Çak Palanikin “Ölüm pornosu”ndan seçmələr
5 sentyabr 2011
14:15
Tabularınız varsa və onları yıxmaqdan qorxursunuzsa, bu kitabı oxumayın.
İnsanın masturbasiyaya ana bətnində, doğumdan 1 ay əvvəl başlaması haqda informasiya sizə ağır gələcəksə, bu kitabı oxumayın.
Söhbət “Döyüş klubu” əsərinin müəllifi, amerikalı yazıçı Çak Palanikin 2008-ci ildə yazdığı və bu yaxınlarda türk dilinə tərcümə olunan “Ölüm pornosu” (“Snuff”) kitabından gedir.
Kitab bütün dünyada qalmaqala səbəb olub.
Türkiyədə kitabın tərcüməsindən sonra bu haqda prokurorluq araşdırmaya başlayıb, hüquq-mühafizə orqanları tərcüməçini saxlayıb ifadə almışdılar.
“Ölüm pornosu” romanı 600 kişi ilə cinsi əlaqədə olmaqla rekorda imza atmaq istəyən bir porno-ulduzdan – Kassi Raytdan bəhs edir.
Hadisələr növbə gözləyən Cənab 72, Cənab 137, Cənab 600-ün dilindən verilib.
Kişilərdən heç birinin adı yoxdur. Hamısı rəqəmlərlə adlandırılıb.
20 yaşında bakir gənc Cənab 72, seksual istəkləri ucbatından bütün karyerasını məhv etmiş televiziya ulduzu Cənab 137 və yaşı çox olmasına baxmayaraq, hələ də məşhur bir porno əfsanəsi olan Cənab 600 bu çılpaq, azğın və tər iyi verən kişi topasının içində Kassinin onlar üçün nə ifadə etdiyini düşünərkən öz tragikomik həyatlarını danışırlar.
Palanik qəhrəmanlarının dilindən seks və porno industriyasına dair tələffüz edilməyən, iyrənc və adamı şoka salan reallıqları da bütün çılpaqlığı ilə göstərir.
Kitabdan maraqlı seçmələri təqdim edirik.
• Bütün uğursuz, seksual münasibətlərdə problemləri olan, özlərini heç vaxt ifşa etməyən və rədd edilməkdən qorxan adamları axtarıb tapmaq istəyirsinizsə... Qəzetlərə seks səhnəsində oynamaq üçün kişi aktyor axtardığınızı elan edin.
• Xanım Rayt oxuduğu dini məktəbdə bütün qızların qulaqlarını örtmək üçün yaylıq bağlamalı olduqlarını demişdi. Müqəddəs Kitaba görə, Ruh Məryəm Ananın qulağına pıçıldadıqdan sonra Məryəm Ana hamilə qaldı. Ona görə, qulaqlar cinsiyyət orqanıydı. Tək bir yanlış fikir eşitdiyində məsumluğunu itirirdi insan.
• Brendayla evlənmək planımın olduğunu atama deyəndə o gülümsədi. Gülmsədi və əlini çiynimə qoyaraq soruşdu: “Onunla yatmısan?” Başımı aşağı salıb “yox”, - dedim. Atam : “Onunla yatmamış evlənmək istədiyindən əminsən?”
• Kiminsə ölümünü, doğurdan ölməyini izləmək istəyirsənsə, onun pornonun sonunda necə orqazma çatmasına baxmağınız yetər.
• Kassi Merilin Monronun yeriyərkən baldırları sallansın deyə ayaqqabısının bir tayının dabanının bir az qısaltdığını bilirdi. Merilin Monro ömür boyu zökəmdən və bronxitdən əziyyət çəkirdi. Bunun səbəbi onun kamera qabağına çıxmazdan öncə buzla dolu vannanın içinə girmək adətində idi. Buzun içinə girməzdən qabaq narkotik qəbul edirmiş. Saatlarla çılpaq şəkildə buzda qalırmış ki, döşləri və arxası dik görsənsin. Kassi də Merilin kimi uşaqtək danışan, arxasını yellədən bir sarışın olmaq istəmirdi. Monro Artur Miller kimi bir intellektual, Stansilavski tərəfindən yetişdirilmiş bir aktrisa olmaq və hörmət qazanmaq istəyirdi.
• Elektriklə işləyən ilk ev alətləri bilirsinizmi hansılardır? Tikiş maşını, sərinkeş və vibrator. Elektriklə işləyən vibrator ilk dəfə 1890-cı ildə satışa çıxarılıb.
• Birinci Dünya müharibəsində Hitler piyada rabitəçiydi. Bir alman bölüyündən digərinə mesaj çatdırırdı. Silahdaşlarının Fransada fahişəxanaları ziyarət etdiyini görən Hitlerin ürəyi bulandı. Hitler rəhəbrliyə bu xəbəri çatdırdı. Almanların əsgərlərinin xəstəliklərə tutulmasının qarşısını almaq üçün döyüşə gedərkən yanların şişirdilməsi mümkün olan kuklalar düzəldildi. Bütün bunlar Hitlerin rəhbərliyi altında oldu. Oyuncaq qızın saçları sarıydı və böyük döşləri var idi.
Elmin HƏSƏNLİ
Kulis.az Facebookda

2387 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX
11:51
21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024