Mason müəllimimin mənə dedikləri
18 iyul 2012
13:12
Yalçın İSLAMZADƏ
Orta Doğu Texniki Universitetində oxuyarkən bizə “Fizikada riyazi metodlar” dərsini keçən professor Əhməd hoca tələbələri tərəfindən çox sevilirdi, yaxşı insan və yaxşı müəllim idi. Hansısa nevroloji xəstəlikdən əziyyət çəkən Əhməd hocanın əlləri sözünə baxmırdı, ancaq keçdiyi dərslər qüsursuz idi. Dərslərində əsas mövzunu bitirdikdən sonra elm tarixindən, elmi düşüncədən, oxuduğu kitablardan mütləq danışardı.
Əhməd hocanın əlləri əsdiyi üçün bəzən məndən onun kompüterindən hansısa materialı tapmağı ya da kiməsə email göndərməyi xahiş edirdi. Bir dəfə istədiyi materialı axtararkən “ Loja”, “Masonluq”, “İclas mövzuları” kimi fayl adları diqqətimi çəkdi, bu fayllar kompüterin hansısa küncündə yox, hamının görəcəyi yerdə, masaüstündə idi. Qorxuya düşdüm, yoxsa Əhməd hoca da yüz illərdir dünyanın, xüsusən də islam və türk-islam dünyasının kabusuna çevrilmiş, onun inkişafına mane olan, əxlaqını korlayan, cins şalvar, saqqız, kola, Hollivud kinoları kimi qısırlıq yaradan, insanı meymuna oxşadan, mədəsini korlayıb düşünməsinə mane olan məhsullarla cibini boşaldan beynəlxalq şəbəkənin bir üzvü idi? Dəhşətli sirrlər bir klik qədər yaxın idi, ancaq faylları açmaq olmazdi, həm etikadan kənar hərəkət olardı, həm şübhə yoxdur ki, hər bir masonun kompüterinə lojanın böyük ustası tərəfindən nəzarət olunurdu, faylın açıldığını bilsələr onlara mənim baxdığımı öyrənmələri çətin olmazdı. Masonlar hər yerdə idi, hamıdan və hər eydən xəbərləri vardı. ODTÜ-də də olmaları təəccüblü deyildi. Hələ bilmək olmazdı, Amerika güya Orta Şərq ölkələri üçün yüksək təhsilli kadr yetişdirmək adıyla əslində mason yetişdirmək üçün ODTÜ-nü qurmuş da ola bilərdi. Əhməd hoca güman ki, diqqət yayındırmaq üçün ozünü Parkinson xəstəsi kimi aparırdı.
Suallar vermək istəyirdim, amma qorxurdum. Harun Yahyanın masonlara dair cild-cild bəzəkli kitablarını görmüşdüm, cəmi üç il incəsənət fakültəsində oxumuş bu adamın Dəccalın necə öləcəyindən tutmuş Darvinin ifşasına qədər geniş mövzulara daldığını bilirdim, yaşadığı lüks villada məşhur manekenləri dinə dəvət etməkdən qalan vaxtında yüzə yaxın əsərə imza atmışdı. Elmi təhsili olmayan Harun Yahyanın “Bilim Araştırma Vakfı” qurması və dühasının universallığı məndə şübhə yaratmışdı. Necə olurdu ki masonları ifşa edir, onların dünyaya 100% nəzarət etdiyini açıqlayır, bütün “sirlərini” ortaya saçır amma ona masonlar heç nə etmir, ancaq şantaj etdiyi insanların onu məhkəməyə verməsi xaricində masonlar tərəfindən bir problem yaşamır? Görünür onun özü də mason idi, məqsədi insanlara “əlinizi ayağınızı uzadıb ölün ya da rahat olun, düşünməyin, oxumayın, işləməyin, sizin günahınız da, çarəniz də yoxdur, ah bu masonlar!” mesajını vermək idi. Ancaq tək Harun Yahya deyildi ki, abilər də axşam söhbətlərində tez tez masonların bütün bəlaların səbəbkarı olduqlarını deyirdilər, ODTÜ-dəki solçu və dindar tələbələrlə “əmpəryalizmə” və masonlara dair dərin müzakirələr aparmışdıq. Özümə söz verdim, madam şəbəkənin izinə düşmüşdüm, bunu hiss etdirməməli idim.
Sonrakı günlərdə ağlım sərbəst assosiasiya mexanizminin işğalı altında idi. Günəş enerjisi, günəş tanrısı, Misir, Misir piramidası, Mehmet Ecevit , Bülent Ecevid (Bülənt Ərsoy? bəlkə də), Rahşan Ecevit, Rahşan xanımın tələbə yoldaşı, yüksək enerji fizikası müəlliməmiz Pərihan Tolun (yoxsa qadınları da masonluğa qəbul etməyə başlayıblar?), yenə masonlar və enerji, neft şirkətləri, Freyd və təkamül nəzəriyyəsi. Deməli artıq on ilə yaxındır Saleh müəllimin Türkiyədə “bir nüvə sürətləndiricisi quraq” deyə döymədiyi qapı qalmasa da nəticənin olmamasının da səbəbləri masonlar imiş. Əlbəttə, hansı mason buna yol verər? Osmanlını parçalayan masonlar, mətbəəni ləğv edən, Osmanlıda qurulmuş ilk rəsədxananı uçurdan da yenə din adamı qılığına girmiş masonlar idi.
Əhməd hoca açıq fikirli, tələbələri ilə rahat ünsiyyət quran müəllim idi, fürsət olsa onun özünə bəzi suallar vermək olardı. Sonrakı günlərdə məndən kitabxanaya gedib elm tarixi ya da fəlsəfəsinə dair bir kitab tapmağımı xahiş etdi. Bir tədbirdə elmi düşüncə haqqında çıxış etmək istəyirdi. Kitabı tapıb gətirdim və bütün cəsarətimi toplayıb hocanın mason olub olmadığını soruşdum. Mason olduğunu təsdiqlədi. Hərhansı bir mason istəsə mason olduğunu açıqlaya bilərmiş, buna hansısa qadağa yox imiş. Bu haqda vaxtı olanda onunla danışmaq istədiyimi bildirdim. Bir gün dərslər bitdikdən sonra Əhməd hoca ilə ODTÜ-də gəzişdik. Ona masonlar haqqında bildiklərimi dedim və niyə türk-islam aləminin inkişafına mane olduqlarını soruşdum.
Əhməd hocanın bu haqda danışdıqlarından bunları xatırlayıram:
-Çox maraqlıdır ki, az inkişaf etmiş ölkələrdə ölkənin inkişaf etməsini istəyən insanlar düşmən kimi görülürlər. Hamıya sərf edən bəşəri dəyərlər, təcrübədən keçmiş institutlar, yaşanmış təcrübələr var, ancaq sən bunu bizim kimi ölkələrdə yaymaq istəsən, səni düşmən elan edərlər. Biz əsrlərdir ayaqlarımızı qandallayan olan köhnəliyi sevirik, bizi batırsa da yenə qurtuluşu onda görürük. Masonlar istər fransız və amerikan inqilablarında, istər maarifçiliyin və azad düşüncənin yayılmasında istərsə də bizim Türkiyənin müasirləşməsində müstəsna rol oynadılar. Ancaq biz tənbəl millətik. Hələ də İstanbulu almağımızın qürurunu yaşayırıq. Düşünürük ki 500 ilə əvvəl İstanbulu almışıqsa hamı bizə hörmət eləməlidir və biz işləmədən, düşünmədən, istehsal etmədən inkişaf etməliyik. Bu olmursa, günah masonlardadır. Hökümət problemlərin qaynağını xarici düşmənlərdə, xalq isə masonlarda görür. Dörd bir yanımız xarici və onların uzantısı olan daxili düşmənlərdir. İdarəçilərimizi bu xalq seçir, odur ki günahı üstündən atmaq üçün ona “günah keçisi”-masonlar lazımdır. Xalqımız ona nağıl danışanlara hörmət edir, yetər ki onun nə qədər bacarıqlı olduğunu, əsrlər əvvəl necə mükəmməl olduğunu, indi işlərin pis getməsinin səbəbinin masonlar olduğunu de. Heç kim soruşmaz “bayram deyil seyran deyil”, məni niyə bu qədər tərifləyirsən? İndi şou-biznesdən də asan şöhrət və pul qazanmaq imkanı var, otur bir kitab yaz masonlar haqda, hamını mason çıxar. Heç kim soruşmaz sən bu qüdrətli təşkilatın sirlərini hardan bilirsən? Yəni iddia etdikləri kimi güclüysə masonlar, bir Harun Yahyayla ilə niyə bacara bilmirlər? Üstəlik, üç dindən birinə inanmayan mason ola bilmirsə, masonların din düşməni olduğu hardan çıxdı?
Şişirtmək bizim sevimli məşğuliyyətimizdir. Bizim fizika fakültəsini götür. Ən yaxşı müəllimlərimizdən biri Ordal Demokandır, yəhudi olsa nə fərqi var, mason olsa nə dəxli var? Dəfələrlə İsrailə dəvət etsələr də getmir, “mən türkəm” deyib burda qalır. Tələbələrimizə bax, əksəriyyət fizikadan başqa hər şeylə məşğuldur. Bu universiteti Amerika qurdu. Məqsədi Orta Şərq ölkələrinə alim və mühəndis hazırlamaq idi. Bütün dərs proqramını, kitablarını onlardan götürdük. İndinin özündə də ən yaxşı müəllimlərimiz Amerikanın təqaüdü ilə orda oxuyub gələnlərdir. Amma bu universitetə girmək üçün illərlə çalışan gənclərimiz bura daxil olan kimi ya solçu olub Amerika düşməni olurlar, ya da dindar olub masonları ifşa edirlər. Bir neçə ilə qədər bu fakültədə Marks Nyutondan daha hörmətli idi. Fizika tələbələri fizika öyrənmək yerinə sosialist inqilabı eləmək fikrinə düşmüşdülər. Dərslərə gələn yox idi, hamısı mitinqə gedərdilər. Sonra da illərlə burda sürünüb məzun ola bilməyəndə ODTÜ fizikanın dünyanın ən çətin fakültələrindən biri olduğu əfsanəsini yaydılar. ODTÜ-də Amerika səfirinin maşını yandırıldı, təşkilatçılar fizika tələbələri idi. Bu qərara gəlindi ki, tədris yükünü artırmaq lazımdır, bəlkə bu halda tələbələr dərslərini ciddiyə alarlar.
Burada Albaniyanın marksist diktatoru Ənvər hocanın, incəsənət fakultəsindən qovulmuş Harun Yahyanın sözü elmin sözündən daha etibarlı sayılır. Ali Demirsoy ODTÜ-də təkamül nəzəriyyəsi haqqında seminar verdi. Dünya şöhrətli bu bioloqun seminarına nə qədər adam gəlmişdi? Türkiyədə asan yolla etibar qazanmaq istəyirsənsə otur masonlardan bas bağla. Gördüyün hər simvolu, hər diktatoru, yazıçını, palto geyinib əlini cibinə salanı mason elan et. Heç kim soruşmur ki masonlar bu qədər güclüdürsə sən onları hansı ağılla, hansı resursla ifşa edirsən? Dindarlara bax, sanki özləri dini oxuyub anlaya biməzlərmiş kimi harda hacı hoca varsa gözləri onun ağzındadır, üstəlik deyirlər ki, islamda ruhanilər sinifi yoxdur. Sonra bunlardan dəyirmanın suyunun hardan gəldiyini soruşanda, o qədər cariyəni hardan aldıqlarını soruşanda sənə mason tələsi qurduğunu desinlər. Biz masonlar bir zamanlar maariflənməyə xidmət edirdik, indi fırıldaqçılar üçün “gunah keçisi” olmuşuq.
Bizim sağcımız da solçumuz da çox oxşardır. Oxumayıblar və elmdən də xəbərləri yoxdur. Amma soruş sənə bütün dünyanın gedişatını və qurtuluşun reseptini desinlər. Sən bir problem olduğunu qəbul etməzsən onu həll edə bilməzsən. Biz isə ya oxumuruq ya da zatən bizim düşüncələrimizi təsdiqləyən şeylər oxuyuruq. Ən yaxşısı nə bahasına olur olsun inanmaq istəyən və tək kitaba inananlardan uzaq durmaqdlr. Akvinalı Foma necə demişdi? “Timeo hominem unius libri”-Tək kitablı insanlardan qorxuram.
Sonra hoca yoruldu və mövzunu dəyişdi. İstər istəməz bizim fizika fakultəsinin tələbələrini xatırladım. Açığı ODTÜ fizikada tələbələr arasında elmdən çox sosialist inqilabından və masonluqdan danışılırdı. Köhnə SSRİ-dən olduğumu biləndə solçular böyük maraqla sual verib “hə” cavabı gözləyirdilər. SSRİ-də hər şeyin ideal olduğu sualına “hə” cavabı verməsən küsüb uzaqlaşırdılar. Hər il keçirilən Bahar festivalında Rusiyadan gələn folklor qrupunun ifasına ağzını ayırıb qulaq asan solçulara mahnı mövzusunun Mariyanın itmiş keçisi olduğunu deyəndə aqressivləşdilər. Onlar mahnının xalqlar dostluğu mövzusunda olduğunu düşünürdülər. Dindar tələbələrin isə namazdan, orucdan, axşam söhbətlərindən fizika oxumağa vaxtları qalmırdı. Sonra da onları masonlar imtahandan kəsirdilər. Bəzi müəlimlərin nəzərində sırf soyadıma görə “şəriətçi”, SSRİ-nin ideal olmayıb beynəlxalq imperializmdən ziyadə öz daxili problemləri ucbatından dağıldığını söylədiyim üçün solçulara görə “faşist”, türk xalqlarına birmənalı zülm edildiyini təsdiq etmədiyim üçün millətçilərə görə “kommunist” və “Rusiya nökəri”, Harun Yahyanın Darvini təkzib etməyinə ciddi yanaşmadığım üçün dindarlar tərəfindən “ateist” hesab olunurdum.
Aradan bir neçə il keçdi, böyük fizik Ordal Demokanı yolu keçərkən 17 yaşlı sürücülük vəsiqəsi olmayan bir “avtoş” vurub öldürdü. Ailəsi qəzada həlak olan Ali Demirsoya ateist olduğu üçün deyə xeyli anonim acıq verən məktublar gəldi dindarlardan, “Allah adamı belə cəzalandırar deyə” yazdılar. Məşhur Cübbəli Əhməd Hocanın otel hovuzunda yarıçılpaq qızların əhatəsində şəkilləri yayınlandı, müridləri “mason komplosu” dedilər. Hüzuruna Tunisdən xanımlar gətirdilər, özünün dediyinə görə bu xanımlar tələbə imiş, hoca da onlara təqaüd verirmiş. Görünür, xanımlar onu səhv başa düşüb pul görən kimi soyunurmuşlar. Harun Yahyanın Ankara Əmniyyətində verdiyi ifadə yayınlandı, dini bilgisi olmadığını, həbs olunarkən bir xanımla namünasib vəziyyətdə olduğunu, kasıb bir insankən necə varlandığını, siyasətçiləri necə şantaj etdiyini detalları ilə açıqladı. Türkiyənin bir vaxtlar “ən bərk gedən masonlarından” sayılan Məsud Yılmaza siyasi rəqiblərinin sifarişi ilə fotomontajla mason paltarı geyindirib bu şəkilləri yaymaqla onu gözdən salmaq istədiklərini də boynuna aldı.
Amma bütün bunlara baxmayaraq Harun Yahya masonları məğlub elədi. Türkiyədə fəalliyyətlərini genişləndirməklə qalmadı, Azərbaycanda da kitabları çap olundu, xeyli tərəfdar topladı. 2004-cü ildə “Elm və Həyat” jurnalında bir biologiya elmləri doktoru “türk alimi Harun Yahya təkamül nəzəriyyəsi təkzib etdi” adlı məqalə yazdı. Elmlər doktorunun Harun Yahyaya alim dediyi mühitdə elə Harun Yahya da “ağıl hocası” olar. Bu normaldır.

11470 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024