Etməyə ərindiyimiz 15 şey!

Etməyə ərindiyimiz 15 şey!
15 iyun 2011
# 06:00
1. Ütü bəlası

Bəzi insanlar alt paltarına qədər hər şeyi ütüləməyə meyillidirlər. Başqa insanlar üçünsə bu bir dərddir. İşə gecikəndə geyinməyi planladığınız paltarın ütüsüz olması, bir də uzun dəmdəsgah qurmaq çox yorucudur.

2. Süfrə toplamaq

Yeməyi ən sonda bitirən süfrəni yığmalıdır. Bu məsələdə də sonuncu olmaq cansıxıcıdır. Yemək yeyib üzərindən bir çay içməyi hər kəs istəyər. Di gəl əksəriyyət insan süfrəni toplamağa ərinər.

3. Hamama girmək

İngilislər kimi hər gün çimmək bizə bir az yaddır. Tezdən durub işə getmək, işdən yorğun qayıtmaq, qayıdanda evdə suyun gəlib-gəlməməsi, günlərin necə keçdiyini hiss etməzsiz. Çimmək lazım olduğunu bilib, hamama girməyə ərinirik.

4. Makiyaj silmək

Qadınlar üçün yorucu şeylərdən biri də makiyaj silməkdir. Həvəslə çəkdiyimiz makiyajı günün sonunda həvəssiz, yorğun halda silməyə ərinirik. Xüsusilə gözə çəkilən karandaşlar, göz boyaları, kirpikləri ox kimi edən tuşlar xeyli çətinlik yaradır.

5. Gecə tualeti

Yuxunun ən şirin yerində gələr! Yatana qədər keçəcəyini sanırıq, amma bu yalnızca bir təsəllidir. Yuxunun şirin yerində qalxıb tualetə getməyə məcbur oluruq, “sulu” yuxular görmək istəmiriksə...

6. Təzə çay dəmləmək

Səhər hamı kimi siz də çayı dəmləmisiniz. Ailədən ayrı yaşayırsınızsa, yəqin ki, evinizdə bir dəfə çay dəmlənir. Nə qədər köhnə olsa da, içərsiniz, yetər ki yenidən onu durub dəmləməyəsiniz. Çayı dəmə qoymaq, dəmlənməsini gözləmək evin yorucu işlərindən biridir.

7. Kirli qab-qacaq dağı

Yemək yeyildikdən sonra birinci yorucu iş süfrəni toplamaqdırsa, ikincisi qabları yumaqdır. Qabaqlar özümüz də fərqinə varmadan yavaş-yavaş yığılıb iri bir dağa çevrilər. Əvvəl 10-15 dəqiqəmizi alacaq bir iş indi saatlarla davam edəcək bir işgəncəyə çevrilər.

8. Seks enerji istər

Sevgilinizlə gözəl bir axşam keçirmək çox istərdiniz. Amma seks üçün bir az da həvəs lazımdır. Ona görə bəzən ərindiyimizdən “əşiii” deyərək istəkdən yan keçirik.

9. Alış-verişə çıxmaq

Evdə çatışmayanların siyahısını günlər, saatlar keçdikcə uzanar. Səhər yeməyi vaxtı “pendirsiz də keçinmək olar”, “kərə yağı olmasa da olar, zeytun yağı da işlətmək olar” - deyib bütün qaynaqlar bitənə qədər yaşamaq olar.

10. Yapışqan kürsülər

Bəzən kürsülərə insan elə yapışıb qalır ki, televiziyada ən axmaq verilişləri də izləyə bilir. Xüsusən də yay aylarında kondisionerin sərin küləyi altında divandan heç qalxmağa ərinirik.

11. Paltarları asmaq

Əvvəlcə yuyulmuş paltarı silkələmək lazımdır. Sonra ipi çəkib bir-bir paltarları asmaq. Gecikdirmək də olmur. Həftəsonları görüləcək işlərdən biri də paltar yuymaqdır. Yuyulmuş paltar dolu səbət olduğundan da böyük görünür gözümüzə.

12. Baytar ziyarəti

Evinizdə heyvan saxlayanların da problemlərindən biri budur. Sevimli ev yoldaşlarını baytara aparmaq, yoxlatmaq, lazımi müalicələri etməyə bəzən ərinərlər. Qəfəsdə saxlanılan siçan, dovşanların üç gündən bir yerini təmizləmək, hər səhər yemək vermək bir azca sıxıcıdır. Amma onları görəndə bütün yorğunluğumuz keçir.

13. Niyə? Niyə? Niyə?

Qadınların sevmədikləri günlərdir...

14. Turist gəzintisi

Sizə qonaq gələn xarici dostunuz və ya qohumunuzu şəhərdə gəzdirməyə ərinirik. Üstəlik, gördükləri yerlərin tarixçəsini, əhavalatını danışmaq da insanı çox yorur. Ona görə də bir rəhbər tapıb, qohumu ona qoşub, gəzintiyə yollamaq ən yaxşı çıxış yoludur.

15. Saç, boya, manikür, pedikür...

Saç kəsimi, saç boyasının qoyulması, manikür, pedikür, qaş aldırma... ayda azı bir dəfə ediləcək işlərdir. Həm vaxt, həm maddi cəhətdən azadlıq istəyir.
# 1555 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #