İsti havada seks

İsti havada seks
3 avqust 2011
# 06:00
Elə bil göydən od yağır başımıza...

İmkanı olan sərin hava axtarışına çıxıb partizan kimi dağlara çıxır.

Gücü çatmayanlar ən ucuz istirahəti- dənizə getməyi seçirlər.

Bunları hamımız sevirik. Hamımız etmək istəyirik.

Amma bu isti havalarda etməyi sevmədiyimiz şeylər də var.

Kulis.az isti havaların 15 dözülməz mənzərəsini sıralayır.

Yayda paltarları ütüsüz geyinək

Əslində, ilin heç bir fəslində “sevilməyən” bu iş yayda lap dözülməz olur. Yerdən qalxan isti bir yandan, ütü masasından qalxan isti də bir yandan... Bəlkə yayda ütüsüz və ya ütülənməyə ehtiyacı olmayan paltarlar geyinək?

Yağlı yeməklər

Yağlı və kalorili yeməklər nə qədər dadlı olsa da, yayda o qədər də “arzuolunan” olmur. Xüsusən küftə, badımcan-bibər dolması, bozbaş, piti...Bunları yeyəndə adam bilmir alnının tərini silsin, yoxsa yeməyi yesin. Yemək arası içilən su yağlı yeməklə birləşəndə yaranan ağırlığı isə heç yada salmaq istəməzdim.

Bu gün mətbəxə kim girsin?

Özümüzün hazırladığı yüngül yay yeməklərini dadmaq çox xoşdur, amma bunun üçün “ağır” mərhələdən keçmək lazımdır – mətbəx! Yayın istisində qazın üstündə olan hər qazandan çıxan buxar az qala bizi də buxarlandırar.

Növbədə durmaq

Xəstəxanada, digər dövlət və özəl müəssisələrdə bu istidə növbədə durmaq, hələ üstəlik ayaqüstə gözləmək əsl işgəncədir. Ən bezdirici şey isə digər növbədə gözləyənlərin “ah-uf”larına qulaq asmaqdır.

Yayda soyuqlamaq

Tibbdə “yay qripi” olaraq bilinən bu xəstəlik kondisionerin altında yatmaqdan olur. Xəstəlik boyu burun axıntısının olması bir yana, isti havada bədənin temperaturunun da qalxması ən pis hallardandır.

Tər qoxusu...

Kütləvi nəqliyyat vasitələrində, liftdə, kinoda, konsertdə sizinlə yanaşı duranlardan gələn tər qoxusu ən dözülməz şeylərdən sayılır. Kimdən soruşsan bu iyə nifrət etdiyini deyir, ancaq bu qoxu heç vaxt yay aylarında əksik olmur.

“Əhmədli sindromu”

Təsəvvür edin ki, yayın ən vırhacır vaxtında evdə su gəlmir. Təsadüfən yaranan boru nasazlıqları ucbatından yaranan bu halda insanın əli hər şeydən üzülür. Oturub ancaq su ilə bağlı
planlar qurmağa başlayırsan.

Kondisioner bəlası

Küçədə o qədər isti olur ki, bəzən evə girəndə adama elə gəlir heç vaxt sərinləməyəcəksən. Buna görə, kondisioneri ən sonuncu temperatura qoyub yatırsan. Cəmi üç saat kifayət edir ki, beliniz və boynunuz tutulsun.

İş ayaqqabısı

Sərt rejimli iş yerlərində kişi işçilər havadan asılı olmayaraq, bağlı ayaqqabı geyinməyə məcburdurlar. Qadınlarınsa da bu sarıdan birazca bəxti gətirib.

Pivənin fəsadları

Sərinləmək üçün çox adam pivəyə müraciət edir, ancaq unudurlar ki, pivədən sonra yorucu bir susuzluq başlayır. Eyni zamanda pivə kişilərdə qarnın qabağa çıxmasına gətirib çıxardır.

İşıqların sönməsi

Kondisinerdən zövq aldığınız yerdə elektrik enerjisi kəsilir. “Azərenerji”dən isə deyirlər ki, bir neçə saat elektrik olmayacaq. Adam belə vaxtı az qalır intihar etsin.

Ağcaqanada yox!

İstidə güclə yuxuya getdiyimiz yerdə qulağımızda vızıldayan ağcaqanaddan pis heç nə yoxdur. Səhərə qədər bir ağcaqanadın dalınca düşmək var...

Odee, taksi, min, get!

Başımıza od ələnən bu günlərdə ictmai nəqliyyata minməkdən böyük zülm ola bilməz. Metro, avtobus... Mənzərə sizə tanışdır.

Boşboğazlar

Evə tələsirsiniz və küçənin ortasında bir tanışa rast gəlirsiniz. Salır sizi çənizin altına. Demək olmur ki, ay qardaş, ay bacı, burax gedim.

...və seks

Gəldik çatdıq əsas məsələyə. Nə zülümdü? Havaların bir az sərinlənməsini gözləyə bilməzsiniz? Gözləyə bilməyənlər üçün çətin məsələdir.

Günel ƏSGƏRZADƏ
# 2736 dəfə oxunub

Oxşar xəbərlər

Sevgilim, gəl görüşək, sülənək bir az... - Rasim Qaracanın yeni şeirləri

Sevgilim, gəl görüşək, sülənək bir az... - Rasim Qaracanın yeni şeirləri

14:50 18 fevral 2025
"Elə səni görməsələr yaxşıdı!" - Vəkillər Kollegiyasının gülməli Bəyanatı

"Elə səni görməsələr yaxşıdı!" - Vəkillər Kollegiyasının gülməli Bəyanatı

17:00 17 fevral 2025
Nizami Gəncəvi kimi tanıdığımız ağcabədili axund - Onun kitabını niyə yandırmışdılar?

Nizami Gəncəvi kimi tanıdığımız ağcabədili axund - Onun kitabını niyə yandırmışdılar?

09:00 14 fevral 2025
Bu, düşünən bir insan üçün qorxunc rəqəmdir! - Azərbaycanda rus dillində yazılan kitablar nə qədər satılır?

Bu, düşünən bir insan üçün qorxunc rəqəmdir! - Azərbaycanda rus dillində yazılan kitablar nə qədər satılır?

12:17 12 fevral 2025
Qadınların oxumalı olduğu kitablar - Siyahı

Qadınların oxumalı olduğu kitablar - Siyahı

16:53 10 fevral 2025
Bu roman Azərbaycandakı hərbi xidmətin həqiqi üzüdür - Orxan Saffari

Bu roman Azərbaycandakı hərbi xidmətin həqiqi üzüdür - Orxan Saffari

14:50 10 fevral 2025
# # #