Kərəm Hadızadənin 60 illik yubileyi keçirilib

Kərəm Hadızadənin 60 illik yubileyi keçirilib
22 sentyabr 2025
# 16:15

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında aktyor Kərəm Hadızadənin 60 illik yubileyi keçirilib.

Kulis.az xəbər verir ki, teatrın mətbuat xidmətindən yayılan məlumata görə, mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yubiley tədbirində teatrın direktoru Naidə İsmayılzadə çıxış edərək aktyoru yubiley münasibəti ilə təbrik edib, onun həyat və yaradıcılığından, Azərbaycan teatrının inkişafındakı xidmətlərindən bəhs edib.

Gecədə Teatr Xadimlər İttifaqının sədr müavini İlham Namiq Kamal, Əməkdar artistlər Şövqi Hüseynov, Leyli Vəliyeva, Nofəl Vəliyev, Gülər Nəbiyeva, yazıçı Azad Qaradərəli çıxış edərək yubiliyarın teatr xidmətlərindən, fəaliyyətindən ətraflı söz açıblar.

Daha sonra Kərəm Hadızadəyə Teatr Xadimlər İttifaqının fəxri diplomu təqdim olunub, aktyorun yubileyinə həsr olunan, Müşfiq Əliyevin quruluşunda hazırlanan “35 ildən sonra” tamaşası nümayiş etdirilib.

Qeyd edək ki, birhissəli səhnə əsəri ömrünün qürub çağını yaşayan aktyorun həyatından bəhs edir. Uzun illərdən sonra yeganə qızı ilə qarşılaşan ata onun varlığından həyəcanlanır, həm də xoşbəxt olur. Müəllif ata və qız münasibətlərinin fonunda ailənin, doğma əlaqələrin qorunmasının vacib olduğunu təqdim edir.

# 1783 dəfə oxunub

Oxşar xəbərlər

Milli Dram Teatrında “Kral Lir”in premyerası oldu

Milli Dram Teatrında “Kral Lir”in premyerası oldu

10:40 13 may 2026
Sumqayıt Teatrında yeni tamaşa hazırlanır

Sumqayıt Teatrında yeni tamaşa hazırlanır

16:11 12 may 2026
"Azğın, vəhşi gileyin səsi qəlbini dəlir..." - Bodlerin "Şər çiçəkləri"ndən seçmələr

"Azğın, vəhşi gileyin səsi qəlbini dəlir..." - Bodlerin "Şər çiçəkləri"ndən seçmələr

11:23 12 may 2026
Xırdalan sakini Merilin Monro və Puşkinlə necə üz-üzə gəldi? – Yeni absurd tamaşa

Xırdalan sakini Merilin Monro və Puşkinlə necə üz-üzə gəldi? – Yeni absurd tamaşa

14:47 7 may 2026
“Şekspir”  Bakı səhnəsində

“Şekspir” Bakı səhnəsində

16:32 6 may 2026
Kuklaçılar sığınacaq sakinlərinin qonağı oldu

Kuklaçılar sığınacaq sakinlərinin qonağı oldu

15:13 6 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər