VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirildi

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirildi
28 oktyabr 2026
# 19:02

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, mərasimdə BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi, BMT-nin islamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos, mədəniyyət naziri Adil Kərimli, forumda iştirak edən ölkə və təşkilatların rəsmiləri, eləcə də digər qonaqlar və mədəni-ictimai xadimlər iştirak ediblər.

Bağlanış mərasimində forum çərçivəsində keçirilən panel müzakirələrinin və plenar sessiyaların qlobal sülhün, qarşılıqlı anlaşmanın və mədəniyyətlərarası inteqrasiyanın möhkəmləndirilməsində mühüm rol oynadığı vurğulanıb.

Bildirilib ki, Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər platforma fərqli sivilizasiyalar arasında körpülərin qurulmasına, dini və mədəni müxtəlifliyin qorunmasına mühüm töhfə verir.

Forumun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür ifadə olunub.

Bağlanış mərasimi bədii proqramla davam edib.

Qeyd edək ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarının sabah Qarabağa səfəri nəzərdə tutulub.

# 79 dəfə oxunub

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə

Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə

18:42 28 oktyabr 2026
"Avroviziya 2027"də iştirak edəcək ölkələrin siyahısı açıqlandı

"Avroviziya 2027"də iştirak edəcək ölkələrin siyahısı açıqlandı

18:40 28 oktyabr 2026
44-cü Macarıstan Mətbuat Foto Sərgisinin mükafatçıları bəlli oldu

44-cü Macarıstan Mətbuat Foto Sərgisinin mükafatçıları bəlli oldu

18:00 28 oktyabr 2026
Məşhur repçi Trampın yeni mətbuat katibi ola bilər

Məşhur repçi Trampın yeni mətbuat katibi ola bilər

17:30 28 oktyabr 2026
“Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi” mövzusunda panel müzakirəsi

“Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi” mövzusunda panel müzakirəsi

17:11 28 oktyabr 2026
Türkiyəli yazıçı vəfat etdi - Oğlunun ölümündən 9 gün sonra

Türkiyəli yazıçı vəfat etdi - Oğlunun ölümündən 9 gün sonra

16:30 28 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər