Cem Yılmaz “Qadın məsələsində çox fərasətliyəm”
19 avqust 2011
05:00
Cem Yılmaz - şoumen, aktyor, karikaturaçı, ssenarist və rejisor… Daim yenilik axtarışında sənətçi son günlər “Arabalar 2” animasiya filmində 'Francesco Bernoulli' səsləndirməsi isə əsil sensasiyaya imza atıb.
Biz onu daha çox çəkdiyi və çəkildiyi filmlərdən, o cümlədən də “Stend up”-larından tanıyırıq.
Beləliklə, Cem Yılmazı daha yaxından tanımaq üçün onun maraq dünyasına baş vermağı qərara aldıq. “Sabah” qəzetinə verdiyi müsahibə əsasında hazırlanan yazıda, onun xarakterini ortaya qoya biləcək xüsusi məqamlar yer alıb.
“Sevgililər Günü”ndən zəhləm gedir
Dediyinə görə, onun üçün xüsusi günlərin əhəmiyyəti yoxdur. “Vallah, mən elə şeyləri 86-cı ildən tərgitmişəm! (gülür). O il Yeni İl gecəsini yataraq keçirdim, sonra da məni cəlb etmədi. Yəni “Yeni İl”, “Sevgililər Günü” kimi “bayramlardan” uşaq yaşlarımdan əlimi üzmüşəm, xüsusən də “Sevgililər Günündən” (gülür). Hətta o qədər uzağam ki, hərdən “dünən Yeni İl axşamıydı” deyib xatırladırlar. Məsələn, xatırladığım çox az “Yeni İl” günü var. Əslində çox məşhur gündür, amma mən heç gür tutuzdura bilmirəm. (qəhqəhələr).
“Yeni ili yalnız qarşılamaq yaxşıdır, yoxsa pis” sualına isə “Yox, pis deyil, amma mən bu gün xüsusi heç nə eləmək istəmirəm. Daha doğrusu “əyləncə” deyilən şeylərlə çox da marağım yoxdu. Hamının “əyləncə” dediyi şey billet alıb məni izləməyə getməkdir (gülür). Mən də billet alıb özümü izləməyə gedə bilmədiyim üçün… Zarafat bir yana, xüsusi günlərdə basırıqlıqdan heç xoşum gəlmir” deyir.
Cem Yılmazın maşın azarkeşi olduğu məlumdur. Ona görə də haqda sual verilməsə, olmaz. “Bügünə qədər 80 dənə maşınınız olduğunu deyirlər…” sualını yarımçıq kəsərək, “Çox olar! Amma bu, maşına olan marağımdan deyil” deyə cavab verir. Daha sonra isə zarafatından da qalmır - Sürdüyüm maşını sevirəm, sonradan sürəcəyim maşını da sevmək istəyirəm! Çok maşını olan, kolleksiya yığanlar var – onlardan deyiləm. “Sadəcə zövq aldığım üçün maşınlarla maraqlanıram. Maşın sürməkdən çox xoşum gəlir. Bərk sürən də deyiləm. Maşının möhkəm getməsindən xoşum gəlir, amma maşının bəxş etdiyi həzz təkcə sürət deyil, o qədər başqa ləzzətləri var ki…
Ferrari sevmirəm!
Əlbəttə, ən gözəl maşını sürmək istəyirəm. İzləyirəm, yeni çıxan maşınların xüsusiyyətlərini araşdırıram, götür-qoy edirəm. Eşidirəm ki, deyirlər “Ferrarisi var". “Ferrari”dən çox “Porsche”-ni sevirəm. Bundan da əlavə, Türkiyə yeni bir maşın gəlirsə “birinci o alacaq” deyirlər. Elə məsələ də yoxdu, nəinki indi, heç belə xəstəliyim uşaqlığımda da olmayıb. 17-18 yaşlarımda da “belə bir maşınım olsun” deyə xəyal qurmamışam.
Qadın məsələsində xüsusi istedada sahib olduğunu iddia edir. Hətta “O məsələdə heç naşılıq eləmərəm” deyir. “Bu məsələdə çox fərasətliyəm, çox qabiliyyətliyəm. Amma belə qəhrəmanlıqları danışmaq gənclik illərində qaldı.”
Deyəsən evlilik məsələsində bir az qorxaqdır. Deyir ki, heç kimin xətrinə dəymək istəmirəm, amma yaxın zamanlarda evlilik-zad olmayacaq.
- Həm də ki, bu “aşiq-məşuq” oyununu televiziyadan izlədiyiniz kimi yaşamıram, yəni oyun oynamıram. Hər dəfə mənim haqqımda evlilik, uşaq və başqa xəbərlər verirlər, amma bunlar yalandı. Elə bir həyat tərzim yoxdur. Mən hələ özümü yetişdiririəm, uşaq böyütmək mənim üçün çox çətin olar….
“Niyə, sizdən yaxşı ata olmazmı” sualına isə yenə özünəməxsus cavab verir: “Yox, olar. Amma onda başqa bir şey olmaz. Yəni ancaq ata ola bilərəm, vəssalam, başqa heç nə ola bilmərəm”…
Cem Yılmazın “Ən”ləri
Ən sevdiyi yemək anasının bişirdiyi yarpaq dolmasıdır, ən sevdiği maşın isə Porşe.
Onu ən çox əsəbiləşibdirən dəfələrlə ssenarilərinin oğurlanması imiş.
Özünə çoxdandı bir şey almadığını deyən, komediya ustası özünü ən yaxşı səhnədəhiss etdiyini bildirir. Amma bunun ardınca da gülə-gülə “Bir yer də var, amma sizinlə bölüşə bilmərəm” deməyi də unutmur.
“Ən çox kimə qulaq asırsınız” sualına əvvəl zarafatla Tarık Mengüç deyir və hamını güldürür. Daha sonra isə “Çox fərqli musiqilərə qulaq asıram, pis xasiyətim var” deyir.
“Nə vaxt ağlamısınız” sualına da zarafatla ağlayaraq cavab verir. “Beyaz Melek”ın tanıtım fraqmentini izləyib ağlamışam (gülür). “Yaxşı zarafat elədim, bir neçə il əvvəl maşın sürəndə ağlamışdım”.
Dediyinə görə, Yamaykada istirahət etməyi çox xoşlayır.
Onu ən çox güldürən isə “Avrupa Yakası”dır. Engin Günaydına rəğbəti böyükdür…
“Qəzetlərdə ən birinci kimi oxuyursunuz” sualına tam ciddiliklə cavab verir:
- Engin Ardıçı oxuyuram. “Sabah”-da öncə “Günaydın”ı oxuyuram... “Hürriyet”də Ertuğrul Özkök və Yılmaz Özdili oxuyuram, sonra “Kelebek”ə baxıram. “Radikal”dan Perihan Mağdeni oxuyuram. Yuxudan duran kimi birinci işim çay içib, tost yemək olur.
Özü barədə yadında qalan ən maraqlı hadisə isə belədir.
“Əslində çox komik deyiləm, amma böyük qardaşımla bağlı bir xatirəm var. Onu mütləq bir filmdə istifadə etməyi düşünürəm. Lap balacaydım, qardaşım məndən 5 yaş böyükdür, dost-tanışı ilə kinoya getməliydilər. Mən balaca olduğun üçün aparmamaq istəyirdi. Hər dəfə o kinoya gedəndə belə olurdu. Qardaşım “səni aparmıram” dedi. “Getməyi çox istəyirəm, dostların məni çox sevir” dedim. Qırağa çəkdi, “Başdan xarab, onları güldürdüyün üçün səni sevirlər, qandınmı?!” dedi. Bu sonra mənim dramıma çevrildi.
Hazırladı: Vüqar QURDQANLI

1063 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX
11:51
21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024