Zərdabi və “Əkinçi” qəzeti ilə bağlı yeni kitab

Zərdabi və “Əkinçi” qəzeti ilə bağlı yeni kitab
16 iyul 2012
# 15:00
Iyulun 15-də Türkiyənin Mersin şəhərində Mərmərə Universitetinin professoru Okan Yeşilotun “Həsən Məlikzadə Zərdabi və Əkinçi qəzetəsi” kitabının təqdimatı olub.

Təqdimat Türkiyə Qəzetçilər Federasiyası başkanlarının 39-cu toplantısında baş tutub.

Toplantida Türkiyə Qəzetçilər Federasiyasının sədri Atilla Sertel, bu ölkənin 70-dən artıq jurnalist təşkilatının rəhbəri, şəhər bələdiyyəsinin sədri və və Azərbaycandan Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı iştirak edib.

Təqdimat Türkiyə Qəzetçilər Federasiyası və Azərbaycan Parlament Jurnalistlər Birliyinin təşkilatçılığı ilə baş tutub.

Öncə kitab barədə PJB sədri Elşad Eyvazlı məlumat verib. O qeyd edib ki, bu kitabın ərsəyə gəlməsində millət vəkli Məlahət İbrahimqızı və Mərmərə Universitetinin professoru Okan Yeşilotun xüsusi xidmətləri olub: “Biz də PJB olaraq bu kitabın işıq üzü görməsində üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışdıq”.

Türkiyədə jurnalistlər bu kitabı böyük maraqla qarşılayıblar. Məlum olub ki, indiyədək Türkiyədə bu barədə heç bir məlumatı olmayıb.

TGF sədri Atilla Sertel qeyd edib ki, belə aydınların tanıdılmasına böyük ehtiyac var: “Həsən bəy Zərdabi zamanında mümkün olmayanları edib. Çox böyük işlər görüb. Bizim borcumuzudur ki, belə şəxsiyyətləri öyrənək. Həsən bəy gerçəkdən örnək bir şəxsiyyət olub. Biz bundan sonra da bu şəklidə tədbirlərin keçirilməsinə çalışmalıyıq. Eyni zamanda Türkiyə mətbuatının tarixi ilə bağlı azərbaycanlı məsləkdaşlarımıza belə bir kitabın təqdim edilməsinə nail olmalıyıq”.

PJB sədri qeyd edib ki, Mərmərə Universitetinin professoru Okan Yeşilot bu kitabı yazmaqla

Zərdabinin bütün türk dünyasının aydını olduğunu sübüt etmiş oldu: ““Əkinci” qəzetinin Türkiyə oxucularına çatdırılması Okan bəyin xidmətidir. Kitabın Türkiyədə çap edilməsinin xüsusi əhəmiyyəti var. Bu ilk növbədə bütün Türk dünyasının Həsən bəyə olan ehtiramıdır. “Əkinçi”yə göstərilən bu diqqət Zərdabinin yalnız Azərbyacan deyil, bütün türk dünyasının aydını olduğunu bir daha təsdiqləyir”.

Tədbirin sonunda PJB sədri Elşad Eyvazlı kitabı TGF sədrinə, bələdiyyə başkanı və digər şəxslərə təqdim edib.

Təqdimatıdan sonra jurnalistlər üçün bayram gecəsi keçirilib.

Modern.az
# 1739 dəfə oxunub

Oxşar xəbərlər

Menqsin şah əsərlərindən biri - "Çobanların sitayişi" nəyi izah edir?

Menqsin şah əsərlərindən biri - "Çobanların sitayişi" nəyi izah edir?

15:00 29 iyun 2026
Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası

Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası

14:00 27 iyun 2026
Yetim oğlan  - Muxtar Auezovun hekayəsi

Yetim oğlan - Muxtar Auezovun hekayəsi

10:00 27 iyun 2026
Döyüş romantikasını darmadağın edən faktlar - Ölmədən öncə mütləq baxılmalı 10 müharibə filmi

Döyüş romantikasını darmadağın edən faktlar - Ölmədən öncə mütləq baxılmalı 10 müharibə filmi

14:00 26 iyun 2026
Bu sendviçdə mayonez yoxdur - Cerom Devid Selincerin hekayəsi

Bu sendviçdə mayonez yoxdur - Cerom Devid Selincerin hekayəsi

10:00 26 iyun 2026
Maska arxasındakı tənhalıq:  Key Seycin sirli əsəri

Maska arxasındakı tənhalıq: Key Seycin sirli əsəri

12:30 25 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər