Anar Məmmədxanovun son zarafatı – CİZGİLƏR
25 may 2011
08:00
Dəliliyi ilə dahiliyi arasında sədd çəkilməsi mümkün olmayan Salvador Dali demişdi: “Əgər müdrik olmağa can atan təlxəklər belə çoxdursa, niyə də müdrik insanlar təlxək ola bilməsin”.
Fani həyatı bizə əmanət qoyub dünyadan qəfil köçən Anar Məmmədxanovu da bir dəfə on-layn müsahibədə təlxəyə bənzətmişdilər və onda o bu barədə demişdi: “Hər halda təlxəklərin əsas vəzifəsi həqiqəti şahlara çatdırmaqdır...”
Qılafından çıxan istedad
Anar Məmmədxanovu şəxsən və yaxından tanıyanlar arasında, yəqin ki, mən son sıradayam. “Tanımaq” təbii ki, hər gün yanında olmaq, birgə gün keçirmək, çiyin-çiyinə işləmək, yaratmaq anlamı vermir. Onu tanımaq üçün mərhəm insan olmağa ehtiyac yoxuydu. Ünsiyyət, təmas bəsidi. Anar Məmmədxanov isə təbiətcə qılaflılıqdan çox uzaq adamıydı və bunun əksini heç təsəvvürə də gətirmək olmurdu.
O, həmişə göz qabağındaydı. Anar Məmmədxanovu kənardan görən, fəaliyyətini seyr edən bir mən deyildim ki!? “Bakılı oğlan” gizlənpaç oynamadan əksər işləri aşkar görürdü; bir çox layihələri cəmiyyət üçün şəffaf qalırdı.
“Nə olar, nə olmaz” düsturu, əlbəttə, onun üçün də yazılmışdı, amma o bunu çox gec anladı.
İsbata ehtiyacı olmayan həm də budur ki, Anar Məmmədxanov istedadlı, oxumuş, mütaliəsi geniş və söz üçün cibə girməyən, yəni hazırcavab, zarafatı ilə belə məntiqli anlayış, izah, rəy verən biriydi. Və sözün düzü, bəzən, bəlkə də əksər vaxtlarda düz sözü baməzə tərzdə deyirdi. Amma Anar Məmmədxanovu zəmanəmizin Bəhlul Danəndəsi, yaxud Molla Nəsrəddini hesab etmək yetərindən artıq müsbət səciyyə olardı.
Qabına oturmuş “Bakılı oğlan”
“Şən və Hazırcavablar” Klubunda (ŞHK) olarkən, Anar Məmmədxanov, necə deyərlər, qabına tam oturmuşdu. Həmin dövrdə Bakı, məncə, tam mənada Azərbaycanın xalqının mədəni paytaxtı olmaqdan çox uzaq idi. Baş şəhərdə müxtəlif milli dəyərlər və fərqli intellektual səviyyələrdən yoğrulmuş bir mühit vardı. “Şən və Hazırcavablar” da sözügedən mühitdə yaranan, kimliyi bic olan bir mədəni məhsul idi. Bununla belə, Azərbaycanda Azərbaycan xalqının anlamadığı, amma Azərbaycandan kənarda Azərbaycanı tanıdan ŞHK öz zamanı üçün zəruriydi.
Əlavə vasitələrin, təsiretmə alətlərinin yoxluğundan başqa seçənək qalmırdı. “Bakılı oğlanlar” Azərbaycan ətrafındakı informasiya halqasını tam yara bilməsə də, hər halda kiçik “həyat yolu” aça bildi.
1992, 1993, 1995-ci illərdə “Şən və Hazırcavablar” Klubları arasında MDB çempionu!
2000-ci ildə XX əsr çempionu!
1991-ci ildən “Şən və Hazırcavablar” Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı kimi Anar Məmmədxanovun bu zəfərlərdəki müstəsna xidmətləri heç cür və kimsə tərəfindən danıla bilməz!
Məmurlarla gizlənpaç oyunu
“Bakılı oğlanlar”la birgə və “Bakılı oğlanlar” sayəsində qazandığı populyarlığı Anar Məmmədxanov ictimai-siyasi müstəvidə, bəlkə də çox tez xərcləməyə başladı. Məhz bu mərhələdən başlayaraq “Bakılı oğlanlar”ın çıxışları siyasi məzhəkə kimi yozulmağa başladı. Onu təqdir edən, şəxsiyyətini və gördüyü işləri layiqincə qiymətləndirən tərəfdarlarını, pərəstişkarlarını Anar Məmmədxanovdan çəkindirən, onunla məsafə saxlamağa məcbur edən də məhz buydu.
1993-cü ilin Gəncə qiyamına dair nadir bir kadrda Anar Məmmədxanovu qiyamçı Surət Hüseynovun qərargahında görənlər çox azdır. Onu həmin məkana aparan səbəblər haqqında yalnız hansısa gümanlar, ehtimallar və fərziyyələr zənciri qurmaq olar. Buna qədər Nazirlər Kabinetinin binasında kiçik bir otağa sahib olan “Bakılı oğlanlar”ın kapitanına İsa Qəmbərin yardımçı olması cəmiyyət üçün Anar Məmmədxanovun siyasi əlaqələrinə işıq salan yetərsiz bilgi idi.
Heydər Əliyevin ŞHK-ya himayəsinə gəlincə, bu, aşkar, mübahisə doğurmaz faktdı. Saraydakı hər uğurlu konsertdə prezidentin iştirakını görmək mümkün idi. Anar Məmmədxanovun şəxsi etirafına əsasən, Heydər Əliyev heç bir sənət dühasının solo konsertində bu qədər (nə az, nə çox, düz 7 dəfə) iştirak etməmişdi.
“Bakılı oğlan”ın ikinci etirafı isə budur ki, prezidentin konsertdə iştirak edəcəyi məlum olduqda, səhnəciklərdə tənqidə tuş gələcəklərini bilə-bilə əksər nazirlər bilet, yaxud dəvətnamə üçün onu səhərdən axşamacan bezdirirdi. “Mən telefondan gizlənmək məcburiyyətində qalırdrım”.
Solo konsertdəki müəyyən səhnəciklərin ictimai-siyasi yükü vardı. Satirik personajlar rəsmi səviyyədə təkzib olunan qüsurları, müşkülləri dilə gətirirdi. Və ən maraqlısı, bunu, Anar Məmmmədxanovdan bilet və dəvətnamə ricasında bulunan bütün nüfuzlu məmur təbəqəsi dodaqqaçma və təbəssümlə qarşılayırdı.
“Bakılı oğlanlar”ın konsertlərində Qoqolun “Müfəttiş”indəki hədəfgöstərici, dərsverici son akkord – “Kimə gülürsünüz, özünüzə gülürsünüz!” cümləsi, əlbəttə, yoxuydu.
Həsədli baxışların hədəfi
Anar Məmmədxanovun nazir olacağı, hansısa nazirin çörəyinə bais olacağı haqqında şayiələr daim gündəmdə idi. Lakin onun deputat mandatı yüz nazir kürsüsündən keçərli, işə yarayandı. Bu kiçik kağız parçasının taybatay açdığı qapılarla bərabər, Anar Məmmədxanovun bir yazısız səlahiyyəti vardı – Milli Məclisdə prezident oğlu, ARDNŞ-nin birinci vitse-prezidenti İlham Əliyevlə yanaşı oturmaq.
Bu tay-tuşluq həmişə həsədli baxışlara tuş gəlirdi və çılpaq baxışla görünən bu idi ki, Anar Məmmədxanovu İlham Əliyevlə birləşdirən sadəcə, parlamentdə deputat həmkarlığı deyil.
Çox-çox sonralar, daha doğrusu, Anar Məmmədxanov üzünü soyuq torpağa qoyduqdan üç gün sonra deyildi: “Azərbaycan prezidenti İlham Əliyev sabiq millət vəkili, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanovun hüzr mərasiminə gələrək onun ailəsinə başsağlığı verib. İlham Əliyev və Anar Məmmədxanov vaxtilə dost olublar. İlham Əliyevin ARDNŞ vitse-prezidenti və Milli Məclisin deputatı olduğu vaxtlarda onlar uzun müddət parlamentdə yanaşı oturublar...”
İki “islahatçı” arasında vasitəçi
2000-ci ilin parlament seçkiləri ərəfəsində Anar Məmmədxanov hakimiyyətdəki “islahatçılar”la müxalifətdəki “islahatçılar” arasında vasitəçilik missiyasını öz üzərinə götürmüşdü. Müxalifət qərargahlarına get-gəllərə şübhə ilə baxanlar arasında mən - bu sətirlərin müəllifi də vardı. Şübhəmi yazımda açıq ifadə etmişdim. Mənə Moskvadan zəng edib salamsız-kəlamsız dedi: “Sağ ol! Çox sağ ol!”
Kinayəsi o qədər açıq hiss olunurdu ki, əlavə sözə, şərhə ehtiyac qalmırdı. Kin-küdurətdə dəvə ilə yarışacaq qabiliyyəti yoxudu, amma “səhvimi” hər dəfə başıma vururdu: “Sən o vaxt yazmışdın ki...”
Vaxt, yeri gəlmişkən, mənim haqlı olduğumu təsdiqlədi: iki “islahatçı” qanadın birləşməsi heç nəzəri cəhətdən də mümkün olmadı.
Mehriban rəqiblər
Yaxşı yadımdadır ki, həmin arada Anar Məmmədxanovun digər bir iqtidar PiaR-çısı Rza İbadovla rəqabəti dillərdə dastan idi. Deyilirdi ki, guya sonuncu şəxsin hakimiyyət zirvəsindən aşağı yumbalanması şən və hazırcavab bakılı oğlanın işi, daha doğrusu, xəbərçiliyinin nəticəsidir.
Bəs, Anar Məmmədxanov, o niyə , gözdən düşdü?
...Ehtimal budur ki, o ya şit zarafatın, yaxud yersiz lağlağının güdazına getdi. Bu an onu çoxdan gözləyirdi, bunun gec-tez olacağını özü də bilirdi, çünki özü bir dəfə şəxsi söhbətdə səmimi etiraf etdi ki, “bəzən mənə kinayə ilə sovet dönəmində iri bir müəssisənin direktoru olmuş yaxın adamımın həbsini xatırladırlar...”
Kinayəli atmacanın arxaya dəyən təpiyə çevriləcəyi gün, nəhayət, yetişdi...
Ola bilsin ki, hər şey tam başqa cür olub. Day.az saytının bir əldən başqa ələ keçməsi kimi. Yeri gəlmişkən, Day.az Anar Məmmədxanovun mahir PiaR-çı istedadını bir daha təsdiqlədi. Bütün postsovet məkanında tanınan media brendinin satılması 2001-ci ildən səhnə ilə vidalaşmış Anar Məmmədxanovun fikrincə, rəqib mediadan rəsmi şəxslərə ünvanlanan xəbərçiliyin nəticəsiydi.
Bəraət gözləntisi
Ard-arda aldığı zərbələrin sonuncusu, söz yox ki, Milli Məclis qapılarının Anar Məmmədxanovun üzünə bağlanması oldu. Son parlament seçkilərində namizədliyini irəli sürməyən “Bakılı oğlan” seçki günü Facebook-da yazırdı ki, “indi ORT-də “Pokrovskiye vorota” filminə baxır və bu onun ən sevimli filmidir”.
Hə, yeri gəlmişkən, həmin filmin qəhrəmanı da Anar Məmmədxanov kimi zirək, zarafarcıl, dili dinc durmadığı kimi, əl-ayağı da daim qaynayıb daşan oğlandır.
...Bir dəfə yanımdaca tanışlarından biri ona zəng etmişdi. İstəmədən qulaq yoldaşı oldum. Tanış adam əvvəlcə hal-əhval tutdu, sonra dedi ki, eşitmişəm, neft alveri edirsən... Anar Məmmədxanov tutuldu, amma tez özünü ələ alıb, “Yox, mən zarafat taciriyəm”, - dedi.
Məncə, o, “bazarının bağlanmasını” heç cür həzm edə bilmirdi. Bəraət gözləyirdi. Qılaflanaraq. Zirvədən enişlə barışmazlıq sonda onu aramızdan apardı. Bu, Anar Məmmədxanovun son zarafatı idi.
İndi o, haqq dünyasındadır. Zarafatsız-filansız.
O dünyaya məndən qabaq yollanacaq fanilər, təvəqqe edirəm, Anar Məmmədxanovu görüb eləsəniz, mənim adımdan deyin ki, oralarda heç kimlə zarafat etməsin, yalnız ilahi bəraət gözləsin.
Əziz RZAZADƏ

1696 dəfə oxunub
Oxşar xəbərlər
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal
15:00
16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri
12:00
16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart
15:00
15 noyabr 2024