"Qaraçı uşaq" kimi ad çıxaran, səsi ilə Xan Şuşinskini heyran qoyan Xalq artisti

"Qaraçı uşaq" kimi ad çıxaran, səsi ilə Xan Şuşinskini heyran qoyan Xalq artisti
5 may 2026
# 11:11

Bu gün böyük sənətkar, Xalq artisti Yaqub Məmmədovun doğum günüdür.

Kulis.az onun haqqında materialı təqdim edir.

Qarabağ xanəndəlik məktəbinin XX əsrin II yarısında yetişmiş orta nəslinin görkəmli nümayəndəsi Yaqub Məhəmməd oğlu Məmmədov 5 may 1930-cu ildə Ağcabədi rayonunda anadan olub. Qarabağ torpağında boya-başa çatmış Yaqub Məmmədov peşəkar musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində alıb.

O, klassik muğam sənəti sahəsində ən böyük sənətkarlardan biri hesab olunur. Onun səsini Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova kimi böyük sənətkarlar yüksək qiymətləndiriblər.

Yaqub Məmmədov heç kimi pisləməz, heç kimin qəlbini qırmazmış.

“Mənsuriyyə”nin lent yazısını ona aldadaraq yazdırıblar. Belə ki, çəkiliş zamanı həyəcanlandığı üçün Habil Əliyev onu aldadıb ki, guya məşq üçün ifa edirlər. Amma operatora göz vurub ki, çəksinlər. Yaqub Məmmədov çəkilişin sonuna qədər "Qızıl Fond" üçün oxuduğunu bilməyib.

Yaqubun məşhur "Mənsuriyyə"si haqqında Xan Şuşinski: "Əsl sənət nümunəsidir", – deyib.

Gallery

Xanəndə-pedaqoq Nəriman Əliyev Dövlət Radiosunun "Qızıl Fond"unda saxlanılan verilişlərin birində xatırlayır: "Ağa (Seyid Şuşinskini nəzərdə tutur) Yaqubu dinlədikdən sonra dedi ki, çətin, səndən bir də doğula, Yaqub".

Tarzən Vamiq Abdullayev xatırlayır: “Yaqub Məmmədov vara-pula yıxılan adam deyildi, çox gözütox, yumşaq adam idi. Mən onunla neçə il meydanlarda oldum, amma bir dəfə də olsun haqqında pis söz eşitmədim. Bəzən elə olurdu ki, imkansız insanların toylarına təmənnasız gedirdi. Həmişə mənə deyirdi ki, nə olsun, kiminsə pulu olmaya bilər, amma o da bizimkidir. Qəribədir, həmin toylar varlı toylarından yaxşı keçirdi".

Gallery

O, çalğıçıları yormazmış, özünü təkrarlamazmış. Deyilənə görə, hər pərdədə oxuya bilirmiş.

Kaman ustası Habil Əliyevlə hələ uşaq yaşlarından bir yerdə çalıb-oxuyarmışlar. Müharibə vaxtı kəndlərdə, rayonlarda konsert verib ailələrini aclıqdan xilas ediblər. Camaat da deyirmiş ki, bu iki qaraçı uşaq yaman yaxşı çalıb-oxuyur.

Deyilənə görə, Yaqub Məmmədovun səsi gahgir olub. Hərdən "işləmirmiş", hərdən də yorulmadan zil pərdələrdə gəzişərmiş.

Gallery

Yaqub Məmmədov pambıq tarlasında işləyə-işləyə oxuyarmış. Bir gün xəbər yayılır ki, Ağcabədinin mədəniyyət evinə Bakıdan komissiya gəlib, yaxşı səsi olanları qəbul edirlər. Yaquba deyirlər ki, sən də yaxşı oxuyursan, sən də get. Yaqub əvvəl getmək istəmir. Amma biləndə ki, Xan Şuşinski də gəlib, həvəslənir. Çünki o, radioda Xan Şuşinskini çox dinləyər və onu təqlid edərmiş.

Mədəniyyət evində Şövkət Ələkbərovanı da görür, amma onu tanımır. Növbə ona çatanda "Xan segahı" oxuyur. Xan Şuşinski başını tərpədir, amma heç nə demir. Şövkət Ələkbərova isə ayağa qalxıb onu alqışlayır, bir xeyli tərifləyir. Xanəndələr Bakıya qayıdırlar. Xanın onun ifası haqqında heç nə deməməsi Yaquba toxunur. Bir müddət sonra filarmoniyanın həyətində Xan Şuşinskinin başına toplaşan gənclər ona sual verirlər ki: "Xan əmi, görəsən, sənin kimi oxuyan bir də yer üzünə gələcək?". Xan: “Gələcək yox, gəlib. Mənim kimi oxuyan oğlan Ağcabədidə pambıq suvarır, gedin, onu Bakıya gətirin”, – deyir.

Gallery

Yaqub Məmmədovun ilk dəfə muğam ifa etdiyi həmin mədəniyyət evinə sonralar xanəndənin adı verilib.

Xanəndə rus dilini bilmədiyi üçün operaya gedə bilmir, filarmoniyada işləyə bilmir. Ümumiyyətlə, rus dilini bilmədiyi üçün əvvəllər Bakıda çox sıxılırmış.

Gallery

Yaqub Məmmədov Bakı toylarında ən arzuolunan xanəndələrdən biri olub. Hətta nardaranlılar onu ağcabədililərdən də çox istəyirmişlər. Yaqub yeganə xanəndədir ki, sözləri səhv oxuya-oxuya Bakı kəndlərində sevilib.

Əlibaba Məmmədov müsahibələrinin birində deyir ki, Yaqub Məmmədovun səsi ilə adamlara söysən belə, onlara ləzzət edər.

Gallery

Dünyasını dəyişəndən sonra Ağcabədidə yerləşən məşhur “Üçbulaq” bulağına onun adını veriblər.

Yaqub Məmmədov qastrola gedəndə anketdə "pol" (cins) yazılan hissəyə "parket" yazıb. Elə bilib ki, onun evindəki döşəmənin növü nəzərdə tutulub.

Böyük sənətkar 5 iyun 2002-ci ildə, 72 yaşında dünyasını dəyişib.

# 82 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi

12:00 5 may 2026
Sərxoş halda sükan arxasına keçən Britni Spirs cəzalandırıldı - Məhkəmədən sərt qərar

Sərxoş halda sükan arxasına keçən Britni Spirs cəzalandırıldı - Məhkəmədən sərt qərar

11:40 5 may 2026
Erməni ssenaristi Bakıdan qovan Adil İsgəndərov kimdir?

Erməni ssenaristi Bakıdan qovan Adil İsgəndərov kimdir?

10:47 5 may 2026
Bu gün Azərbaycanda “Xalçaçı Günü”dür

Bu gün Azərbaycanda “Xalçaçı Günü”dür

10:02 5 may 2026
Azərbaycan xalçaçıları “Tərəqqi” medalı ilə təltif edildi

Azərbaycan xalçaçıları “Tərəqqi” medalı ilə təltif edildi

17:10 4 may 2026
“Space” televiziyasına yeni direktor təyin edildi

“Space” televiziyasına yeni direktor təyin edildi

16:13 4 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər