Özün donundan gözəl, donun özündən, ay qız... - Günün şeiri

Səhər Əhməd, şair

Səhər Əhməd, şair

14 may 2025
# 14:35

Bu gün şair Səhər Əhmədin doğum günüdür. Kulis.az bu münasibətlə müəllifi təbrik edir və "Günün şeiri" layihəsində onun məşhur şeirini təqdim edir.

Özün donundan gözəl,
Donun özündən, ay qız.
Bəs niyə kədər yağır,
Qara gözündən, ay qız?

Yoxsa zalım atan var,
Yoxsa sevib atan var,
Bəlkə, xəstə yatan var,
Sənin üzündən, ay qız?

Bu nə dondu, geymisən,
Məcnun olsa, Leylisən.
Bilirəm, gileylisən,
Alın yazından, ay qız.

Özün-özünə yüksən,
İçini mənə tök sən.
Qorxma, bir az böyüksən
Mənim qızımdan, ay qız.

# 158 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #