Markes yenidən Bakıda!

Markes yenidən Bakıda!
11 iyul 2011
# 16:22
Qabriel Qarsiya Markesin “Polkovnikə məktub yoxdur” povesti “Qanun” nəşriyyatında çapdan çıxıb.

“Polkovnik gənc yaşlarında böyük bir qəhrəmanlıq göstərib – sülh sazişi imzalanacaq yerə üsyançıların qızıl xəzinəsini çatdırıb. Üstündən əlli il ötəndən sonra da o, bu igidliyin müqabilində cavab gözləyir, gözləməkdən usanmır – sağ qalmış sonuncu müharibə veteranları ilə birlikdə bir ayağı burda, bir ayağı gorda olan qoca polkovnik ədlətin zəfər çalacağına inamını itirmir. Aclığa, yoxsulluğa sinə gərib həsrətlə, intizarla xəbər gözləyən, polkovnikin dəmir inamı, bu yolda dözdüyü olmazın məşəqqətlər onun cavanlığında göstərdiyi rəşadətdən daha böyük bir qəhrəmanlığa çevrilir”.

Müsahibə və söhbətlərinin əksəriyyətində bu povesti özünün ən sevimli əsəri olduğunu xüsusi vurğulayan Q.Q.Markes əsər barədə deyir: “Polkovnikə məktub yoxdur” povestində gözümün qabağına gətirdiyim şəxsə bir neçə il ondan əvvəl balıq bazarında rast gəlmişdim. O həsrətlə limandakı gəmilərə baxırdı. Bir neçə ildən sonra Parisdə doğma yerlərin həsrətini çəkərkən həmin adam yadıma düşdü və mən onun o zaman nələr düşündüyünü aydınca dərk elədim… “Polkovnikə məktub yoxdur” – şübhəsiz mənim ən yaxşı əsərimdir. Hətta sizə deyim: “Yüz ilin tənhalığı”nı mən o səbəbdən yazmağı lazım bildim ki, camaat “Polkovnikə məktub yoxdur” povestini oxusun…”

Kitabı dilimizə İshaq İbrahimov çevirib.

Qiyməti 3 manatdır.

Günel ƏSGƏRZADƏ
# 1435 dəfə oxunub

Oxşar xəbərlər

Kefli İskəndərin gizli siması: xilaskar yoxsa qatil? - Cəfər Cabbarlı Mirzə Cəlilin əsəri haqqında

Kefli İskəndərin gizli siması: xilaskar yoxsa qatil? - Cəfər Cabbarlı Mirzə Cəlilin əsəri haqqında

10:00 10 fevral 2026
Dedi: Könlümdə o, gizlicə candır!  - Əlişir Nəvainin “Xəmsə”sindən Xosrovla Fərhadın deyişməsi

Dedi: Könlümdə o, gizlicə candır! - Əlişir Nəvainin “Xəmsə”sindən Xosrovla Fərhadın deyişməsi

17:00 9 fevral 2026
"Dəlisi ağıllı kimi, ağıllısı dəli kimi millətim heeey!"- “Səksənincilər" layihəsindən Əlisəmid Kürün  şeirləri

"Dəlisi ağıllı kimi, ağıllısı dəli kimi millətim heeey!"- “Səksənincilər" layihəsindən Əlisəmid Kürün şeirləri

12:00 8 fevral 2026
Sevgilisi ilə səyahətə çıxdığı qatar çaya düşdü, anasını bağışlamadı... - Arvadı niyə onun məktublarını muzeyə təhvil vermişdi?

Sevgilisi ilə səyahətə çıxdığı qatar çaya düşdü, anasını bağışlamadı... - Arvadı niyə onun məktublarını muzeyə təhvil vermişdi?

15:00 7 fevral 2026
“Misir Mərdanovun qohumuyam” deyəndən sonra universitetdə yaşadıqlarım - Bəhruz Tağızadə

“Misir Mərdanovun qohumuyam” deyəndən sonra universitetdə yaşadıqlarım - Bəhruz Tağızadə

10:00 7 fevral 2026
Hərəmxanaya bənzər emalatxana, 14 qeyri-qanuni övlad... - Onun hansı tablosu parlamentdə müzakirəyə çıxarılmışdı?

Hərəmxanaya bənzər emalatxana, 14 qeyri-qanuni övlad... - Onun hansı tablosu parlamentdə müzakirəyə çıxarılmışdı?

16:00 6 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər