“Motorola” artıq “Google”undur
“Google” 12,5 milyard dollar ödəyərək “Motorola Mobility”ini satın alıb.
Bəs niyə Motorola?
Mərkəzi Çikaqoda yerləşən “Motorola Mobility” şirkətinin bu ilki gəlirləri 3,3 milyard dollar, keçən il isə 2,4 milyard dollar olub.
Şirkətdə 19 min işçi çalışır. Ancaq internet nəhəngi “Google”un şirkəti alması ilə işçilərin sayının artacağı və 30 min olacağı deyilir.
Motorolanın özünə aid 17 min patenti var. Bundan əlavə, şirkət hazırda 7 min 500 patent üzərinə çalışır. “Google”un “Motorola”nı almasının səbəblərindən biri kimi patent ehtiyatının bol olması göstərilir.
Motorola ən çox satılan Android əməliyyat sisteminə malik telefonlardandır.
Bu şirkəti fərqləndirən başqa bir cəhət də onun başqa telefon istehsalçıları kimi tablet və telefon istehsalı etməsi deyil. Motorola qulaqlıq, batareya, korpus kimi aksessuarların istehsalına güc verən şirkətdir.
Şirkətin hazırda 3 milyard dolları olduğu deyilir. Demək ki, “Google” “Motorola”nı əslində, 12,5 milyard dollara deyil, 9,5 milyard dollara alıb.
Günel ƏSGƏRZADƏ

Oxşar xəbərlər
Menqsin şah əsərlərindən biri - "Çobanların sitayişi" nəyi izah edir?
15:00
29 iyun 2026
Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası
14:00
27 iyun 2026
Yetim oğlan - Muxtar Auezovun hekayəsi
10:00
27 iyun 2026
Döyüş romantikasını darmadağın edən faktlar - Ölmədən öncə mütləq baxılmalı 10 müharibə filmi
14:00
26 iyun 2026
Bu sendviçdə mayonez yoxdur - Cerom Devid Selincerin hekayəsi
10:00
26 iyun 2026
Maska arxasındakı tənhalıq: Key Seycin sirli əsəri
12:30
25 iyun 2026