Çingiz Abdullayev: "Məni Ermənistanda da izləyirlər"

Çingiz Abdullayev: "Məni Ermənistanda da izləyirlər"
16 may 2021
# 13:59

Kulis.az Xalq yazıçısı Çingiz Abdullayevin Şuşada keçirilən "Xarı bülbül" festivalı ilə bağlı yazısını təqdim edir.

Şuşada “Xarı bülbül” festivalı. Biz hamımız demək olar ki, hər gün, hər görüşdə, hər yığıncaqda Şuşada keçirilən “Xarı bülbül” festivalı haqqında danışırdıq. Biz “Gələn il Şuşada keçirərik” sözlərinə bir sehr, möcüzə kimi inanırdıq. Və bu möcüzə baş verdi! Doğma Şuşaya qayıtdıqdan altı ay sonra!

Bilirəm ki, mənim səhifəmi qırxdan çox ölkədə izləyirlər, o cümlədən Ermənistanda. İstəyirəm ki, hamı başa düşsün və dərk etsin ki, bu sadəcə bizim müharibədəki qələbəmizin sevinci deyil.

Biz heç bir zaman müharibə tərəfdarı olmamışıq. Biz qonşularımızın torpağını zəbt etməmişik. Biz öz ölkəmizin, torpağımızın ərazi bütövlüyünü bərpa etmişik.

Şuşa hər zaman birmənalı şəkildə bizim ölkəmizin mədəniyyət paytaxtı, xalqımızın qürur mənbəyi hesab olunub. Məhz buna görə də bu festival “gözlərimizdə yaş” və böyük sevinc hissi ilə qeyd olunur. Bu festivalın Ramazan bayramı ilə eyni vaxtda olmağı heyrətamiz təsadüfdür.

Qoy bu müharibədə öz doğmalarını və yaxınlarını itirən hər bir kəsin – ürəyi yaralı şəhid ana və atalarının, həyat yoldaşı və övladlarının da qəlblərində bayram olsun. Şəhidlərimizin ruhu bu gün bizimlədir!

Bakıda metroda erməni terroru nəticəsində, həlak olan Rafiq Babayevin ruhu bizimlədir!

Həmçinin onunla birlikdə həlak olan Azərbaycan vətəndaşlarının ruhu bizimlədir!

1990-cı ilin yanvarında güllələnən və yaralanan hər bir kəs bizimlədir!

1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığındakı vertolyot terrorunda həlak olan siyasi xadimlər bizimlədir!

Xocalıda güllələnən və yaralanan qadın və uşaqlarımız bizimlədir!

Torpaq uğrunda şəhid olanlar bizimlədir!

Bu gün onlar hamısı “Cıdır düzündə” bizimlədir!

Onların ruhu şaddır!

Biz bu günü neçə illər gözləyirdik!

Bundan sonra çox festivallar, bayramlar, görüşlər keçiriləcək. Ancaq bu festival 28 illik Şüşa həsrətindən sonra ilk festivaldır!

İlham Əliyevin bu festivalı açmağı simvolikdır. O, tarix boyu Azərbaycan xalqının yaddaşında Şuşanın xilaskarı kimi qalacaq!

Əbədi qalacaq!

Bu gün biz dövlətimizi parçalanmaq təhlükəsindən xilas edən ümummilli lider Heydər Əliyevi xatırlamalıyıq.

Hər kəsə təşəkkürlər!

Bayramınız mübarək!

# 2741 dəfə oxunub

Oxşar xəbərlər

Frans Şubert kimi özünə ruhani müəllim  hesab edirdi?

Frans Şubert kimi özünə ruhani müəllim hesab edirdi?

16:20 19 noyabr 2025
Sevdiyi rəssamın adını təxəllüs götürən alman kommunist yazıçı - O, Hitlerə necə yanaşırdı?

Sevdiyi rəssamın adını təxəllüs götürən alman kommunist yazıçı - O, Hitlerə necə yanaşırdı?

13:00 19 noyabr 2025
"Onun varlığı digər yazıçılara meydan oxuyur..." - Prustu niyə bu mükafata layiq bilmirdilər?

"Onun varlığı digər yazıçılara meydan oxuyur..." - Prustu niyə bu mükafata layiq bilmirdilər?

18:45 18 noyabr 2025
Hüqonun çılpaq heykəlini yaradan, sevgilisi ilə 53 il sonra evlənən Ogüst Roden

Hüqonun çılpaq heykəlini yaradan, sevgilisi ilə 53 il sonra evlənən Ogüst Roden

17:53 17 noyabr 2025
Avstraliyanın bestseller yazıçısı Mark Rid - Populyar mədəniyyət ikonu, yoxsa  qatı cinayətkar?

Avstraliyanın bestseller yazıçısı Mark Rid - Populyar mədəniyyət ikonu, yoxsa qatı cinayətkar?

15:00 17 noyabr 2025
Azərbaycan xalçaçılıq tarixinin Lətif Kərimov səhifəsi

Azərbaycan xalçaçılıq tarixinin Lətif Kərimov səhifəsi

10:40 17 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər