Bu filmdə İsa peyğəmbər fahişə ilə evlənir

Bu filmdə İsa peyğəmbər fahişə ilə evlənir
18 aprel 2015
# 08:00

Kulis.az “Ən qalmaqallı filmlər” layihəsində amerikalı rejissor Martin Skorsezenin “İsa Məsihin son tövbəsi” filmini təqdim edir.

“Mən yalançı və riyakaram. Hər şeydən qorxuram. Qadın görəndə onu arzulasam da Tanrı naminə ondan imtina edirəm. Mən oğurluq etmirəm, qan tökmürəm, ona görə yox ki, şirniklənmirəm, ona görə ki, qorxuram. Sənə, bütün dünyaya, Tanrıya qarşı üsyan etmək istəyirəm. Amma qorxuram. Bilmək istəyirsən, anam və atam kimdir? Bilmək istəyirsən, mənim Tanrım kimdir? Qorxu”.

(“İsa Məsihin son tamahı” filmindən İsanın mətni)

İsa Məsihlə bağlı ən qalmaqallı film Martin Skorsezenin yunan yazıçısı Nikos Kazandzakisin romanı əsasında ekranlaşdırdığı “İsa Məsihin son tamahı” dramıdır.

Kazandzakisin 1955-ci ildə yayımlanmış “Son tamah” romanının da taleyi qalmaqallı olub və Skorseze filmdə mümkün qədər əsərin ruhunu saxlamağa çalışıb.

Süjeti: İsa Məsih dülgərdir, o, cinayətkarları edam edən çarmıxlar düzəldərək çörək pulu qazanır. İsa müəmmalı səslər eşidir, gözünə qəribə görüntülər görünür və hiss edir ki, o, seçilmişdir. Amma anlaya bilmir ki, o, kim olaraq seçilib və onun missiyası nədir: Tanrı, yoxsa şeytan olmaq?

İsanın dostu İuda isə onu hakimiyyətlə dostluqda günahlandırır. Və hətta onu döyür.

O özünün dərk etmək istəyir və İuda ilə birlikdə səyahətə çıxır...

Dərin inanclı katolik olan Skorseze bu filmi çəkənə kimi artıq kinoda özünü təsdiq etmiş rejissor idi. Qalmaqallı romanı ekranlaşdırmaqla o, risqə getdi.

Skorseze filmi ilk dəfə 1983-cü ildə çəkməyə cəhd elədi. Amma filmi maliyyələşdirən “Paramount Pictures” rəhbərliyinə ekstirmist xristian təşkilalatlarından etiraz məktubları gəldi, onları antisemitizmdə və İncili homoseksual motivlərlə interpretasiya etməkdə günahlandırdılar.

Hadisə rejissoru dərindən sarsıdır və o, hətta Avropaya gedib sənədli filmlə məşğul olmaq istəyir. Müsahibəsində Skorseze Hollivudun tamamilə kommersiyalaşmasından gileylənir:

“Ümid edirəm ki, hər halda bu filmi mən çəkəcəyəm, amma bu ölkədə və bu ölkənin puluna yox. Vəssalam. Bunu unudun. Filmin Amerika kinosənayesi ilə heç bir əlaqəsi yoxdur”.

1987-ci ildə Skorsezenin ideyası ilə Universal Pictures maraqlanır. Rəhbərlik ondan niyə məhz bu mövzuda film çəkmək istədiyini soruşanda o, “İsanı daha yaxşı anlamaq istəyirəm” demişdi. Şirkət filmə maliyyəni bir şərtlə ayırdı ki, Skorseze növbəti dəfə onlar üçün sırf kommersiya filmi çəkməlidir.

“İsa Məsihin son tamahı” filminin premyerası 1988 -ci ildə Amerikada oldu. Filmdə motivlər İncilə uyğun deyil. Məsələn, İsanın romalıların hakimiyyətinə qarşı çıxanlar üçün çarmıx hazırlaması, aşiq olduğu Maqdalı Məryəmin müştərilərlə intim münasibətlərini müşahidəsi, İudanın tam müsbət obrazı, çarmıxa çəkiləndən sonra zühur edib Maqdalı Məryəmlə evlənməsi, sevişməsi, ata olması və s.

Bununla belə filmdə əsas vurğu başqadır. Seçilmiş olduğunu anlayan İsa daim tərəddüd keçirir, peyğəmbərlik, yoxsa adi həyat seçimi arasında vurnuxur.

Filmin əvvəlində onun İncilin və ya hansısa müqəddəs kitabın ekranizasiyası olmadığı yazılsa da, rejissor sərt tənqdilərlə ülzəşdi.

İsa Məsihin ikili şəxsiyyətini araşdıran rejissora qarşı etiraz aksiyaları keçirilib, radikal xristianlar bəzi kinoteatrlardan filmin surətini oğurlayıblar.

Bir neçə xristian təşkilatı filmin istehsalçısı olan “Universal Pictures” kompaniyasından neqativləri almağa cəhd göstərib. Universal şirkəti açıq məktub yazaraq bu cür bəyanatları azad sözə qəsd kimi qiymətləndirib.

Onlar İncilin sərbəst yozumunu küfr adlandırır, xüsusən də Maqdalı Məryəmin fahişəlik səhnəsini İsanın müşahidə etməsini tənqidi qarşılayırdılar.

Dindarlarda qəzəb doğuran məqamlardan biri də mənfi rollar ifaçısı kimi tanınan Uillem Defonun İsa Məsihin rolunu oynaması olub.

Dindarları qəzəbləndirən başqa bir epizod isə İsa Məsihlə Məryəmin yaxınlığı idi.

Onların fikrincə, İsanın Maqdalı Məryəmlə intim münasibətdə olması üçün çarmıxdan enməsi haqda film çəkən adam psixi xəstədir.

Denverdə naməlum adamlar kinotetarda daxil olaraq filmin surətini oğrulayıbmışlar.

Etiraz kampaniyası filmin prokatına da təsir elədi. Ölkənin nəhəng kinoteatrları onun nümayişindən imtina elədilər....

Skorseze film haqda deyir:

“Məsələ ondadır ki, İsa özünün peyğəmbərliyini anlayanda bunu gizləmək istəyir. Biz demirik ki, əslində belə olub. Biz deyirik ki, bu, təəccüblü və dramatikdir - oğlana seçim imkanı vermək lazımdır”.

Filmə burdan baxa bilərsiz.

# 4108 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #