Wikipediada mərhum Həsən Məmmədovu Tamilla Rüstəmova ilə evləndiriblər

Wikipediada mərhum Həsən Məmmədovu Tamilla Rüstəmova ilə evləndiriblər
20 iyul 2011
# 12:09
İllər öncə kino saytlarının necə bərbad hazırlanmasından yazmışdım və vəziyyəti eyni səviyyədə gördüm. Yaxşılığa doğru heç bir dəyişiklik görmədim. Kino İttifaqının saytı, Peşəkar Rejissorlar Gildiyasının saytlarını indi heç açmaq da olmur. Görünür bağlıdır.

Sonradan yaradılmış Aktyorlar Gildiyasının saytını da açmaq şərəfinə nail ola bilmədik, çünki bağlı idi. Gildiyanın rəhbəri aktrisa Həmidə xanım Ömərova ilə əlaqə saxladıq. Aktrisa bildirdi ki, 7 aydan bir pul ödənməsə saytı bağlayırlar: “Keçən dəfə ödəniş 100 manat idi öz cibimdən ödədim, indi qiyməti bir az da artırıblar ödəyə bilmədim, ona görə də saytı bağladılar. Avqust ayı bu məsələnin arxasınca düşəcəm, hələlik gildiyanın başqa işləri ilə məşğulam.”

İnternetdə aktyorlar, rejissorlar barədə vikipediyanı kim hazırlayıb məlum deyil, amma deyəsən onların yaradıcılığından və həyatından bixəbər adamlar bu işlə məşğuldur.

Konkret kinoaktyor Həsən Məmmədov haqqında məlumatda onun həyat yoldaşının aktrisa Tamilla Rüstəmovanın olması yazılıb. Bu məlumat Tamilla Rüstəmova haqda olan məlumatda da öz əksini tapıb. Tam yanlış məlumatdır.

Əvvəla Həsən Məmmədovun həyat yoldaşının adı Lətifədir, özü də sağdır, həyatdadır. Həsən Məmmədovun həyatda yeganə həyat yoldaşıdır.

Tamilla Rüstəmova yalnız “Böyük dayaq” filmində onun, daha doğrusu Qaraşın Maya adı ilə həyat yoldaşı olub. Tamilla xanım Səid Rüstəmovun qızıdır, özü də musiqiçidir. Ailəlidir və Azərbaycandan kənarda yaşayırlar.

Vikipediyada belə məsuliyyətsiz, yanlış məlumatlar çoxdur. Bu bir başqa mövzudur, amma konkret Azərbaycan kinosu ilə bağlı hələ də sanballı bir saytın olmaması çox gülüncdür.

Ramilə QURBANLI
# 3712 dəfə oxunub

Oxşar xəbərlər

Səsin rəngi, dadı və dərdi - Səməndər Rzayevi bizə doğma edən nə idi?

Səsin rəngi, dadı və dərdi - Səməndər Rzayevi bizə doğma edən nə idi?

12:00 27 mart 2026
"Arvadının köməyi olmadan hətta özünü güllələyə də bilmirsən!" - İtaliyalı Nobel mükafatçısından sitatlar

"Arvadının köməyi olmadan hətta özünü güllələyə də bilmirsən!" - İtaliyalı Nobel mükafatçısından sitatlar

13:00 26 mart 2026
Mircəfər Bağırovun onu həbs edəcəyi qorxusu ilə yaşayan böyük sənətkar

Mircəfər Bağırovun onu həbs edəcəyi qorxusu ilə yaşayan böyük sənətkar

10:10 26 mart 2026
Şərq estetik düşüncəsi Qərb avanqard ənənəsi ilə vəhdətdə - Aydan Salahovanın qadın obrazları nəyi simvolizə edir?

Şərq estetik düşüncəsi Qərb avanqard ənənəsi ilə vəhdətdə - Aydan Salahovanın qadın obrazları nəyi simvolizə edir?

15:00 25 mart 2026
Sina səhrasında qətl - Mehdi Dostəlizadənin yeni hekayəsi

Sina səhrasında qətl - Mehdi Dostəlizadənin yeni hekayəsi

10:00 25 mart 2026
Başdaşına öz adının yazılmasını istəməyən dahi - Onu niyə bəyənmirdilər?

Başdaşına öz adının yazılmasını istəməyən dahi - Onu niyə bəyənmirdilər?

10:00 23 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər