Teatr və seksual mədəniyyət FOTOSESSİYA
14 sentyabr 2011
10:02
“Arxamca qaç ki, mən səni tutum”. Söhbət bir alman tamaşasından gedir. Bir neçə ay öncə Mədəniyyət və Turizm Nazirliyi, Alman -Azərbaycan Cəmiyyəti və Gənc Tamaşaçılar Teatrının birgə layihəsi əsasında Bakının qonağı olmuş alman teatrı. İki Rozenhaymlı aktyor - Konstans Baruşke və Yorq Herveqin oyununda göstərilən tamaşa barədə təsəvvür yaratmaq üçün kiçik təsvir: mövzunun cövhərində məhəbbət, ehtiras, şəhvət, intriqa, xəyanət, bir sözlə kişi və qadın arasında yaşana biləcək hər cür münasibətin təzahürü vardı.
Qadınlar tərəfindən rədd edilən kişi və adı baxışdan ümidlənən, incə bir jestdən xəyallara qapılan tənha qadın. Və başlanır - əvvəl kişi qadının qəlbini (həm də bədənini) ram edənədək arxasınca qaçırsa, sonradan qaçışın istiqaməti dəyişir - sevdiyi kişini itirməmək üçün qadın başlayır onun arxasınca qaçmağa. Beləcə, məhəbbət ovu uğrunda qovalamaca tamaşanın sonunadək davam edir. Bütün bunlar təbii ki, bol-bol yüngül komik dönüşlər, dinamik hərəkətlər, bir də incə erotizmlə müşahidə olunur. Sonuncusu xususi diqqət tələb edir. Daha doğrusu teatr səhnəsində erotik səhnələrə seyrçi münasibətindən. Hansı ki, bu yazının yazılmasına bilavasitə səbəb oldu.
*****
Erotikaya filmlərdə nə qədər normal münasibət varsa, teatr səhnəsində tam əksinə olaraq bu, anormal reaksiya doğurur. Xüsusilə də aktyorlar üçün erotik səhnənin canlı göstərişi olduqca çətindir, bəzi hallarda isə dözülməz. Çünki, bir neçə dübla və məhdud auditoriya – çəkiliş qrupunun müşayətilə lentə alınan fılmdən fəqrli olaraq teatrda açıq-saçıq səhnələr dəfələrlə və fərqli seyrçi auditoriyası ilə canlı təmasa girmənin nəticəsində oynanılır. Həmin canlı ünsiyyət zamanı səni izləyənin reaksiyasını, nəfəsini qısa kilometrlik məsafədən hiss edirsən.
Və tamaşaçının istər düşüncə, istər psixoloji baxımdan nələrə hazır olub-olmadığından bixəbərsən. Vay o gündən ki, tamaşadakı erotik parça oynanıldığı zaman zaldan “uyy daaa” atmacası eşidəsən. Elə bu ifadə kifayətdir ki, məhəbbət səhnəsinin yaratdığı bütün aura dağılsın. Necə ki, az öncə bəhs etdiyim alman tamaşasında oldu. Ələlxüsus da əksər yeniyetmə tamaşaçıların ən cüzi, hətta deyərdim ən bəsit bir məhəbbət hərəkətini görməsi yetərlidir ki, ani reaksiya, yuxulayanların qəfil canlanması, gülünc ajiotaj yaransın. Tamaşa boyu gah telefonla oynayan, gah söhbət edən, gah da yerində vurnuxan gənc seyrcisinin diqqətini çəkmək üçün heç dərinə getmək lazım deyil, səthi bir öpüşmə səhnəsini vermək kifayətdir. Reaksiyalar aktvləşir, telefonların kameraları işə düşərək 180 dərəcə tuşlanır səhnəyə və şit atmacalar, yersiz gülüşlər başlayır səhnəyə “pərvaz” etməyə.
Bir anlıq düşünməyə bilmirsən, ya bu yeniyetmələrin, gənclərin erotika mədəniyyət barədə anlayışları yoxdur, ya da böyük ehtimalla doğulmalarında leyləklərə və ya bostandankı kələmin müstəsna roluna inanacaq qədər safdırlar. Ya da evdə baxdığı erotik və pornoqrafik filmlərin eyforiyasından özünü az qala seks simvol sayan, cəmiyyət arasında isə bəsit bir “seks” kəlməsini duyar-duymaz namus, qeyrət, milli-mentalitet, abı-həya və s. bu kimi məfhumlara qapılacaq, yersiz “əxlaq mühafizəkarı”na çevriləcək qədər komplekslidirlər. Və bu komplesk davam etdiyi, ailədə, məktəbdə seksual mədəniyyət tərbiyəsizlik kimi anlaşıldığı sürəcə teatr səhnələrindən, real həyatdan hələ çox “uyyy daaa”lar eşidiləcək.
P.S: Son altı ayda 60 faiz təşkil edən boşanmaların böyük əksəriyyətinin əsas səbəbində məhz seksual problemlərin olması faktı barədə düşünməyimizdə də fayda var.
Sevda BABAYEVA

1844 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX
11:51
21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024