Sevgiyə möhtac qalan Bakı quldurları

Sevgiyə möhtac qalan Bakı quldurları
17 avqust 2017
# 11:52

Səhər Əhməd

Yay bitmək üzrə. “Köçəri” həyatdan “otu­raq” həyata keç­dik axır ki.

Hər dəfə uzun fasilədən sonra Bakıya dö­nəndə nəsə bir həyəcan duymaq istəyirəm. İlk dəfə kənddən şəhərə gələndə olduğu kimi. Həmin sevinc və heyrət qarışıq, azadlıq və gələcək vəd edən o gözəl hissi bir daha dadmaq istəyirəm.

Amma hər ayrılıqdan sonra bir az da boz görünür gözümə bu şəhər.

Sanki hər gün eyni adamları daşıyır eyni marşrutlar. Eyni tıxaclarda eyni söyüşlər. Eyni tinlərdə eyni dilənçilər.

Köhnə bir film qəhrəmanının dediyi kimi: “Belə də şəhər olar, quldurları da tanışdı”.

Nə zaman belə qocaldı bu şəhər, küçə-küçə, tin-tin adiləşdi, kəndimiz qədər darlaşdı axı?! Nə zaman unutduq ki, bir-birimizi?! Öldürüb dəfn etdiyi xatirələrin üstüylə bu qədər asan yeriyə də bilərmiş adam.

Bəlkə də dörd divara satdıq biz bu şə­hə­ri, yuva qurmaq, onu qorumaq çabasına. Qəribə deyilmi, quşlar belə o boyda göylər varkən, kiçik bir yuvaya sığınır sonunda. Onlar da öz azadlıqlarını dörd divara dəyişir bir gün.

İndi yəqin, yeni sevgililəri var bu şəhərin. Hələ heyrəti öl­məmiş adamlar. Kitabları doğma balası kimi sinəsinə sıxıb kü­çə­lərdə kəpənəktək uçuşan tələbə qızlar. Parklardakı skam­yaları, ağac­ları sevən gənclər. Amma onlar bu şəhərin mən olmayan tə­findədirlər. Çoxdandı mən yal­nız özüm kimi gündəlik rutin hə­ya­tın bir rən­gə boyadığı yorğun üzləri görürəm...

Bax elə bu yerdə tükürpədici bir siqnal səsi məni dü­şün­cə­lərdən ayırır.

- Ehh,- deyirəm öz-özumə, - ehh, belə də şəhər olar, quldurları da sevgiyə möhtacdı.

# 1613 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #