Dörd infarkt, fəxri ad aldanışı, Əzrayıldan xəbərsiz ölüm...
31 avqust 2011
07:00
Layihə: “Bizi tərk edənlər”
Məşədi Məlik Mansurovdan başlayıb bu sülalə. Ərdəbildən, Qarabağdan, Borçalı mahalından söz, sənət adamları yığışardılar Mansurovların Abşerondakı bağlarına. Qışda isə bu ocaq başı missiyasını İçərişəhərdəki indi Mirzə Mansur lövhəsi vurulmuş evləri yerinə yetirərdi.
Muğam gecələri səhərə qədər çəkərdi. Səmada günəşi ay əvəz edərdi, ulduzlar sayrışardı. Musiqi yuvası olan bağda isə muğamın ecazkar sədası aya, ulduza qədər gedib çıxardı. Hava işıqlaşar, günəşin gülümsər çöhrəsi yenidən bərq vurardı. Muğam o zaman bir az səngiyər, yuxuya gedərdi ki, bir azdan yenidən Abşeron, İçərişəhər onun sədasına bülənd olsun.
O adamları bu yerə yığıb gətirən həmin ecazkar sənət idi, peşəkar barmaqların təması ilə tarın ifası. Belə füsunkar bir səsin laylası ilə böyüyüb boya-başa çatdı Məşədi Süleymanla, Məşədi Mirzə Mansur da. Hər ikisi zəmanələrinin məşhur tarzənləri olublar. Tarın üstündə kök simlərin əsasını Mirzə Mansur qoyub. Məşədi Məlik Mansurov Bəhram Mansurovun babası, Məşədi Mirzə Mansur əmisi, Məşədi Süleymansa atası olub.
Bu sülalədən daha bir sənətkar Bəhram Mansurov dünyaya gələndə artıq Azərbaycan, Bakı muğamın məskəni sayılırdı. Bu gün mövzumuzun qəhrəmanı həmin bu sənətkardır.
Sübut etdi ki, muğam özümüzündür
Sülalənin daha bir davamçısı, Bəhramın qardaşı Nadir dünyadan vaxtsız köçdüyündən Bəhram Mansurov bu statusu çiyinlərində tək daşımalı olur. Hələ kiçikkən atası tarı yerə qoyan kimi o götürər, dınqıldadar, sonra atası gəlməmiş tez yerinə qoyarmış.
Ata gələndə hiss edərmiş ki, tar yerindən tərpənib, özü bilə-bilə Bəhramı sorğu-suala tutarmış. Bu minvalla ata əvvəlcə oğlu üçün kiçik bir tar düzəltdirir, bir az böyüyüb püxtələşəndən sonra öz tarlarından birini bağışlayır ona.
Bəhram Mansurov da atasından, babasından, əmisindən öyrəndiklərini başlayır çalmağa. Çaldıqca, illər ötdükcə olur bu sənətin həm ustası, həm də fanatı. Daha istəsə də ayrıla bilməzdi, tar onun həyatı idi. Səhər yerindən tez qalxar, əvvəlcə həmişə kartof soyarmış ki, barmaqları bərkisin, sonra başlayarmış çalmağa. Qonşular onun tarının sədaları altında oyanmağa adətkərdə olduğundan heç bir narazılıq yaranmazmış.
İşə gecikməyi xoşlamaz, vaxtından xeyli əvvəl yollanarmış Opera və Balet Teatrına, həmişə hamıdan əvvəl işinə çatar, tarını saz vəziyyətdə bir az da çalar, sonra tamaşadan əvvəl solistlə məşqə başlayardı. Xanəndələr, sənətkarlar Bəhram Mansurovu çox sevirdilər, onun hər hansı bir muğamı xanəndəyə başa salmaq, öyrətmək bacarığı başqalarınınkına bənzəməzmiş. Elə indinin özündə də Bəhram Mansurovun yetirmələri peşəkarlıq baxımından başqalarından fərqlənir.
İlk dəfə muğamı dünya səviyyəsinə Bəhram Mansurov çıxarıb. Dərbənddə muğam festivalı keçirilirmiş, Bəhram Mansurov eşidib ki, ermənilər həmin festivallarda muğamın yaradıcıları kimi iştirak ediblər. Üz tutub nazirliyə məsələni nəql edib və xahiş edib ki, iştirak üçün ona şərait yaratsınlar. Həmin il üçlüklə, Canəli Əkbərovun ifasında festivalın qalibi kimi qayıdıblar.
Münsiflər heyətinə rəhbərlik edən şəxs deyib ki, mən bilmirəm həqiqətən muğamın vətəni haradır, amma Azərbaycanda muğam elə bir inkişaf mərhələsindədir ki, çətin kimsə muğamın vətəni kimi başqa ölkəni qəbul etsin.
Texnikasız ustad
Zamanın gərdişində ədalətsizliklər həmişə olub. Bəhram Mansurov öz vətənində ədalətsizlik ucbatından çox bəlalara qatlaşıb. Onun mənbələrinə görə, muğamın 70 bölümü var, amma bizim Asəf Zeynallı adına musiqi məktəbinin dərsliklərində muğamın 11 bölümü tədris olunur. Təbii ki, söhbət dahi Üzeyir bəyin muğamı elmləşdirməsindən deyil, lap sonralar aparılan düzəlişlərdən gedir.
O vaxtlar Bəhram Mansurov bunun əleyhinə dəfələrlə çıxıb, deyib ki, muğamın çətin bölmələrini tələbəyə başa sala bilməyən, özü çala bilməyən müəllimlər onu ixtisara salıb məhv edir. Eşidən olmayıb, ustad metodiki işini hirsindən cırıb. “Qoy, gedib öz bildikləri kimi etsinlər”, - deyib.
Peşəkarların dediklərinə görə, elə o vaxtdan muğam öz bünövrəsindən ayrılmağa başlayıb. İndi bizim muğama gah İran boğazı sirayət edir, gah da türk. Bəhram Mansurov ömrünün sonlarına qədər Opera və Balet Teatrında leyliləri, məcnunları, aşıq qəribləri müşayiət edib. Neçə-neçə gənci böyük səhnəyə çıxarıb. Sən demə, opera tarzəni ilə üçlükdə ifa edən tarzənin ayrıca sirləri varmış.
Bəhram Mansurovun tarının səsi də başqalarınınkından ona görə fərqlənirmiş. O, tarda muğamı texnikasız çalırdı. Necə var elə. Bu gün tar çalğısına da bütün ansambla sirayət edən texnika təsirini göstərib. Hələ muğamlarımız var ki, büsbütün itirilib. Amma o muğamlar ki, Bəhram Mansurovun yazılarında qalmaqdadır. “Heydəri” adlı muğamı isə o vaxt öz tələbəsi Alim Qasımova öyrədə bilib.
Həmişə xoşu gələn, istedadına inandığı tələbələrini evinə dəvət edib onlarla olmağa xüsusi marağı varmış. Öyrədər, dərsini keçər, sonra da xanımının hazırladığı ləziz xörəklərə də qonaq edib yola salarmış. Bir dəfə yubileylərindən birində Əlibaba Məmmədov zalda əyləşənlərə müraciətlə soruşub ki, burda kim Bəhramın çörəyini yeməyib ayağa qalxsın, ayağa qalxan əvəzinə zalda alqış sədaları ucalıb. Hamı razılaşıb ki, hər birisi Bəhram Mansurovun evində süfrəsinə qonaq olub.
YUNESKO təşkilatı yeni yaranan vaxtlarda muğamla maraqlanıb. Bu fikirlə nümayəndə heyəti Bakıya gələndə Fikrət Əmirov onları Bəhram Mansurovgilə qonaq gətirib. Süfrədə Bakı süfrələrinə xas bütün xörəklər varmış. Qonaqlar gələn kimi Bəhram Mansurov tarı sinəsinə sıxıb. Qonaqlar musiqinin sehrindən çıxıb süfrəyə əl uzada bilməyiblər. Tarın səsi kəsilən kimi yenidən çalmağı rica edirlərmiş.
Həmin məclisin əhval ruhiyyəsi ilə YUNESKO-nun o vaxtkı rəhbərliyi Azərbaycanı muğamın və tarın vətəni adlandırıb.
“Yasına” gələnlərə özü qonaqlıq verib
Bir dəfə Bəhram Mansurov təsadüfən filarmoniyaya işə gecikib. Bir az keçmiş Bəhram Mansurovun gecikməsini ağlına gətirməyənin biri deyib ki, kişi yəqin vəfat edib. Bu yəqin söhbət ağızdan ağıza həqiqət kimi nəticəyə gətirib çıxarıb.
Kollektiv yığışıb gediblər Bəhram Mansurovgilə. Gəlib toplaşıblar həyətə, kədərin ağırlığından kimsə yuxarı çıxa bilməyib. Axırda ustadın yetirməsi hətta Bəhram Mansurova “papaşa” deyən Sərvər İbrahimovu göndəriblər ki, sən bu ailəyə daha yaxınsan.
Qapını onun üzünə Bəhram Mansurovun özü açıb, əvvəlcə yerində donan Sərvər birdən başlayıb ağlamağa. Ustad heç nə başa düşməyib. Sərvərin işarəsi ilə pəncərədən həyətə boylananda məsələni anlayıb. Həmin gün Bəhram Mansurov çağırılmamış qonaqlara restoranda qonaqlıq verib.
Ölüm xəbərsiz gəlir, kimsənin xalq yolunda, yaxud xeyirxah əməllərini nəzərə almadan. Nə olsun ki, Bəhram Mansurov Azərbaycan muğamını yad ünsürlərdən qoruyan, əruzun qeydinə qalan sənətkardır, Tanrı onun üçün də vaxt qoymuşdu. O vaxt yetişdisə...
Qu quşunun son nəğməsi
Həmin gün Bəhram Mansurov prostatdan əməliyyat olunmalı idi. Həmişəki kimi səhər erkən yerindən qalxıb, barmaqlarının möhkəmlənməsi üçün adətincə bir neçə kartof soyub doğrayandan sonra sevimli tarını sıxıb sinəsinə. Çaldıqca çalıb. Özü də bu həmişəki ifaya bənzəmirmiş, tar səslənmir, tar inləyir, adamın qəlbini yerindən oynadırmış.
Ailəsi onu tardan zorla ayırıb ki, səni həkim gözləyir, gecikərsən. Tarı qoyub yerə, baxıb ona və “əlvida, mənim sənət yoldaşım”.
Bəhram Mansurov həmin əməliyyatdan sağ çıxmadı. Gümrah idi, amma dörd dəfə infarkt keçirmişdi. Birinci dəfə sənətkarlara fəxri adlar veriləndə zəng edib ona deyiblər ki, sabah qəzet al, adını oxuyacaqsan. Kişi səhər köşkə qaçıb, amma siyahıda öz adını tapmayıb. İkinci infarkt da eyni səbəbdən olub.
Sənətkar sonralara bütün fəxri adları aldı, amma artıq onun üçün öz mahiyyətini itirəndən sonra. Üçüncü infarkt onu Opera və Balet Teatrı yananda haqlayıb. Dörd infarktdan keçən adam iki doza narkozdan ayıla bilməyib.
Bu gün özü haqq dünyasındadır. Ordan boylanan ruhunun isə bircə təsəllisi var, Eldar və Elxan Mansurovlar sənətdədir. Atalarının 90 illik yubileyini “Bəhramnamə” adlı layihə ilə qeyd də etmişdilər. Bu il Bəhram Mansurovun 100 illiyidir.
Ramilə Qurbanlı

1722 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX
11:51
21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024