Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir

Bakıda “Avropa Təamları” Kulinariya Festivalının  4-cü buraxılışı keçirilir
3 oktyabr 2026
# 13:12

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Aİ-yə üzv dövlətlərin səfirlikləri ilə birgə ənənəvi “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı başlayıb.

APA xəbər verir ki, festival Azərbaycan ictimaiyyətinə kulinariya ustad dərsləri, viktorinalar, musiqi və digər fəaliyyətlər vasitəsilə Avropa mətbəxi, mədəniyyəti və ənənələri ilə tanış olmaq və onları kəşf etmək imkanı yaratmaq məqsədi daşıyır.

Festival çərçivəsində Avstriya, Belçika, Xorvatiya, Fransa, Almaniya, Polşa, Portuqaliya, Slovakiya və İspaniya səfirlikləri öz ölkələrinin milli mətbəx nümunələrini festival iştirakçılarına təqdim edəcəklər.

Aİ-nin Azərbaycandakı nümayəndəsi Mariana Kuyundziç bu tədbirin Aİ ilə Azərbaycan arasında bu il qeyd edilən 30 illik tərəfdaşlıq yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində keçirildiyini qeyd edib.

Festivalın Avropa ölkələrinin milli mətbəxləri, mədəniyyətləri və ənənələri ilə tanış olmaq, yeni dadları kəşf etmək və ailə və dostlarla unudulmaz gün keçirmək üçün gözəl fürsət olduğu vurğulanıb.

Tədbir saat 18:00-a qədər davam edəcək.

# 70 dəfə oxunub

Oxşar xəbərlər

Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

13:00 3 oktyabr 2026
İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

12:00 3 oktyabr 2026
Tbilisidə azərbaycanlı icmanın guşəsi təqdim olundu

Tbilisidə azərbaycanlı icmanın guşəsi təqdim olundu

11:46 3 oktyabr 2026
Koreyanın zəngin mədəniyyəti  Britaniya Muzeyində

Koreyanın zəngin mədəniyyəti Britaniya Muzeyində

11:00 3 oktyabr 2026
Məşhur filosof vəfat etdi

Məşhur filosof vəfat etdi

10:40 3 oktyabr 2026
Yusif Nəğməkarın yaradıcılığı "Türkay" dərgisində

Yusif Nəğməkarın yaradıcılığı "Türkay" dərgisində

10:10 3 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər