“Ətrafımdakı adamları cənnətə aparmaq üçün müsəlman oldum”

“Ətrafımdakı adamları cənnətə aparmaq üçün müsəlman oldum”
12 iyul 2012
# 05:00
Onun əsl adı İliç Ramires Sançesdir. 1949-cu ildə Venesuelanın Qarakas şəhərində marksist bir ailənin övladı olaraq dünyaya gəlib. 1966-cı ildə ailəsiylə birlikdə Londona köçüb, orada Universitet təhsili alıb. 1975-ci ildə Fələstin Xalq Qurtuluş Cəbhəsinin düşərgəsində yer alıb və İsrailə qarşı döyüşüb. Karlosun keçirdiyi ən səs-küylü terror aktı Vyanadakı OPEC toplantısında aralarında 10 neft nazirinin də olduğu 70 adamı girov götürməsi və girovları özüylə Əlcəzairə aparması olmuşdu. Karlos Şakal islam dinini qəbul edib və uzun illər ərəb ölkələrində yaşayıb. Nəhayət 1994-cü ildə Sudan hökuməti onu tutub Fransaya təhvil verib. 1997-ci ildə Fransa Məhkəməsi onu ömürlük həbs cəzasına məhkum edib.

Kulis.az Karlos Şakalın həyat qaydalarını təqdim edir


• Mən sionizmin və Amerika imperializminin canlı qənimətiyəm.

• Mənim adım İliçdir, qardaşımınsa Lenin. Kiçik qardaşımıza doğularkən hansı ad qoyulduğunu təxmin etmək, zənnimcə, çətin deyil.

• Uşaqlığım inqilabi mistisizmlə hopdurulmuş xırda burjua mühitində keçib. Elə buna görə də atam kimi vəkil olmaq istəmişəm, amma həm də peşəkar inqilabçı.

• 1975-ci ildə, Fələstin Xalq Azadlıq Cəbhəsinin düşərgəsində, Caar yaxınlığında, Abian vilayətində, 26 yaşıma az qalmış islamı qəbul etmişəm. Ətrafımda hər kəs müsəlman idi və həmin adamlar məndən zərurət yarandıqda onları cənnətə apara bilməyim üçün sıralarında olmamı xahiş etdilər.

• Çıxılmaz vəziyyətlərdə ətrafında olan hər kəs həlak olduğu təqdirdə sən sağ qalırsansa, Allaha inanmaq çətin deyil.

• İndiyəcən etdiyim heç bir şeyə görə peşmançılıq çəkmirəm. Yalnız müasir dünyanın təkamülünə, SSRİ-nin dağılmasına və bizlərin Fələstini azad edə bilməməyimizə görə təəssüf hissi keçirirəm.

• Fələstin müqaviməti üzvləri arasında uğurlu əməliyyatlar üzrə rekord vurduğuma görə qürur hissi keçirirəm.

• Sudanlılar məni, Usama bin Ladeni – hamımızı satdılar.

• Makiavellinin ardıcılları arasında üç cür silah mövcuddur: yalan, B-52 (qitələrarası bombardmançı - Esquire) və dollar çıxaran çap maşını.

• Müasir insan kütləvi informasiya vasitəsi ucbatından azadlığını itirir.

• Amerikanın qüdrəti qətlə yetirilmiş əsgər gücünə yemlənir.

• İndi qəssabxanada zingildəyən donuzlarsayağı terrorun dəhşəti barədə çığır-bağır salanlar buna zərurət duyan kimi ilk işləri ona müraciət etmək olar.

• İstənilən qurbana hazır olan kəslər üçün aşa bilmədikləri məqsəd yoxdur.

• Silahlı mübarizə seçim məsələsi deyil. Mən normal bir insanın şüurlu şəkildə silahlı mübarizənin tərəfdarı ola biləcəyi fikrinə inanmıram. Silahlı mübarizə şəraitin sırıdığı öhdəlikdir. Zorsuz edilə biləcək hər şeyi zorsuz etmək lazımdır.

• İnanın ki, Fidel məndən çox insan öldürüb.

• Uqo Çaves qeyri-adi inqilabi rəhbərdir. Lakin o, hakimiyyətə demokratik səsvermə yolu ilə gəlib və bu, onun rejiminin bəzi zəifliklərini üzə çıxarır.

• Mən demokratiyaya inanıram, lakin seçki demokratiyasına deyil, insanların fəal şəkildə müdaxilə və tənqid etdikləri demokratiyaya inanıram.

• İnqilab zamanı qorxu yalnız əks-inqilabçıların düşərgəsində olmalıdır.

• Sovet sapdırmalarına düşməmək üçün müxalifət həmişə olmalıdır.

• Vladimir Putin keçmiş DTK zabitidir və bu, onun vaxtilə SSRİ elitasına daxil olması üçün hazırlanmasına işarə edir. Bu gün onun Rusiyanın başında dayanması normaldır. Onun siyasi layihəsinin uğurla nəticələnməsini arzulayıram. Axı dünyanın üç sütuna dayaqlanmış güclü Rusiyaya ehtiyacı var: kommunizm, pravoslavlıq, panslavizm.

• Mən kommunistəm. Jan-Mari Le Pen antikommunist və köhnə faşistdir. Lakin tez-tez ona rəğbət bəsləyirəm. O, özünü çox tərbiyəsiz aparır, güzəşt nədir bilmir, və o, ətrafa boylanmadan həqiqəti söyləyir. Nə vaxtsa əsl kommunistlər bu cür olublar.

• Allahın mərhəmətilə həbsxanadan çıxan kimi ilk işim uzun illər ertələdiyim bal ayını həyata keçirmək olacaq. Və bir də dahi xilaskar Simon Bolivarın qəbrinə dua etməyə gedəcəm.

• Uzun illərin sərgərdanlığı və mübarizəsi ərzində özüm üçün möhtəşəm ehtiras işarəsi kimi qeyd elədiyim şəhərlərə xüsusi bağlantılarım olub: London, Moskva, Budapeşt, Əmman, Dəməşq, Beyrut və Paris.

• Ailə həyatımı qurban vermişəm. Mənim oğlanlarımı tərbiyələndirmək imkanım olmayıb, və mən heç vaxt qadınının yanında duran ər olmamışam. Buna təəssüf edirəm, amma bu, eyni zamanda fəda etdiyim bir şeydir.

• Sevgi alovu hər dəfə yenidən şölələnir və hər dəfəsində daha güclü, daha yandırıcı, daha təmənnasız, daha geniş qəlblə, daha sədaqətli.

• Öldürmək çətin deyil, bununla yaşamaq daha mürəkkəbdir.

• İnqilab hər kəsi qane etmir.


Çevirdi: Kifayət Haqverdiyeva
Mənbə: “Esquire” jurnalı
# 1083 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
# # #