“Naxışların dili – ortaq mirasın səsi” silsilə tədbirləri keçirilir

“Naxışların dili – ortaq mirasın səsi” silsilə tədbirləri keçirilir
25 aprel 2026
# 12:00

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistan Respublikasının “Hunarmand” Assosiasiyası və Özbəkistan Dövlət Tətbiqi Sənət Muzeyinin birgə təşkilatçılığı ilə “Naxışların dili – ortaq mirasın səsi” adlı üçgünlük tədbirlər çərçivəsində adıçəkilən muzeydə “Ornamentlərdə kodlaşmış mədəniyyət” mövzusunda konfrans keçirilib.

Mərkəzdən kulis.az-a bildirilib ki, tədbirdə çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli qeyd edib ki, konfrans yalnız mədəni hadisə deyil, eyni zamanda, Azərbaycan və özbək xalqları arasında əsrlər boyu formalaşmış dostluq və qarşılıqlı hörmət münasibətlərinin təzahürüdür. O bildirib ki, bu cür təşəbbüslər iki ölkə arasında mədəni-humanitar əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Özbəkistan Dövlət Tətbiqi Sənət Muzeyinin direktoru İsmat Yusupov bu kimi tədbirlərin həm Daşkənddə, həm də gələcəkdə Bakıda keçirilməsinin ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə töhfə verəcəyini bildirib.

Özbəkistan Respublikasının “Hunarmand” Assosiasiyasının bölmə müdiri Jamshid Tilakov isə qeyd edib ki, belə layihələr sənətkarlar arasında təcrübə mübadiləsinin genişlənməsi və milli sənət ənənələrinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Konfrans çərçivəsində Azərbaycanı təmsil edən sənətkarların təqdimatları da dinlənilib. Xalçaçı rəssam Ağasadıq Süleymanov “Miniatür və Azərbaycan” mövzusunda çıxış edərək milli miniatür sənətinin formalaşma mərhələləri, ornament sistemi və klassik bədii ənənələrlə əlaqələri barədə ətraflı məlumat verib.

Battal ebru texnikası üzrə sənətkar Sevinc Əliyeva “Su üzərində kodlaşmış tarix” mövzusunda təqdimatında bu sənətin yaranma tarixi, texniki xüsusiyyətləri və Şərq mədəniyyətindəki yeri haqqında danışıb.

Keramika ustası Ruhəngiz Bağırova isə “Azərbaycanın qədim dövr dulusçuluq sənəti” mövzusunda çıxış edərək qədim keramika ənənələri, istifadə olunan texnologiyalar və bədii xüsusiyyətlər barədə məlumat verib.

Konfransda çıxış edən özbək sənət ustaları Nasiba Satiboldiyeva, Bibisora Rahmatullayeva və digər iştirakçılar da milli sənət ənənələrinin xüsusiyyətlərini təqdim ediblər.

# 1024 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər