"Blondie" qrupu uzun fasilədən sonra yeni albomunu elan etdi

"Blondie" qrupu uzun fasilədən sonra yeni albomunu elan etdi
16 oktyabr 2026
# 11:20

Amerika yeni dalğa musiqisinin tanınmış nümayəndələrindən olan "Blondie" "High Noon" adlı yeni studiya albomunu təqdim etməyə hazırlaşır. Qrupun növbəti albomu həm əvvəlki musiqi irsini, həm də kollektivin bu günə aid yaradıcılıq maraqlarını bir yerə toplayır..

Kulis.az xəbər verir ki, 13 mahnıdan ibarət "High Noon" albomunun 2027-ci il fevralın 26-da işıq üzü görməsi planlaşdırılır. Albomun ilk sinqlı olan "Spectral Eyes"dinləyicilərə təqdim edilib. Mahnının müəlliflərindən və ifaçılarından biri "The Smiths" qrupunun keçmiş gitaristi Conni Marrdır.

Qrupun solisti və əsas mahnı müəllifi Debbi Harri yeni işi "Blondie"nin müxtəlif dövrlərini və musiqi təsirlərini bir araya gətirən layihə kimi xarakterizə edib. Onun sözlərinə görə, albom qrupun keçmişini təkrarlamaqdan daha çox, indiki yaradıcı mövqeyini və həyat təcrübəsini əks etdirir.

Yeni albomda Conni Marrla yanaşı, Glen Metlok, "Beirut" qrupunun solisti Zak Kondon, eləcə də "Lucius" qrupundan Cess Vulf və Holli Lesiqin iştirakı gözlənilir. Layihənin prodüseri Con Konqletondur. O, "Blondie"nin əvvəlki studiya albomu "Pollinator" üzərində də çalışıb. Həmin albom 2017-ci ildə buraxılmışdı.

"High Noon" üzərində işə 2022-ci ildə başlanıb və layihə qrupun uzun illər zərb alətlərində çıxış etmiş Klem Börkunun 2025-ci ildə vəfatından əvvəl tamamlanıb.

1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində geniş populyarlıq qazanan "Blondie" "Heart of Glass", "Call Me", "The Tide Is High" və "Rapture" kimi mahnıları ilə musiqi tarixində xüsusi yer tutub. Xüsusilə "Rapture" pop musiqi hit-paradlarında rep elementlərinin önə çıxması baxımından əhəmiyyətli nümunələrdən biri sayılır.

# 59 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan jurnalistlərinin  etik davranış qaydalarına süni intellektlə bağlı yeni prinsip əlavə olundu

Azərbaycan jurnalistlərinin etik davranış qaydalarına süni intellektlə bağlı yeni prinsip əlavə olundu

11:01 16 oktyabr 2026
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

10:38 16 oktyabr 2026
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır

Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır

10:36 16 oktyabr 2026
Şekspirin bağındakı ağacdan düzəldilmiş sirli masa 90 yaşlı qadının evindən tapıldı

Şekspirin bağındakı ağacdan düzəldilmiş sirli masa 90 yaşlı qadının evindən tapıldı

10:16 16 oktyabr 2026
Paris Operasının tavanı üstündə məhkəmə qalmaqalı: Mark Şaqal, yoxsa Lenepvö?

Paris Operasının tavanı üstündə məhkəmə qalmaqalı: Mark Şaqal, yoxsa Lenepvö?

18:40 15 oktyabr 2026
Britaniya Muzeyində növbəti qalmaqal:  Tsin sülaləsinə aid nadir çini qablar sındırıldı

Britaniya Muzeyində növbəti qalmaqal: Tsin sülaləsinə aid nadir çini qablar sındırıldı

18:00 15 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər