Murad Köhnəqala nalbənd dükanında
3 iyun 2011
08:46
Nalbənd Vaqif
Layihə: Qədim sənətlər
Nalbəndlə görüşmək istəyirdim. Dedilər, Şəkidəki nalbəndin adı Vaqifdir, dükanı da köhnə bazarın arxasındadır. Qarşımıza bir cavan oğlan çıxdı, sonradan bildik ki, bu, nalbəndin oğlu Rafiqdir. Əsgərlikdən gələndən atası ilə bir yerdə dəmirçilik və nalbəndlik eləyir.
Rafiq bizi atasının qədimi dükanına gətirdi. Nalbənd Vaqif müharibə illərinin aktyorlarına bənzəyirdi. Bizi çox mehribanlıqla qarşıladı. Bu qədim sənət sanki onu dünyanın bütün pisliklərindən kənarda saxlamışdı. Əyninə uzunqollu mavi köynək, üstündən göy jilet geymişdi.
Ayaqqabısının dabanını basmışdı. 55 yaşlarında olan nalbənd gülərüzlü bir adam idi.
Dükanında dəmirdən düzəltdiyi müxtəlif maraqlı əşyalar asılmışdı. Burda nələr yox idi?! Üzəngilər, at gəmləri, nallar, dəhrələr, taxta qapı üçün döyəclər, qapı dabanları, kotanlar, zəncirlər...
- Qardaş, bu sənətə nə vaxtdan başlamışsan? – soruşuram.
- 6-cı sinifdən dəmirçiliklə məşğulam, uşaqlıqdan dəmirçi yanında şagird işləmişəm. Nalbəndliyi isə orda-burda nalbəndlərə baxıb özüm öyrəndim. Nalbənd yanında işləməmişəm, nalbəndliyə elə özüm başlamışam.
Sonra Vaqif daş kömür ocağında qızdırıb dəmirdən düzəltdiyi əşyalardan danışdı:
- Bax, məsələn, bu qapı döyəci iki cür olur, biri balacadı, biri böyük. Qədimdə bu döyəclərin hər ikisini eyni darvazaya qoyardılar. Qonaq gedəndə kişilər böyük döyəci, qadınlar isə kiçik döyəci çalardılar. Ev sahibi də bilərdi, onlara gələn qadın qonağıdır, yoxsa kişi. Kişilər kişi qonağı, qadınlar isə qadın qonağı qarşılayardılar... Bunlar isə, gördüyünüz kimi, at nallarıdır. Adətən, atın qabaq ayaqlarının nalları arxa ayağınkından bir az böyük olur. Nalları dəmir çubuqlardan hazırlayıram. Rusiya dəmirləri daha dözümlü olur.
- Bəs dəhrələri nədən düzəldirsən?
Vaqif gülüb divardan asılmış ağzı parıldayan dəhrənin birini gözə çarpacaq dərəcədə iri əllərinə götürüb o üz-bu üzə çevirir:
- Mənim düzəltdiyim dəhrələr çox dözümlü olur, bir dəfə itiləyəndə uzun müddət ovxarlı qalır. Mən bunları maşın resorlarından düzəldirəm. Resorların tərkibində polad olduğuna görə bu dəhrələr dağda-daşda uzun müddət dözür.
Sonra xırda nalları göstərir:
- Bunlar da eşşək nalıdır. At nallarının hər birinə 6 mıx, eşşək nallarına isə 4 mıx vurulur.
Maraq üçün soruşuram:
- Bəs bir atı neçəyə nallayırsan?
Nalbənd gülüb sözünə davam edir:
- Baxır adamına. İmkansız adama 15 manata, bir az imkanlıya 20 manata başa gəlir.
Sonra Vaqif, mənimlə birgə gələn jurnalist həmkarım Sabirin kamerası üçün ocağı qalayıb gözümüzün qarşısında bir neçə nal düzəldir. Ocaqda qızarmış dəmir çubuğu uzun saplı kəlbətinlərlə zindanın üstünə qoyur. Heyrətamiz cəldlik, dəqiqlik və oğlu Rafiqin köməkliyi ilə çəkiclə zindanda növbəli döyərək iki ədəd nal düzəldir.
Yenə soruşuram:
- Bəs Şəkidə at çoxdurmu?
- Əlbəttə, bizim rayonun özündə atçılıq ferması var. Kəndlərdə də saxlayanlar çoxdur.
- Ən yaxşı atlar hansı sayılır, səncə?
-Mən bilən, bizdə ən yaxşı atlar Qarabağ cinsləridir.
- Bəs olubmu, nalı yaxşı vurmayasan, atı incidə?
- Həyatımda bir dəfə olub, o da lap çoxdan.
Mismarın tirişkəsi (dilikli yeri) içəri tərəfə düşəndə mayanı incidir, at axsayır, dırnağı irinləyir.
- Atı bir dəfə nallayanda nə qədər gedir? - soruşuram.
- Mənim vurduğum nallar üç ay gedə bilir.
- Bəs səndən başqa rayonda nalbənd varmı?
- Rayonun özündə mən təkəm. Ancaq kəndlərdə nalbəndlərimiz çoxdur. Elə Kiş kəndində üç nalbənd var. Ancaq onların çoxu nalı gəlib məndən alırlar...
Həyatımda atın nallanmasını görməmişdim. Vaqif dedi, ola bilsin, bu gün axşama qədər nallamağa at gətirsinlər. “Gətirsələr sizə zəng eləyəcəyəm”.
Biz onun iri əllərini sıxıb rayona döndük. Axşamüstü nalbənd Vaqif bizə zəng etdi ki, bəs, gəlin, at gətiriblər. Mən uşaq kimi sevinirdim. Tezcə nalbəndin dükanına gəldik. Onun dükanının yanında at nallamaq üçün dəzgah vardı. Atı yerə bərkidilmiş dörd dəmir borunun arasına saldı. Dəzgahın önündə atın başını qoymaq üçün daracaq da quraşdırılmışdı.
At içəri keçən kimi qarnının altından iki qalın kəmər keçirib mancanaqda burdu. Atın ayaqları yerdən üzülməsə də, kəmərlər onu tarım saxladı. Oğlu atın sol arxa ayağını qaldırıb xüsusi qalın kəndirlə arxadakı borunun xüsusi yerinə bağladı.
Uzun saplı kəlbətinlə yeyilmiş nalın mıxlarının əyilmiş uclarını düzəldib nalı çıxartdı. Dəhrəyə oxşayan iti alətlə atın dırnağındakı nal yerini cəld hərəkətlərlə bir lay kəsib tökdü. Baxanda adamın əti ürpəşirdi. Sonra nalı atın ayağına ölçdü. Bir az enli gəldi.
Çəkiclə nalın qövsünü azca əyib atın dabanına qoydu. Mıxları bir-bir vurub dırnaqdan çıxan uclarını əydi və artıq qalan hissəsini iti kəlbətinlə kəsdi. Sonra atın dırnağını nal boyu kəsib səliqəyə saldı.
Nalbənd nalladığı ayağı açıb aşağı buraxanda at arxadakı sağ ayağı dirəyə bağlanana qədər təzə nalını yerə basmadı. Yadıma təzə ayaqqabı geyəndə utanan adamlar düşdü...

1662 dəfə oxunub
Oxşar xəbərlər
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal
15:00
16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri
12:00
16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart
15:00
15 noyabr 2024