“Zona marağı” filminin rejissoru Qəzza haqqında sənədli filmə qarşı təzyiqləri pisləyib

“Zona marağı”  filminin rejissoru Qəzza  haqqında sənədli filmə qarşı təzyiqləri pisləyib
16 oktyabr 2026
# 16:00

“Zona marağı” (The Zone of Interest) filminin rejissoru Conatan Qleyzer "NAZA" sənədli filmi ətrafında yaranmış siyasi mübahisələrə münasibət bildirib. O, filmin müəlliflərinə və ekran əsərində danışan hərbi mənbələrə qarşı reaksiyanın gözlədiyindən daha sərt olduğunu deyib.

Kulis.az xəbər verir ki, "Guardian" tərəfindən istehsal olunan "NAZA" filmi İsrail ordusunun Qəzzadakı hərbi əməliyyatları, mülki itkilər və süni intellektdən istifadə edilən müşahidə sistemləri barədə araşdırma təqdim edir. Ekran əsərində İsrail hərbi strukturları ilə bağlı məlumatı olan 24 nəfərlə müsahibələr yer alır.

Qleyzer filmin ilk baxışından sonra uzun müddət təsirindən çıxa bilmədiyini bildirib. Onun fikrincə, sənədli film rejissorun Oskar qazanan "The Zone of Interest" əsərində araşdırdığı mövzularla dialoq qurur: insanın zorakılıq mexanizmlərinin mövcudluğu şəraitində gündəlik həyatını davam etdirməsi və baş verənlərə münasibəti.

Filmin müəllifləri Yuval Abraham və Reyçel Şor İsrail hökumətinin kəskin tənqidi ilə üzləşiblər. Hökumət nümayəndələri onların fəaliyyətini pisləyib, sənədlidə müsahibə verən hərbi qulluqçuların araşdırılmasına dair addımlar atıldığını açıqlayıblar.

"NAZA" Venesiya Film Festivalında nümayişindən sonra uzun sürən ayaqüstü alqışlarla qarşılanıb və xüsusi münsiflər heyəti mükafatına layiq görülüb. Film 50-dən çox ölkədə nümayiş olunur. Noyabrın sonundan etibarən "Guardian" saytında pulsuz yayımlanması da planlaşdırılır.

# 750 dəfə oxunub

Oxşar xəbərlər

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

17:22 7 noyabr 2026
"8 Noyabr – Zəfər Günü"  - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

"8 Noyabr – Zəfər Günü" - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

15:02 7 noyabr 2026
"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

14:27 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər