Niderlandın "Avroviziya 2027" ilə bağlı qərarında dəyişiklik edildi

Niderlandın "Avroviziya 2027" ilə bağlı qərarında dəyişiklik edildi
27 oktyabr 2026
# 18:00

Niderland İctimai Yayım Fondu ölkənin "Avroviziya 2027" mahnı müsabiqəsində iştirak etməsi ilə bağlı qərarını yenidən nəzərdən keçirib.

Kulis.az xəbər verir ki, bu barədə “The Telegraaf” nəşri məlumat yayıb.

Bildirilib ki, fond sentyabrda qəbul etdiyi qərarı geri götürüb. Həmin vaxt təşkilat birtərəfli qaydada Niderlandın müsabiqədə iştirak edəcəyini və Bolqarıstana nümayəndə göndərəcəyini açıqlamışdı. Lakin 13 yayım şirkətindən heç biri bu qərarı dəstəkləmədiyi üçün fond tənqidlərlə üzləşib.

2026-cı ilin avqustunda Niderlandın AVROTROS teleşirkəti “Avroviziya-2027” üçün ifaçı seçməkdən imtina edib. Şirkət bundan əvvəl də İsrailin müsabiqədə iştirakı ətrafında yaranan qalmaqala görə 2026-cı il yarışmasını boykot etmişdi.

İddialara görə, tele-radio yayımında çalışan təxminən 400 nəfər fondun qərarını kəskin tənqid edən məktuba imza ataraq onun ləğvini tələb edib.

"Avroviziya 2027" mahnı müsabiqəsinin Bolqarıstanın Burqas şəhərində keçirilməsi planlaşdırılır. Yarımfinalların mayın 11-də və 13-də, finalın isə mayın 15-də baş tutacağı gözlənilir.

Xatırladaq ki, daha əvvəl Çexiya maliyyə çatışmazlığı səbəbindən "Avroviziya 2027"də iştirakdan imtina edib.

# 114 dəfə oxunub

Oxşar xəbərlər

Van Qoqun əsəri haqqında elmi araşdırma - "Ulduzlu gecə" nə vaxt çəkilib?

Van Qoqun əsəri haqqında elmi araşdırma - "Ulduzlu gecə" nə vaxt çəkilib?

18:30 27 oktyabr 2026
Emin Hüseynov:  "Mədəni irs nümunələrimizi bərpa etmişik"

Emin Hüseynov: "Mədəni irs nümunələrimizi bərpa etmişik"

17:18 27 oktyabr 2026
Güllünü qətlə yetirən qızı ilə bağlı yeni iddia:  Xəstələrə əziyyət verib

Güllünü qətlə yetirən qızı ilə bağlı yeni iddia: Xəstələrə əziyyət verib

17:00 27 oktyabr 2026
Kukla Teatrının direktoru əməkdaşı məhkəməyə verdi

Kukla Teatrının direktoru əməkdaşı məhkəməyə verdi

16:35 27 oktyabr 2026
Rusiyanın Xalq artistinin konsertləri ləğv oluna bilər - Səbəb

Rusiyanın Xalq artistinin konsertləri ləğv oluna bilər - Səbəb

16:30 27 oktyabr 2026
ICESCO Qarabağdakı iki tarixi abidənin sertifikatlarını təqdim etdi

ICESCO Qarabağdakı iki tarixi abidənin sertifikatlarını təqdim etdi

16:22 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər