Qarabağ müharibəsi haqqında savaş romanı

Qarabağ müharibəsi haqqında savaş romanı
6 avqust 2012
# 11:06
Bakıda I Qarabağ müharibəsindən bəhs edən ilk savaş romanı işıq üzü görüb. Tanınmış müəllif Elçin Arifoğlunun “Sonuncu ay işığı” romanı “Maraqlı” Kitab Evinin oxuculara təqdim etdiyi ilk layihədir.

Kəskin və maraqlı süjetə malik olan roman Qarabağ müharibəsində itkin düşən 3 gəncin – iki dost və onların hər ikisinin sevdiyi bir qızın tükürpədən taleyindən bəhs edir. Müharibənin içində bir məhəbbət üçbucağı…

Müharibənin amansızlığı, ölümü, çirki-çirkabı içində bu məhəbbətin yaşamaq şansı varmı? Yaxınları, dostları, qohumları üçün itgin düşmüş sayılan bu üç gənc Yer üzündə cəhənnəmin təcəssümünə çevrilən gizli bir əsir düşərgəsinə necə gedib çıxırlar? Burada onların başına nələr gəlir? İnsanı dəli olmaq həddinə çatdıran dəhşətləri yaşadıqdan sonra sağ qalan oğlanlardan birini hamının ürəyinin partlayıb ölə biləcəyi məqamlarda da belə yaşamağa və dözməyə nə məcbur edir? O niyə dözür, o niyə ölmür?...

«…Rovşən avtomatı qaldırıb Arzunu nişan aldı. – Öldürüm?.. – səsi titrədi. – Hə. – Arzu dedi, – Yaşada bilmədin, öldür. – Hə… yaşada bilmədım… – Rovşən təsdiq elədi. – Gərək əvvəldən öldürərdin məni! Əvvəldən! Lap əvvəldən!.. Gərək ayırmazdın məni Orxandan!.. Elə bil Orxanın səsini yenidən eşitdi Rövşən – “Gedin xoşbəxt olun!..” İndi Orxanın ruhu bu mağaradaydımı? Görürdümü nələr baş verir?! Rövşən elə bil hiss elədi, duydu ki, Orxan hardasa, buralardan baxır ona. Gözlərini qırpmadan baxır. Həsrətlə gözləyir ki, Arzunu haçan öldürəcək o. Arzuynan yenidən qovuşmağın həsrətini yaşayır indi Orxan. Görən heç olmasa Orxan – Orxanın ruhu başa düşürdümü onu?.. – Öldür! – Arzu irəli yeridi. – Qurban olum, öldür! İndicə girəcəklər içəri. Tez ol!.. Rövşən gözlərini yumub titrəyən barmağını yavaş-yavaş çəkdi…»

Romanın müəllifi Elçin Arifoğlu 90-cı illərdə və 2000-ci illərin əvvəllərində ölkə qəzetlərində kriminal və döyüş romanları ilə çıxış edirdi. Oxucular arasında böyük populyarlıq qazanan bu müəllif 10 ilə yaxın idi ki, “susmuşdu”.

“Sonuncu ay işığı romanı”nı şəhərin bütün kitab mağazalarından, metro çıxışlarından və əl yayımından əldə etmək mümkün olacaq. Kitabın qiyməti 4 manatdır.
# 3628 dəfə oxunub

Oxşar xəbərlər

"Qal, sənə qurban" xalq mahnısıdır, yoxsa... - TARİXÇƏ

"Qal, sənə qurban" xalq mahnısıdır, yoxsa... - TARİXÇƏ

17:00 20 oktyabr 2026
Atın boynu əriyir, fəhlələr yox olur... - 33 yaşında faciəvi şəkildə ölən dahinin sirri

Atın boynu əriyir, fəhlələr yox olur... - 33 yaşında faciəvi şəkildə ölən dahinin sirri

18:40 19 oktyabr 2026
"Daşlaramı dəydi, sındı əhdimiz?" – Faiq Ağayevin klipindəki gizli mesaj nə idi?

"Daşlaramı dəydi, sındı əhdimiz?" – Faiq Ağayevin klipindəki gizli mesaj nə idi?

14:00 19 oktyabr 2026
Xeyir-şər mübarizəsində ilahi zəfər - "Müqəddəs Mikayıl mələkləri cəhənnəmə tullayır"

Xeyir-şər mübarizəsində ilahi zəfər - "Müqəddəs Mikayıl mələkləri cəhənnəmə tullayır"

12:00 18 oktyabr 2026
"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

17:30 16 oktyabr 2026
Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

16:30 16 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər