Bu gün Diananın 50 yaşı olacaqdı...
1 iyul 2011
14:00
O, moda ikonu, xeyirxahlıq mələyi, aldadan və aldadılan, İngiltərənin tozlu monarxiyasını modernləşdirən, bədbəxt evliliyi, boşanması və hər dəqiqəsi paparazzilərin gözü qarşısında olan qadın...
Merlin Monro, Elvis Presli, Ceyms Din, Cim Morrison kimi qocalıqlarını heç görməyəcəyiniz ikonlardan biri “Ledi D”nin bu gün 50 yaşı tamam olmalı idi.
Diananın ölümündən 14 il ötsə də, onun haqqında yazılar, filmlər hələ də tükənmir.
Lakin hər şeyi bir qoysaq bir kənara, ağıllarda bir sual qalır: Diana qəzadan sağ çıxsaydı, necə olacaqdı?
Diana və ya Lidya
Banqladeş əsilli ingilis yazıçı Monika Əli keçən ay yayımladığı kitabda “Anladılmayan hekayə” adlı romanını “Şahzadə Diana ölməsəydi, necə olacaqdı” sualı üzərində qurub.
Yazıçı Diananı Lidya adlı qadının simasında təsvir edir. Lidya milyoner sevgilisinin yaxtasından özünü dənizə atır. Hər kəsin boğularaq öldüyü düşünülən Lidya Amerikaya köçür. Ancaq orda da xoşbəxt ola bilmir. Ən çox isə uşaqları üçün darıxır. Ölümündən on il keçdikdən sonra üz cizgilərinin dəyişdiyini sanan Lidyanın həyatı bir paparazzinin onu tanıması ilə hərəkətlənir.
Diana Facebook və Twitter-də
“”Ledi Di” yaşasaydı, nə olardı” sualı üzərində düşünən tək yazar Monika Əli deyil. “Newsweek”in məşhur redaktoru Tina Braun 2007-ci ildə “Diana hekayələri” adlı kitab ilə Diananın bilinməyən tərəflərini anladıb.
Jurnalın iyun ayında çıxan buraxılışının üz qabığında Diana gəlini Keyt Middletonla təsvir olunub. Rəsmi “Photoshop”da montajlanan Diana hələ də çox incə və cazibədardır. Redaktor “50 yaşlı Diana” adlı yazıda Qalliya şahzadəsi 1997-ci ildə qəzada vəfat edən Dodi Əl Fayeddən sonra daha iki evlilik yaşamış və artıq Nyu-Yorka köçdüyünü təxmin edir.
“Moda ikonu Diana eynən Mişel Obama kimi rahatlıqla eleqantlığı birləşdirən bir tərzə sahib olacaqdı”. Braun yazır: “Şübhəsiz ki, botoks etdirəcək, qollarını idmanla formada tutacaqdı. Köhnə əri şahzadə Çarlz ilə arasını düzəldəcək, Keyt Middltonun anası Karol ilə çox yaxın dostluq edəcəkdi. Kral ailəsinin yeni ulduzu Keyt Middltonun kölgəsində qalmaqdan narahat olsa da, yeni gəlinə zamanla öyrəşəcəkdi”.
Sosial şəbəkələrdə aktiv Diana
Braunun təxmininə görə, Diana Facebook və Twitter-də aktiv olacaqdı. Diananın “FB” dostları arasında Bono, Çelsi Klinton, Devid Bekhem kimi məşhurlar olacaqdı. Amerikan aktrisa Qvinet Peltrounu Twitter-də idman etməyə dəvət edəcək, Facebook-da Sarkozidən “poke” alacaqdı”.
Newsweek-in bu yazısında ən diqqətçəkən məqam: “Facebook səhifəsində şahzadə Çarlzın ikinci arvadı Kamilla ilə dost olacaqdı. Şahzadə Çarlz isə bu dostluyu “bəyənəcək”di. Diana həmçinin “Viktoriya və Devid Bekhemlə Burberry-nin yeni kolleksiyasını izləyirik. Ayaqqabıları çox sevdim!” - deyə qeydlər yazacaqdı”.
Braunun fikrincə. sağ olsaydı, Diananın mütləq xeyriyyə işlərinə davam edəcək, xüsusən “Katrina” qasırğası, 11 sentyabr, Haiti, Yaponiya, Pakistan zəlzələlərindən əziyyət çəkənlərə kömək edəcəkdi.
Müsəlman olardı…
Mütəxəssislər “High50” saytında 50 illik ömürləri ilə məşhur olan insanların gələcəkdəki planlarını təxmin etməyə çalışıblar. Bu siyahıda Diana üçün bunları deyiblər:
Bryus Oldfild – stilist: “Diananın 50 yaşına girməsi onu çox kədərləndirməzdi. İngiltərədə yaşayacağına şübhə edirəm. Yəqin ki, ABŞ-a köçərdi. Onu Manhettenin 5-ci xiyabanını dolaşarkən təsəvvür edirəm”.
Cill Şou Ruddock – yazıçı: “Əgər Diana yaşasaydı, ömrünün ilk yarısında xeyriyyə işlərinə davam edərdi. Dodi Əl Fayed ilə evlənərdi və Dodinin atasını məmnun etmək üçün müsəlman da ola bilərdi. Bəlkə də adları Faruq, Əbdül, Məhəmməd və Yasəmən olan üç oğlan və bir qız övladı olardı”.
Oliver Ceyms – psixoterapist, yazıçı və reklamçı: “Xeyriyyə işlərini mütləq davam etdirərək qəhrəman statusunu saxlayardı. Ancaq Uilyam və Harrini böyüdəndə, şübhəsiz, həyatlarına müdaxilə edəcəkdi. Çünki Diana çox həssas və övladlarını hədsiz qorumağa çalışan ana idi. Böyük ehtimalla uşaqlarının həmişə yanlarında olmağa çalışacaq, onlara qərarlarını tək verməyə razı olmayacaqdı”.
Günel ƏSGƏRZADƏ

1587 dəfə oxunub
Oxşar xəbərlər
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal
15:00
16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri
12:00
16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart
15:00
15 noyabr 2024