və atama səsləndi. Ağır-ağır qalxdı. Balışına dirsəklənərək oturdu. Əllərindən tutdum. Əlimi astaca sıxıb üzümə diqqətlə baxdı. Nə isə deməyə çalışdı, amma bacarmadı...
- Başa düşdüm ata, narahat olma dedim.
3 gün əvvəl danışmışdıq. Səsi bir az açılmışdı deyə sevinmişdim. Həmişəki kimi nəsihət və xeyir-dua vermişdi.
Mənə baxırdı. Az sonra onu yenidən yatağına uzandırdıq. Gücü çatmırdı. Atamdan əsər-əlamət qalmamışdı. Təkcə gözləri ilə danışırdı...
Gecə düşündüm ki, səhər olan kimi şəhərə qayıdım. Dözə bilmirdim... Düşünə-düşünə mürgüləyirdim.
Gecə saat 3-ə qalırdı. Böyük bacım və anamdan başqa hər kəs yuxuya getmişdi. Gəl-get çox olurdu deyə yorulurdu hər kəs. Bacımın səsinə yerimdən sıçradım. Kömək olmadan yataqdan dura bilməyən atam özü qalxıb yarımoturaq vəziyyətdə divara söykənmişdi. Gözləri alacalanmışdı, balışı qana bulanmışdı...
Səhər saat 10-a kimi əlindən tutdum. Elə bilirdim ki, bu dünyada təkcə atam və mənəm. Ürəyimdə danışırdım. Hər kəs ağlayırdı. Mən isə hərdən. Ağlamağa hələ o qədər vaxt olacaqdı ki. Öpürdüm əllərini, ayaqlarını. Danışırdım. İlahi, ona deyə bilmədiyim nə qədər sözlər var imiş! Sonra gəldilər ayırdılar ondan məni. O zaman isə insan ən vəhşi heyvana dönür, bağırır, bağırır...
40 gün keçdi. Məzarını ziyarət etdim. Atamın özünə məxsus olan və tez-tez dediyi bir misra yadıma düşdü:
“Torpaqdan yaranmış insan əzəldən
Öləndə torpağa dönür təzədən”.
Nə zaman sonu olacaq bu dünyanın? Torpaq bezmədimi insan ətin çeynəməkdən?
Sonra insanlar uzaqlaşdı, atamın yoxluğu yaxınlaşdı...
Atam həm də mənim ibtidai sinif müəllimim olub. Əlimdən tutardı, məktəbə bir gedərik həmişə. Ən çox rəsm və nəğmə dərslərini maraqla gözləyərdi şagirdləri. O, barmaqları ilə stolunun üstündə taqqıldadar, bizimlə bərabər nəğmə oxuyardı:
“Bağda açırsan, ətir saçırsan.
Yerin dağ, meşə gözəl bənövşə”
Atam həmişə şagirdlərinə “5” verərdi. Bu rəqəmi müxtəlif meyvələr şəkilində yazırdı.
Atam nağılları çox maraqlı danışardı. Onun danışdığı nağıla qulaq asmamaq olmurdu.
Elə özü də bir nağıl qəhrəmanına döndü.
Böyük qardaşım rəhmətə getdikdən sonra ailədə ona daha çox mən oxşadığımdan atam mənimlə təsəlli tapırdı. O, mənə həmişə “oğul, qeyrətli balam”,- deyirdi. Bunu anlayırdım. Onu sevindirmək üçün bacara bildiyim hər şeyi edirdim.
Ata, meyvə dərdim, qoz çırpdım, ağacların dibini bellədim, yer şumladım, kartof əkdim, ev süpürdüm, yemək bişirdim, dərslərimi oxudum, universitetə daxil oldum, işə düzəldim... Ata, “Carçı”da süjetim gedəcək baxarsan, bu gün filan saatda radiodayam - dinləyərsən... Hər şeyi atama görə etdim, mənimlə bağlı ən böyük arzusundan başqa. Bacarmadım.
Heç inana bilmirəm ki, mən o cür sakit, təmkinli, səbirli bir atanın övladıyam. Ona oxşar cəhətlərimi sadalamıram. Çünki planetin vətəndaşlığından məhrum edilərik.
Atamı itirəndən sonra içimdə heç bir zaman dolmayacaq boşluq yarandı. Bunu hiss etmək elə əzablıdır ki...
İş yoldaşlarımla çay süfrəsi arxasında söhbət edirdik.
Həmkarım Çinarə Babayevanın dediyi bu sözdən sonra içimdəki boşluğun nə olduğunu dərk etdim.
- Ülkər, insan inandıqları ilə xoşbəxt olur.
Bəli, mən atama inanırammış. Mənim Allahım atam imiş. O, isə artıq yoxdur. İnsanın inancsız yaşaması çox çətindir.
Atamın sevə-sevə əkib-becərdiyi böyük meyvə bağı qalır. Əvvəllər meyvəyə bir diş vurub tullayırdımsa, indi onları qurdları qarışıq yeyirəm.
Ömrünün 48 ilini müəllimliyə həsr edən atamın fəhlə işləyən, yüksək vəzifədə olan şagirdlərini sevirəm. Hətta nankorlarını belə... Atamın əlləri onların başını tumarlayıb axı. Onların əllərinə dəyib əlləri, hərif yazmağı, rəqəm yazmağı öyrədib onlara...
Evimizlə üz-üzə dayanan, ölüm mələyinə bənzətdiyim o sərt dağlar indi mənə elə mehriban baxırlar ki. Çünki atamın baxışları qalıb onlarda...
Ovuna biləcəyim o qədər şey var ki. Qarşıda ölüm boyda xoşbəxtlik gözləyir məni. Daha nə olsun!
Başa düşəndə ki, təsəlli axtarır və başını qatırsan, deməli xalis axmaqsan!
Onu itirəndən sonra yatmağa, yuxuya getməyə tələsirəm. Ki, bəlkə yuxumda gördüm...

1917 dəfə oxunub
Oxşar xəbərlər
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?
13:14
14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə
15:00
26 avqust 2024