Tarixi əşyalar: Disket, audio kasetlər, fotolentlər

Tarixi əşyalar: Disket, audio kasetlər, fotolentlər
5 sentyabr 2011
# 06:00
Texnologiya o qədər sürətlə inkişaf edir ki, növbənöv texniki avadanlıqlar gözümüzün qarşısında tarixə çevrilir. Məsələn, bir zamanlar maşınlarda, evlərdə sevə-sevə istifadə etdiyimiz audio kasetləri indi tapmaq qeyri-mümkündür.

Kulis.az tarixivin arxivinə çevrilən bu cür texniki avadanlıqların bəzilərini təqdim edir.


Audio-video kasetlər – 1970-cı illərdən 90-cı illərin sonun qədər istifadə edilib. Fransızca “cassete” sözü balaca qutu mənasını verir. Audio kasetlərdən təkcə musiqiyə qulaq asmaq üçün deyil, həm də səs yamaq üçün də istifadə edilirdi. Əvvəlcə qramafonlarla, sonra isə kompakt disklərlə (CD) rəqabət aparıb. Sonuncudan sağ çıxmayıb. 2008-ci ildə bir studiya audio kaset üçün dəfnetmə mərasimi keçirib.

Disket – kompüterdə informasiyaları daşımaq üçün istifadə edilirdi. İngiliscə “floppy disc” də deyilir. Disket 1960-cı illərin sonunda icad edilib. Ancaq satışa 70-ci illərin əvvəlində İBM şirkəti tərəfindən çıxarılıb. İlk disketlər 180 kb-dan başlayıb, 1.4 MB-yə qədər artırılıb. Texnikanın inkişafı – USB drayverlərin çıxması – disketi tarixə çevirdi. Onların həm yaddaşı az idi, həm də həcm böyük idi. Üstəgəl informasiyanı saxlamaq üçün təhlükəsiz vasitə deyildi. Çox vaxt disketlər elə durduğu yerdə xarab olurdu. Bəzən dükandan təzə alınan disket xarab çıxırdı. İndi də bəzi yaşlı insanlar disketdən mətn faylları daşımaq üçün istifadə edirlər.

Audio-video maqnitafonlar – bu cihazın tarixi XIX əsrin axırlarına gedib çıxır. Audio maqnitofonlar sovet dövründə Azərbaycanda da çox məşhur idi. Cavan oğlanlar maqnitofonları çiyinlərinə vurub küçələrdə gəzirdilər. Video maqnitofonlar da hələ bəzi yerlərdə istifadə olunur. MP3, DVD playerlərin meydana gəlməsi maqnitofonları kasetlərlə birgə məzara gömüb. İndi kiminsə evində maqnitofon keçmişdən bir xatirə olaraq qala bilər. Özü də 15 il qabaq video maqnitofon hər adamın evində olmurdu. Çünki qiyməti çox ucuz deyildi. DVD pleyerlər isə çox ucuzdur.

Fotolent və köhnə fotoaparatlar – “Kodak”, “Konika” lentlərini, yəqin ki, unutmamısınız. 7-8 il bundan əvvələ kimi şəkil çəkmək üçün bu lentlərdən istifadə edirdik. Ancaq indi şəhərin mağazalarından bu lentləri tapmaq qeyri-mümkündür. Artıq çox ucuz qiymətə rəqəmsal fotoaparatlar almaq mümkündür. Əvvəl bir lentə maksimum 36 foto çəkmək olurdusa, indi yaddaş kartına yüzlərlə şəkil çəkmək, sonra onları silmək mümkündür.

Motorol-a – köhnə mobil telefonlar – yaşlı adamlar mobil telefona hələ də “Motorala” deyir. Bu ölkəmizə gələn mobil telefonların “Motorola” markası olması ilə bağlıdır. Rəngsiz, balaca ekranlı, antenalı (bəziləri bu antena ilə qulağını da təmizləyirdi) telefonlar da artıq məzarlıqdadır. İlk fotokameralı telefonlar çıxanda bizə qəribə gəlirdi. İndi isə telefonu az qala fotoaparat əvəzinə istifadə edirik.


Elmin HƏSƏNLİ
# 2953 dəfə oxunub

Oxşar xəbərlər

"Belə mətnləri yazmaq sənətkarlıq tələb edir" - Hekayə müzakirəsi

"Belə mətnləri yazmaq sənətkarlıq tələb edir" - Hekayə müzakirəsi

14:00 15 aprel 2025
Labroides - Nahid Hacıyevin yeni hekayəsi

Labroides - Nahid Hacıyevin yeni hekayəsi

09:00 15 aprel 2025
"Mən də elə bildim, bu yazını yaşlı, təcrübəli adam yazıb" - Sabir Rüstəmxanlı

"Mən də elə bildim, bu yazını yaşlı, təcrübəli adam yazıb" - Sabir Rüstəmxanlı

12:00 13 aprel 2025
"Kişisən, oxuyandan sonra bacardığın kimi söy" - Arif Acaloğlunun məktubu

"Kişisən, oxuyandan sonra bacardığın kimi söy" - Arif Acaloğlunun məktubu

17:00 10 aprel 2025
AzDrama niyə bu gündədir? - Firuz Mustafa

AzDrama niyə bu gündədir? - Firuz Mustafa

12:00 10 aprel 2025
"Məhbuslar dənizdə batırılırdı, o vaxt Bakıda balıq ətindən kütləvi zəhərlənmə olmuşdu" - Ruhulla Axundovu niyə öldürmək istəyirdilər?

"Məhbuslar dənizdə batırılırdı, o vaxt Bakıda balıq ətindən kütləvi zəhərlənmə olmuşdu" - Ruhulla Axundovu niyə öldürmək istəyirdilər?

09:00 10 aprel 2025
#
#
# # #