Pianoçumuzun böyük uğuru

Pianoçumuzun böyük uğuru
9 iyun 2011
# 12:28
İtaliyanın Bari şəhəri, Gioia Del Colle şəhərciyindəki “G.Rossini” teatrında iyun ayının 1-dən 5 qədər keçirilən “Pyetro Arcento” adına 14-cü beynəlxalq ifaçılar müsabiqəsində, “Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası”nın məzunu, pianoçu Nərgiz Həsənova böyük uğurla çıxış edərək laureat adını (3-cü mükafat və medal) qazanıb.

Kulis.az-ın məlumatına görə müsabiqədə Azərbaycanla yanaşı müxtəlif ölkələr də iştirak etmişlər: İtaliya, Fransa, ABŞ, Almaniya, Kanada, Rusiya, Ukrayna, Türkiyə, Özbəkistan, Ermənistan, Çin, Cənubi Koreya, Yaponiya. Müsabiqənin münsiflər heyətində A.Volkova, Çin Vu Park, S.Qramalya, B.Speranza, C.Valente və M.Matareze kimi musiqiçilər yer almışlar.

Munsif A.Volkovanın fikrincə, N.Həsənova professional səviyyədə çıxış edib və mükafata layiqdir. N.Həsənovanın ifasında İ.S.Baxın “prelyudiya” və “fuqası”, Bethovenin “5N-li Sonatası”, Şumanın “Fantaziyası”, Vaqif Mustafazadənin “Mart”-ı, S.V.Raxmaninovun “Etüd Rəsmi“ səslənmişdir.

13-ə yaxın ölkə arasında ölkəmizi uğurla təmsil edən N.Həsənova qələbələrinin davamlı olacağını və qazandığı uğurda müəllimlərinin də böyük paya sahib olduğunu bildirmişdir.
# 1661 dəfə oxunub

Oxşar xəbərlər

"Qal, sənə qurban" xalq mahnısıdır, yoxsa... - TARİXÇƏ

"Qal, sənə qurban" xalq mahnısıdır, yoxsa... - TARİXÇƏ

17:00 20 oktyabr 2026
Atın boynu əriyir, fəhlələr yox olur... - 33 yaşında faciəvi şəkildə ölən dahinin sirri

Atın boynu əriyir, fəhlələr yox olur... - 33 yaşında faciəvi şəkildə ölən dahinin sirri

18:40 19 oktyabr 2026
"Daşlaramı dəydi, sındı əhdimiz?" – Faiq Ağayevin klipindəki gizli mesaj nə idi?

"Daşlaramı dəydi, sındı əhdimiz?" – Faiq Ağayevin klipindəki gizli mesaj nə idi?

14:00 19 oktyabr 2026
Xeyir-şər mübarizəsində ilahi zəfər - "Müqəddəs Mikayıl mələkləri cəhənnəmə tullayır"

Xeyir-şər mübarizəsində ilahi zəfər - "Müqəddəs Mikayıl mələkləri cəhənnəmə tullayır"

12:00 18 oktyabr 2026
"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

17:30 16 oktyabr 2026
Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

16:30 16 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər