“Gülüstan” tamaşasının məşqlərinə başlanıldı

“Gülüstan”  tamaşasının məşqlərinə başlanıldı
16 aprel 2026
# 16:14

Gəncə Dövlət Milli Dram Teatrında Vaqif Əmiraslanın “Gülüstan” pyesi əsasında eyniadlı tamaşasının məşqlərinə başlanılıb.

Kulis.az xəbər verir ki, real həyat həqiqətləri üzərində hazırlanacaq tamaşa 44 günlük Zəfər müharibəsinin ədəbi və bədii bütövlüyünü özündə əks etdirməklə Vətən müharibəsində əldə etdiyimiz qələbəyə, şəhidlərimizin əziz ruhlarına, qazilərimizə ithaf olunaraq teatra dəvət edilmiş gənc rejissor Fuad Cavadzadənin traktovkasında ictimaiyyətə təqdim ediləcək.

Yeni yaradıcılıq işinin quruluşçu rəssamı Mirzə Mehdi Hüseynov, bəstəkarı Svetlana Hüseynova, xoreoqrafı Sənan Cavadov və qrafik işi isə Sübhan İbrahimova məxsusdur.

Səhnə əsərində Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər İlham Hüseynov, Novruz Cəfərov, Kəmalə Məmmədova və bütövlükdə teatrın 30-dan çox aktyor heyəti iştirak edəcək.

Tamaşanın premyerası may ayının 17-də ictimaiyyətə təqdim ediləcək.

# 1382 dəfə oxunub

Oxşar xəbərlər

Akademik Musiqili Teatr yeni mövsümə start verdi - “Arşın mal alan”la

Akademik Musiqili Teatr yeni mövsümə start verdi - “Arşın mal alan”la

10:40 19 sentyabr 2026
Yusif Cəfərov "DOFAR" Beynəlxalq Teatr Festivalında

Yusif Cəfərov "DOFAR" Beynəlxalq Teatr Festivalında

16:30 16 sentyabr 2026
“Balaca səyyah”  tamaşasının məşqləri davam edir

“Balaca səyyah” tamaşasının məşqləri davam edir

14:30 16 sentyabr 2026
“Pullu komediya” tamaşasının məşqləri davam edir

“Pullu komediya” tamaşasının məşqləri davam edir

11:30 15 sentyabr 2026
Qazax Dövlət Dram Teatrı yeni mövsümə start verdi

Qazax Dövlət Dram Teatrı yeni mövsümə start verdi

11:00 14 sentyabr 2026
Azərbaycanın ilk milli baleti yenidən səhnədə canlandırılacaq

Azərbaycanın ilk milli baleti yenidən səhnədə canlandırılacaq

12:40 9 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər